*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti (07-08 fevral tarixlərində)
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti (07-08 fevral tarixlərində)1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dezinfeksiyaedici vasitələr » OCTENISEPT (Oktenisept)
Sual ver
  Təcili sifariş A+ A-

Dəri və selikli qişaların dezinfeksiyası üçün müalicəvi, hazır, rəngsiz dərman.

Oktenisept əməliyyat öncəsi və sonrası yara və yaraətrafı dərinin təmizlənməsı, diaqnostik müayinə vəs. manipulyasiyalar öncəsı istifadə olunur.

Tərkibi: 100 qr məhlulda: oktenidinhidroxlorid - 0,1 qr, fenoksietanol - 2 qr

Üstünlükləri:

1. Geniş antimikrob təsirə malikdir.

2. Təsiri TEZ – 1 dəq. başlayır.

3. Selikli qişaların infeksiyalarında- mama-ginekologiya, urologiya, proktologiya, cərrahiyyə, dəri-zöhrəvi, LOR, stomatologiya, terapiya və pediatriyada istifadə olunur.

4. Travmatologiyada kəskin və xroniki yaraların, yanıqların işlənməsi zamanı istifadə olunur.

5. Ayaq və barmaq arası mikozların profilaktikasında əvəzsiz vasitədir.

6. MRSA ilə yoluxmuş xəstələrin bədəninin yuyulmasında istifadə olunur.

7. Boğazı qarqara etmək məqsədilə və burunun boşluğunun yuyulması zamanı istifadə olunur.

8. Vaginal infeksiyalarda müalicə məqsədilə xüsusi vaginal aplikatorla qadının özü tərəfindən istifadə olunur (hamilələrdə II trimestrdən istifadə olunmalı).

9. Yenidoğulmuş, südəmər və vaxtından əvvəl doğulmuş körpələrdə istifadə olunur.

İstifadə qaydaları:

  • Tampon üsulu: aseptik şərait zamanı dəri və selikli qişa Okteniseptlə isladılmış tamponla silinməlidir.
  • Püskürtmə üsulu: dərinin və selikli qişanın acıqda olan sahələrinə püskrdücü başlıqla Oktenisept səpilir.
  • Yuyulma qaydası: Okteniseptdən LOR xəstəliklərində ağız boşluğunu yaxalamaq üçün, ginekologiyada vaginitlər zamanı applikatorla istifadə olunur.
  • Oktenisepti digər preparatlarla qarışdırmaq olmaz.
  • Oktenisepti PVP-yod tərkibli preparatlar və yerli antibiotiklərlə eyni
  • vaxtda dəri səthinə istifadə etmək olmaz.
  • Oktenisept tam quruyandan sonra sarğı qoymaq olar.
  • Oktenisepti bədən temperaturuna qədər isitmək olar.

Ekspozisiya müddəti:

Mikroblar

Ekspozisiya müddəti 

Bakteriyalar (həmçinin xlamidiya, mikoplazma)

1 dəq

Göbələklər

1 dəq

İbtidailər

1 dəq

Hepatit B

2 dəq

Hepatit C

30 san

sadə Herpes

2 dəq

HİV virusu

1 dəq


OCTENISEPT® -in təsiri yerli antibiotiklərdən yüksəkdir.

- Vaginitlər: bakterial, göbələk, qarışıq – yalnız yerli təsir göstərir

- Cərrahi əməliyyatlardan sonra rezistent ştamların kolonizasiyasının qarşısını alır

- Hamiləlik zamanı uşaqlığın afferent infeksiyasının qarşısını alır.

- Abort zamanı infeksiya və kolonizasiyanın qarşısını alır. 

OCTENISEPT® və PVP-Yod arasında kliniki fərq

(Berlin və Hamburq klinikalarının araşdırmalarının nəticələrinə görə )

Müalicə müddəti 7 gün, 1 günlük doza

Mayinədə 491 xəstə iştirak edib

 

PVP-Yod

OCTENISEPT®

Yerli infeksiya əlamətləri azalıb

65%

75%

Bakterial flora azalır

76%

86%

Laktobasillər artıb

29%

46%

Nəticə: Oktenisept daha yüksək effektivliyə malikdir, nəinki PVP-Yod

Buraxılış forması: Flakon 50 ml, Flakon 250 ml, Flakon 1 L

Baxılma sayı: 808 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..