*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » ENTEROL®250 kapsul
Sual ver
  Təcili sifariş A+ A-

Probiotik, Diareya əleyhinə preparat, Bağırsaq antiseptiki.

Tərkibi 
Təsiredici  maddə:

1 kapsul 250 mq Saccharomyces buolardi (liofilizə olunmuş hüceyrələr) daxildir.

1 paketdə 250 mq  Saccharomyces buolardi (liofilizə olunmuş hüceyrələr) vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium- stearat.
Jelatin kapsul üçün: jelatin,titan 4-oksid.

Farmakoterapevtik qrupu
Diareya əleyhinə mikrobioloji preparat. Mualicəvi maya göbələkləri - Saccharomyces buolardi.

Farmakoloji xüsusiyyətləri
Enterol 250 bağırsağın mikroflorasını bərpa edir və diareya əleyhinə güclü etiopatogenetik təsirə malikdir. Preparatın hər 100 mq-da  109 Saccharomyces boulardii var. Enterol 250 preparatının tərkibinə daxil olan Saccharomyces boulardii (Sb.)maya göbələkləri qana sorulmur, bağırsaqda qalmır, koloniya vermir və 2-5 gün müddətində bagırsaqdan atılır. Liofilizasiya üsulu əsasında istehsal olunduğundan  Sb.-nin üzərində mannoza qatı vardır ki, buna əsasən də hər bir Sb.özünə 500-ə yaxın patogen bakteriyanı birləşdirərək orqanizmdən xaric edir.

Enterol 250 – antimikrob, antitoksik, antisekretor, immunoloji, iltihabəleyhinə, bərpaedici, antikandidoz təsirlərə malikdir.

İstifadəsinə göstərişlər 
Uşaqlarda və böyüklərdə  kəskin və xroniki bakterial diareya. 
Kəskin viruslu diareya.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş kolit və diareyaların profilaktikası və müalicəsi.
Bağırsaqın disbiozu.
Qıcıqlanmış yoğun bağırsaq sindromu.
Psevdomembranoz kolit və Clostridium difficile-nin törətdiyi xəstəliklər.
Parenteral qidalanma nəticəsində yaranan diareyalar.

Qurd əleyhinə müalicədən sonra profilaktika məqsədi ilə.

İstifadə qaydası və dozası
Yeni doğulmuş – 1 yaş arası körpələrə: gündə 1 paket və ya kapsuldan  artıq olmamaq şərti ilə həkim nəzarəti altında təyin edilir.
1-6 yaşadək uşaqlara: gündə 1-2 dəfə1 paket və ya kapsul.
Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara: gündə 2 dəfə 2 kapsul və ya paket.
Tövsiyyə olunan müalicə kursu:
Kəskin diareya -3-5 gün
Disbakteriozun, xroniki diareya sindromunun, qıcıqlanmış yoğun bağırsaq sindromunun müalicəsi: 10-14 gün.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş diareya  və psevdomembranoz  kolitin profilaktika və müalicəsi: antibiotikin qəbulunun 1-ci günündən başlayaraq, yaşa uyğun dozada  Enterol 250 kapsul və ya paket  antibiotiklə birgə  təyin olunur.
Kapsulu su ilə qəbul etmək məsləhət görülür.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Araşdırmalar nəticəsində hamiləlik və laktasiya dövründə heç bir yan təsir qeydə alınmamışdır. Buna görə preparatın hamilələr, süd verənlərə təyini mümkündür.

Yeni doğulmuşlarda istifadəsi:

Enterol 250 kapsul və paket – 0 yaşdan istifadəsi mümkündür. Bu zaman kapsulun içindəki tozu körpənin qidasına, südünə və ya suya qatıb vermək lazımdır.

Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq (allergiya). Mərkəzi venoz kateterli xəstələr.

Ehtiyat tədbirləri
Həddən artıq isti və ya soyuq qida və maye ilə qəbul etməməli.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 
Antifunqal preparatlarla eyni zamanda istifadə etməməli.

Əlavə təsirləri
Nadir hallarda mərkəzi venoz kateteri olan stasionar xəstələrdə fungemiya yaranma ehtimalı ola bilər.

Buraxılış forması
Enterol 250 kapsul - içərisində 10 kapsul  olan polietilen qapaqla bağlı şüşə flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Enterol 250 paket -10 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlama şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
Biocodex 

7 Galieni küç.94250 Jentilli, FRANSA.

Baxılma sayı: 2310 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..