*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

GCA 2700  qlükozamin, xondroitin, MSM, zərdəçal (sarıkök) və hialuron turşusu əsasında hazırlanmış yüksək qatılıqlı preparatdır. Ağrıların yüngülləşməsi, qığırdaqların gələcəkdə dağılmasının qarşısını almaq üçün, oynaqları elastiklik və hərəkətliklə təmin etmək məqsədilə, Sante Verte (Fransa) laboratoriyası bərpaedici effektə malik molekullar olan qlükozamin və xondroitindən (yüksək qatılıqda) ibarət kompleks vasitə - GCA 2700-ü işləyib hazırlamışdır. Bu kombinasiya, GCA 2700-ə mənşəyindən asılı olmayaraq bütün növ oynaq ağrılarının tez, effektiv və hərtərəfli müalicəsi üçün üstünlük verən, MSM, ətirli martiniya, hialuron turşusu və zərdəçalla zənginləşdirilmişdir.

3 tabletin tərkibində vardır:

Qlükozamin-sulfat.......................................................................1500 mq

Xondroitin-sulfat..........................................................................1200 mq

MSM (metilsufonilmetan).............................................................300  mq

Zərdəçal (Curcuma longa) tərkibində 95% kurkumin var..............157,89 mq

Ətirli martiniya (Harpagophytum procumbens).............................105  mq

Hialuron turşusu...........................................................................21 mq

Köməkçi maddələr: kalsium-fosfat, maqnezium-stearat, mikrokristallik sellüloza, metilsellüloza, stearin turşusu, titan-dioksid.

Təsir xüsusiyyətləri:

Qlükozamin-sulfat  insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatmamazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin artikulyar xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələgəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələgəlməsini stimulə edir.

Xondroitin-sulfat  qığırdağın əsas tərkib hissəsidir. Təbii halda orqanizm tərəfindən sintez olunur. Sümüklər, dəri, buynuz qişa, arteriya divarlarının tərkibində vardır. Suyu saxlamaqla qığırdaq toxumasının əmələgəlməsini və tamlığının saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Eyni zamanda vətərlər və sümüklərin də elastikliyini və möhkəmliyini təmin edir.

Metilsulfonilmetan (MSM)  kükürd saxlayan birləşmədir. İnsanlarda əsasən əzələ və birləşdirici toxuma, dəri, saç, qığırdaq və bəzi zülalların (məs., keratin) tərkibində vardır. MSM bir sıra proseslər zamanı müsbət təsir göstərir - iltihab, allergiya, stress, yanıqlar. Sübut edilmişdir ki, MSM artikulyar xəstəliklər zamanı iltihabı aradan götürür və antioksidant təsir göstərir. MSM osteoartritlər və degenerativ artritlər zamanı kliniki istifadə olunmuşdur (750 mq sutkalıq dozada) və 6 həftəlik müalicə nəticəsində 80% yaxşılaşma müşahidə edilmişdir. MSM qlükozaminin üstünlüklərini tamamlayaraq qığırdaqların tamlığını saxlayaraq, oynaqların hərəkətini və çevikliyini artıraraq, oynaqların sağlamlığının təmin olunmasında mühüm rol oynayır.

Hialuron turşusu  birləşdirici, epitel və sinir toxumalarında olan qlükozaminqlikandır. O, gözün şüşəvari cismində və sinovial mayedə tapılmışdır. Osteoartrit kimi oynaq xəstəliklərində istifadə olunur. Hialuron tuşusu oynaqlarda mayenin kifayət qədər olmasını və onun suvaşqanlığını təmin edir, eyni zamanda analgetik təsir göstərir.

Ətirli martiniya və zərdəçal  ənənəvi olaraq vətərlərdə olan ağrıları və diskomfortu dəf etmək məqsədi ilə istifadə olunurlar. Kliniki olaraq onların iltihabəleyhinə təsir? malik olduğu, həmçinin qara ciyər və mədəyə qoruyucu təsir göstərdiklər sübut olunmuşdur.

İstifadəsinə dair tövsiyələr:

-Degenerativ və travmatik osteoartritlər (osteoartrozlar), həmçinin oynaqların digər ağrılı və dege-nerativ zədələnmələri zamanı;

- Fəqərəarası osteoxondrozun müalicəsi üçün;

-Oynaqların revmatoidli zədələnmələri, oynaqların degenerasiyasının qarşısını almaq və onların sağalmasını tezləşdirmək məqsədilə əlavə terapiya kimi;

-Osteoartritlərin (osteoartrozların)  profilaktikası (yaşlı pasientlərdə, postmenopauzada olan qa-dınlarda və idmançılarda).

İstifadəsinə dair məhdudiyyətlər:

12 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar. Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

İstifadə qaydası:

1 tabletdən gündə 2 dəfə qəbul edilir. Müalicə müddəti xəstəliyin mərhələsi və ağırlıq dərəcəsindən asılıdır. Adətən müalicə, simptomlar aradan qaldırılana və ya xəstələrin vəziyyəti yaxşılaşana qədər aparılmalıdır.

Xüsusi qeydlər:

Gündəlik dozanı aşmaq məsləhət deyil.

Əlavə təsiri:

Heç bir əlavə təsiri müşahidə olunmayıb.

Buraxılış forması:

Blister qablamada 60 tablet.

Saxlanma qaydası:

Sərin, quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalı.

İstehsalçı:

Sante Verte Ltd., Fransa.

Baxılma sayı: 2682 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..