*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Ağrı » Meteospazmil
Sual ver
  Təcili sifariş A+ A-

METEOSPAZMİL  kapsulalar

Meteospasmyl

Tərkibi:

Təsiredici maddələr: 1 kapsulun tərkibində 60 mq alverin sitrat vardır.

                             1 kapsulun tərkibində 300 mq simetikon vardır.

Köməkçi maddələr:  soya lesitini, orta sıxlıqlı triqliseridlər.

Kapsul örtüyünün tərkibi: jelatin, qliserol, titan dioksid, təmizlənmiş su.

Təsviri:

Yumuşaq ,uzunsov, açıq-sarı rəngli parlaq kapsullar,ölçü 6, içində ağ rəngli qatı suspenziya var.

ATC kodu: A03AX58

Farmakoterapevtik qrupu:

Spazmolitik vasitə.

Farmakoloji xüsusiyyətləri:

Kombinə olunmuş preparatdır. Spazmolitik təsir göstərir, bağırsaqlarda qazəmələgəlməni azaldır. Alverin miotrop spazmolitik olub, təsiri atropinəbənzər və ya qanqlioblokator effektlə müşayiət olunmur. Bağırsağın saya əzələlərinin yüksəlmiş tonusunu azaldır. Simetikon aşağı səthi gərilməyə malik hidrofob polimer maddə olub, bağırsaqlarda qazəmələgəlməni azaldır və qoruyucu təbəqə əmələ gətirir.

İstifadəsinə göstərişlər:

Qarında ağrı, çox miqdarda qazəmələgəlmə, gəyirmə, ürəkbulanma, qəbizlik, ishal və ya onların növbələşməsi ilə xarakterizə olunan mədə-bağırsaq traktının  funksional pozğunluqları. Qarın boşluğu üzvlərinin rentgenoloji, ultrasəs, yaxud instrumental müayinəsinə hazırlıq.

Əks göstərişlər:

Alverin sitrata və preparatın başqa komponentlərinə qarşı yüksək həssaslıq.

14 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:

Daxilə.1 kapsul gündə 2-3 dəfə, yeməkdan əvvəl. Qarın boşluğu üzvlərinin müayinəsinə hazırlıqda müayinədən əvvəlki gün 1 kapsul 2-3 dəfə və 1 kapsul müayinə olunan gün səhər qəbul edilir.

 Əlavə təsirlər:

Nadir hallarda müalicə kəsildikdən sonra yoxa çıxa bilən övrə,bəzən qırtlağın ödemi və ya şok ola bilər.

Nadir hallarda müalicə kəsildikdən sonra yoxa çıxa bilən qaraciyər pozğunluqları ola bilər.

Doza həddinin aşılması:

Doza artıqlığı olarsa, həkimə müraciət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyyə olunmur.

 Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərmanlarla qarşılıqlı təsiri haqda məlumat təqdim edilməmişdir.

Buraxılış forması:

Kapsul.

Hər blisterdə (PVX/alüminium)10 kapsul,2,3,4 blister istifadəsinə dair təlimatla birgə karton qutuda.

Yararlıq müddəti:

3 il.Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra  istifadə etmək olmaz.

Saxlanma şəraiti:

25 °C -dən yuxarı olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:

 Reseptsiz buraxılır.

İstehsalçı:

MAYOLİ - SPİNDLER laboratoriyaları,Fransa.

Baxılma sayı: 2957 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..