*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » HYIODINE
Sual ver
  Təcili sifariş A+ A-

Məhsul haqqında məlumat

HYIODINEÒ steril antiadheziv tibbi vasitə olaraq dərin yaralara və dəri zədələnmələrinə sarğının qoyulması, onların təmizlənməsi və nəmləndirilməsi üçün yararlıdır. Yaraların sağalması üçün əlverişli şərait yaradır, onun lubrikant  xüsusiyyətləri isə sarğının yaraya yapışmasının qarşısını alır.  

 

İstifadə üsulları

HYIODINEÒ-nin istifadəsi zamanı müvafiq gigiyena prinsiplərinə və təmizliyə riayət etmək lazımdır. Zədələrin ölçüləri və xüsusiyyətlərindən asılı olaraq tibbi vasitə müxtəlif üsullarla istifadə oluna bilər.

Kiçik zədələnmələr və yaralar (məsələn, ayaq (barmaqların) xoraları və ya sahəsi 3 sm2 qədər olan yaralar).

Kiçik zədələnmələr zamanı vasitə birbaşa yaraya yeridilir (iynəsi olmayan şpris vasitəsilə) və sonra yara ikincili adsorbsiyaedici sarğı ilə sarınır. Tam sağalma baş verənə qədər sarğını hər 1-3 gündən bir dəyişmək lazımdır.

Böyük zədələnmələr (bütün yara növləri, üst, dərin, infeksiyalaşmış və infeksiyalaşmamış yaralar, diabetik xoralar, yanıqlarda, yataq yaraları, ayaq xoraları, açılmış əməliyyatdan sonrakı yaralar, çətin sağalan yaralar).   

Böyük zədələnmələr zamanı (sahəsi 3 sm2-dən artıq olan yaralar) steril tənzif HYIODINEÒ-lə tam hopdurulduqdan (hopdurulmanı barmaqlarla hiss etmək lazımdır) sonra yaranın üzərinə elə yerləşdirilir ki, onu tam örtsün. Sonra örtülmüş yaranın üzərinə tənziflə ikincili sarğı qoyulur ki, bu sarğı da xaric olmuş ifrazatı özünə hopduracaq. Vasitənin tövsiyə edilən miqdarı, yara üzərinə istifadə olunan steril tənzifin ölçülərindən asılıdır: tənzifin ölçüləri 5х5 sm olduqda vasitədən 2 ml, 7,5х7,5 sm olduqda 5 ml, 10х10 sm olduqda 7-8 ml istifadə olunur. Sarğı üçün istifadə olunan parçanın növündən asılı olaraq HYIODINEÒ vasitəsinin istifadəsi zamanı parçanın tündləşməsi müşahidə oluna bilər. Bu hal HYIODINEÒ vasitəsinin effektinə təsir etmir və heç bir narahatçılığa səbəb olmamalıdır. İstifadəçi tam əmin olmalıdır ki, steril tənzif HYIODINE® vasitəsi ilə tam hopdurulub, çünki əks halda tənzif yaraya yapışa bilər, bu da effektin azalmasına və ya yaranın zədələnməsinə gətirib çıxara bilər. Tam hopdurulmuş steril tənzif yaranın üzərinə yerləşdirildikdən sonra yaranın üzərinə ikincili adsorbsiyaedici sarğı qoyulmalıdır. İkincili sarğının seçilməsi zamanı yaradan xaric olan ekssudatın miqdarı nəzərə alınmalıdır. Sarğı sonradan bandaj və ya yapışqan lentlə bərkidilir.

Boşluqlar və fistullar

Kiçik ölçülü boşluq və fistullar zamanı HYIODINE® vasitəsi birbaşa zədələnmiş nahiyəyə iynəsiz şprisin köməyi ilə istifadə olunur. Sonra yara vasitə ilə tam hopdurulmuş steril tənziflə bağlanır və ikincili sarğı ilə sarınır. Dərin boşluq və fistullar zamanı HYIODINE® vasitəsi az miqdarda fistul kanalına yeridilir. Sonra isə HYIODINE® vasitəsi ilə yaxşı hopdurulmuş tənziflə yara tam doldurlur. Bu tənzif fistul üçün həm də drenaj funksiyasını yerinə yetirir. Boşluqlar da  HYIODINE® vasitəsi ilə yaxşı hopdurulmuş tənziflə tam doldurulmalıdır. Tənzifin bir hissəsi yaranın xaricində qalmalıdır ki, sarğının dəyişilməsi zamanı drenajın xaric olması asan olsun. Bundan sonra yaraya ikincili adsorbsiyaedici sarğı qoyulur.  Sarğı sonradan bandaj və ya yapışqan lentlə bərkidilir.     

HYIODINE®-in digər istifadə imkanları

Səthi infeksiyalaşmamış yaraların müalicəsi üçün HYIODINE® poliuretan köpüyü ilə istifadə oluna bilər. Uyğun gələn ölçüdə olan steril poliuretan köpük yara formasında kəsilir. HYIODINE® steril şpris vasitəsilə eyni  miqdarda köpüyün yaraya qoyulacaq hissəsinə yeridilir, sonra hopdurulmuş köpük yaraya yerləşdirlir. Bundan sonra yaraya ikincili adsorbsiyaedici sarğı qoyulur.  Sarğı sonradan bandaj və ya yapışqan lentlə bərkidilir.

