*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
DIFEPLAST COOL
Sual ver
 Qiyməti: 8.36 AZN Təcili sifariş A+ A-

TƏRKİBİ

1 plastırın tərkibində təsiredici maddə qismində mövcuddur:

120 mq diklofenak dietilammonium


TƏSVİRİ

Rəngsiz və şəffaf plastır hər tərəfdən bağlı ağ rəngli kağız qablaşmaya yerləşdirilir.


GÖSTƏRİŞLƏRİ

İltihab və ağrı simptomlarının azalması məqsədilə aşağıdakı patoloji vəziyyətlərdə istifadə olunur:

Deformasiyaedici artrit, çiyin ağrısı, tendinit və peritendinit, təkrar gərilmələr, əzələ ağrısı, epikondilit, travmadan sonrakı ağrı və şişkinlik.


İSTİFADƏ QAYDASI VƏ DOZALANMA REJİMİ

 Zədələnmiş nahiyəyə 1 plastır gündə bir dəfə yapışdırılır.


ƏKS GÖSTƏRİŞLƏR

  • Tərkibindəki diklofenaka qarşı hiperhəssaslıq.
  • Asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihab əleyhinə vasitələrin qəbulu


ƏLAVƏ TƏSİRLƏR

Plastırın tətbiqi zamanı aşağıda sadalanan arzuolunmaz əlavə təsirləq təzahür etdikdə plastırın dərhal qoparılması, istifadəsinin dayandırılması və həkim və ya əczaçı ilə məsləhətləşmə tövsiyə olunur.

  • Diklofenakın dəriyə istifadəsində təsadüfi hallarda səpgilər, eritema, qaşınma, dəri qıcıqlanması, yanıq hissi və dərinin laylanması kimi dəri reaksiyaları müşahidə oluna bilər.
  • Hiperhəssaslıq reaksiyası: anafilaktik simptomlar – nadir hallarda müşahidə olunur; digər reaksiyalar – övrə, tənəffüsün çətinləşməsi və s.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ XƏBƏRDARLIQ

Qeyri-steroid iltihab əleyhinə vasitələr xəstəliyin səbəbinə deyil, simptomuna təsir göstərir.

Astma xəstəliyindən əziyyət çəkən xəstələr plastırın istifadəsindən əvvəl mütləq şəkildə həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.

Dərinin infeksiyalı iltihabında plastırın istifadəsi infeksiya simptomlarını maskalaya bilər, bu səbəbdən belə patoloji vəziyyət ilə olan xəstələrdə plastırın tətbiqi ilə yanaşı müvafiq antibakterial və ya antimikotik vasitələr də təyin olunmalıdır.

Xronik patologiyalarda istifadə edildikdə plastırdan başqa digər müalicə tədbirləri də nəzərdən qaçırılmamalıdır; əlavə təsirlərin təzahürlərinə xüsusi diqqət yetirilməlidir.

Zədələnmiş dəridə və selikli qişada, həmçinin dərinin ekzemalı və ya səpgili nahiyəsində istifadə edilməməlidir. Plastırın yapıştırılacaq dəri sahəsi quru olmalıdır.


HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ

Hamiləlik və laktasiya dövründə plastırın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Yalnız istifadəsinə mütləq göstəriş olduqda və ana üçün potensial fayda döl üçün potensial riskdən yüksək olduqda həkimlə məsləhətləşmədən sonra plastır hamilələrdə istifadə edilə bilər.


UŞAQLARDA İSTİFADƏ

Uşaqlarda plastırın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.


YAŞLILARDA İSTİFADƏ

Yaşlılarda plastır ehtiyyatla istifadə edilməlidir, plastırın tətbiq olunana zədələnmiş nahiyyənin dərisinin vəziyyətinə nəzarət edilməlidir.

SAXLANMA ŞƏRAİTİ

Plastır 30°C-dən aşağı temperaturda, qaranlıq və quru yerdə, öz qutusunda saxlanılmalıdır.


YARARLILIQ MÜDDƏTİ

3 il


BURAXILIŞ FORMASI

Qutunun içərisində 7 ədəd plastır paketi var.


Baxılma sayı: 2652 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..