*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Qan damar xəstəlikləri » Phlebodia 600 N30
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Koaqreqasiya üsulu ilə hazırlanmış təmiz konsentrə olunmuş Diosmin 600 mq

Farmakoloji qrupu:

Angioprotektor, Flebotonik.

ATS kodu: C05CA03

Təsir mexanizmi:

Flebotonik təsirə malikdir – seçici olaraq aşağı ətraf venalarının divarında toplanır, venaların tonusunu artırır (dozadan asılı effekt), venoz durğunluğu azaldır, limfa drenajı artırır, limfa kapilyarlarının tonusunu və yığılma qabiliyyətini yüksəldir,  limfatik təzyiqi azaldır və mikrosirkulyasiyanı yaxşılaşdırır – kapilyarların rezistentliyini artırır, keçiriciliyini azaldır. Leykositlərin damar divarına adgeziyasını və paravenoz toxumaya miqrasiyasını azaldır. Oksigenin dəri toxumalarına perfuziyasını asanlaşdırır, iltihab əleyhinə təsirə malikdir. Adrenalin və noradrenalinin damardaraldıcı təsirini gücləndirir, iltihab prostaqlandinlərini blokada edərək damar divarını və qapaqları zədələnmədən qoruyur, tromboksanı blokada etdiyindən varikoza uğramış damarda laxtalanmanın qarşısını alır.

Farmakokinetikası:

Koaqreqasiya üsulu ilə hazırlandığından mədə-bağırsaq traktından tez sorulur, TC max 2-5 saatdır. Seçici olaraq aşağı ətrafın səthi venalarında və aşağı boş venanın bütün qatlarında toplanaraq bərabər paylanır. İkili eliminasiyaya malikdir: 79% sidiklə, 11% nəcislə xaric olunur. Enterohepatik sirkulyasiyaya malikdir, damarlarda təsirini 96 saat saxlayır.

İstifadəsinə göstəriş:

 Aşağı ətraf venalarının varikoz genişlənməsi, xroniki limfa-venoz çatmamazlıq, babasil, mikrosirkulyasiyanın pozğunluqları, varikosele.

Əks göstəriş:

Preparatın kompanentinə qarşı həssaslıq. 18 yaşdan kiçik şəxslər. Hamiləliyin I trimestri, südvermə zamanı preparatın qəbulu məslət görülmür, belə ki, preparatın ana südünə keçməsi haqqında məlumatlar yoxdur.

Hamiləlik dövrü:

 Hamiləliyin II – III trimestrində istifadə etmək olar. Kliniki praktikada hamilələrdə preparatın istifadəsi zamanı heç bir yan təsir aşkar edilməmişdir. Elmi tədqiqatlar zamanı dölə olan teratogen təsir aşkar edilməmişdir.

İstifadə qaydası və dozası:

Aşağı ətraf venalarının varikoz genişlənməsi və xroniki limfa venoz çatmamazlığın erkən mərhələlərində gündə 1 tablet səhər acqarına, 2 ay ərzində təyin olunur.

Xroniki limfa venoz çatmamazlığın ağır formalarında (ödem, ağrılar, qıcolmalar və s.) müalicə 3 -4 ay aparılmalıdır.

Trofiki xoralar zamanı müalicə kursu 6 ay və daha çox davam etdirilməlidir.

Babasilin kəskinləşməsi dövründə gündə 2-3 tablet yemək vaxtı 7 gün ərzində təyin edilir, daha sonra gündə 1 tablet 1-2 ay ərzində qəbul edilir.

Hamiləliyin II-III trimestri zamanı gündə 1 dəfə 1 tablet təyin edilir. Doğuşa 2-3 həftə qalmış preparatın qəbulu dayandırılır.

Varikoselenin erkən mərhələsində xəstəliyin proqressivləşməsinin qarşısını almaq və vəziyyəti stabilləşdirmək məqsədilə 1 tabletdən 1 dəfə, 1-2 ay ərzində təyin edilir. Əməliyyat önü hazırlıq məqsədilə 1 tablet 10-14 gün ərzində təyin olunur. Varikosele əməliyyatından 10 gün sonra 1 tabletdən 1-2 ay müddətinə təyin olunur. Kobud düyünlər zamanı kurs müalicə 3 ay davam etdirilir.

Buraxiliş forması:

Flebodia 600 mq N15. 1 blisterdə 15 tablet, hər biri 600 mq  olmaqla, 1 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb.

Flebodia 600 mq N30. 1 blisterdə 15 tablet, hər biri 600 mq  olmaqla, 2 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb.

Saxlama şəraiti
30 ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptlə satılır.

İstehsalçı:

Laboratoire INNOTECH INTERNATIONALFransa 

22, avenyu Aristid Brian, 94110 Arkey.


Baxılma sayı: 1815 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..