*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Hipertoniya » LOPRIL 20 mq
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Hər 10 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 10 mq

Hər 20 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 20 mq 

Farmakoterapevtik qrupu:

Angiotenzin çevirici ferment (AÇF) inhibitoru. 

Farmakoloji xüsusiyyətləri:

Lopril angiotenzin çevirici ferment inhibitoru olub pressor sistemlərini inhibə edir. Angiotenzin I-in angiotenzin II-yə çevrilməsinin qarşısını alır. Aldosteron sekresiyasını tormozlayaraq natrium və suyun xaric olmasını sürətləndirir, simpatoadrenal sistemin aktivliyini azaldır. Lopril koronar vazodilatasiya yaradaraq miokardın hipertrofiyasını və remodelləşməsini tormozlayır.

Lopril mədə-bağırsaq traktından tədricən sorulur. Biomənimsənilməsi 30 %-dir. Qəbulundan 7 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu LOPRİL-in absorbsiyasına təsir etmir. Plazma zülalları ilə birləşməsi minimaldır. Biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş halda xaric edilir.

Göstərişlər:

Esensial və renovaskulyar  hipertenziya, ürək çatışmazlığı, infarktdan sonra sol mədəcik çatışmazlığının baş vermə təhlükəsi, diabetik nefro və retinopatiya 

Əks göstərişlər:

Lizinoprilə qarşı yüksək həssaslıq, anamnezdə angio-nevrotik ödemin olması, aortal stenoz 

Istifadə qaydası və doza: 

LOPRİL

Başlanğıc doza

Saxlayıcı doza

Maksimal doza

Gündə 1 dəfə

Esensial hipertenziya

5 mq

10-20 mq

40 mq

Ürək çatışmazlığı

2,5 mq

5-10 mq 

20 mq

Kəskin miokard infarktı(stabil hemodinamika zamanı)

5 mq (48 saatdan sonra 10 mq)

10 mq 

10 mq

Kəskin miokard infarktı(sistolik arterial təzyiq 120 mm.c.süt. aşağı olarsa)

ilk 3 gün 2.5 mq

5 mq

5 mq

Diabetik nefro və retinopatiya

2,5 mq

10 mq

20 mq

Renovaskulyar hipertenziya

5-10 mq

5-40 mq

40 mq

Böyrək çatışmazlığı doza sxemi:

Kreatininin klirensi (ml/dəq)

İlkin doza (mq/gündə)

<70

5-10

<30

2.5-5

<10

2.5 

Buraxılış forması:

Lopril 10 mq № 20 həb

Lopril 20 mq № 20 həb

İstehsalçı:

Bosnalijek, Bosniya Herseqovina



Baxılma sayı: 830 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..