Parafinlə hopdurulumuş tənziflə birgə HYIODINE® (səthi quru yaraların müalicəsi uçun uyğundur) birbaşa yaraya yeridilir və sonra parafinlə hopdurulumuş tənziflə örtülür. Bundan sonra yaraya ikincili adsorbsiyaedici sarğı qoyulur. Sarğı sonradan bandaj və ya yapışqan lentlə bərkidilir.


Sarğıların dəyişmə tezliyi

İlk istifadədən sonra sarğını 24 saat ərzində dəyişmək tövsiyə olunur. İnfeksiyalaşmış yaraların müalicəsi zamanı sarğı gündəlik dəyişilməlidir. İltihab prosesi azaldıqdan sonra sarğıları 2-3 gündən bir dəyişmək olar. İnfeksiyalaşmamış yaraların müalicəsi zamanı sarğı hər 48 və ya 72 saatdan bir dəyişilməlidir. Əgər yaralardan ifrazatlar orta və ya çox miqdardadırsa bu zaman sarğının xarici qatı (ikincili adsorbsiyaedici sarğı) dəyişdirilir, HYIODINE® vasitəsi ilə hopdurulmuş daxili sarğı isə yarada qalır. Sarğının yuxarıda göstərilən qaydada dəyişilməsi tam sağalma prosesinə qədər davam edir. Yaranın vəziyyəti pisləşdikdə təkrar müayinə aparılmalıdır.

HYIODINE® vasitəsinin istifadəsi zamanı daxili tənzif vasitə ilə tam hopdurulmalıdır. Bu tənzifi yaraya yapışmaqdan qoruyur. Sarğı qoyulduğu zaman onu yara qırağında yeni əmələgəlmiş epitelə yapışmaqdan qorumaq lazımdır. Əgər daxili tənzif yaranın dibinə və ya qırağına yapışıbsa bu onu göstərir ki, tənzif HYIODINE® vasitəsi ilə tam hopdurulmayıb, və ya sarğı yarada uzun müddət ərzində qalıb. Sarğının yaraya yapışması zamanı onu çıxarmazdan əvvəl nəmləndirmək tövsiyə edilir, məsələn, natrium-xlorid məhlulu ilə, yeni sarğı qoyulduqdan əvvəl isə yaranın qıraqları digər məlhəmlə işlənməlidir.

 

Rezin tıxac və alüminium plombla bağlanmış flakonların istifadəsinə dair təlimat.

Flakonu qutudan çıxarın və ağ qapağı açın. Rezin tıxacı tərkibində spirt və ya dəriyə uyğun olan digər dezinfeksiyaedici məhlulla işləyin.

Ev şəraitində istifadə zamanı alüminium plombu çıxarmayın. Qapağın alüminium halqasını çıxarmayın!

Qutuda qoyulmuş ucluğu yalnız burada göstərilən məqsədlər üçün istifadə edin. Ucluğu paketdən çıxarın və qoruyucu qapağı açın. Ucluğu istifadə edərkən zədələnmə riskindən qorunmaq üçün ehtiyyatlı olun.

Qoruyucu qapağı çıxartdıqdan sonra ucluğu açıq rezin tıxacdan keçirərək HYIODINE® flakonuna taxın.

Ucluğun üst hissəsində olan qapağı açın.

Steril şprisi uclüğun üst hissəsində yerləşən dəliyə taxın.

Şpris ilə flakonu yuxarı qaldırın və HYIODINE® vasitəsindən lazım olan miqdarda götürün.

Ucluğu flakonda saxlayın və müdafiəedici qapaqla bağlayın. İstifadə olunmuş şprisi atın.

Bundan əlavə məhlulu rezin tıxacı açaraq steril şpris və iynənin köməyi ilə yığmaq olar. Əgər şpris və iynə əl altında yoxdursa bu zaman alüminium qapağı çıxarın, rezin tıxacı açın və vasitəni yaraya və ya sarğıya yeridin. İstifadədən sonra flakonu rezin tıxacla kip bağlayın. Flakonu sərin yerdə 2-8 °С temperaturda saxlayın və açdıqdan sonra 6 həftə ərzində istifadə edin.

 

Təsviri

HYIODINE® natrium-hialuronatın steril suvaşqan məhluludur. Məhlul qırmızı-qəhvəyi rəngdədir.

 

Tərkibi

Natrium-hialuronat 1,5 q

Kalium-yodid (KI)  0,15 q

Yod (I2)                   0,1 q

İnyeksiya üçün su   100 q-dək

 

Təsir xüsusiyyətləri

Natrium-hialuronat /poli(b-natrium-D-qlükuronat-[1-3]-N-asetil-D-qlükozamin-[1-4])/ orqanizmin təbii komponenti olan (əsasən də hüceyrəxarici matriksin) xətti, mənfi yüklənmiş polisaxariddir və bunun nəticəsində toksik deyil, allergik reaksiyalara və ya digər hiperhəssaslıq reaksiyalarına səbəb olmur. Natrium-hialuronat nadir fiziki-kimyəvi xüsusiyyətlərə, yüksək nəmləndirici qabiliyyətə və əla antiadheziv xassələrə malikdir. Buna görə də yaraların təbii sağalmasını təmin edən münbit şərait yaradır.

Yod və kalium-yodid yara və onun ətrafında olan bakteriyalar tərəfindən natrium-hialuronatın sürətli parçalanmasının qarşısını alır.  

 

İstifadəsinə dair tövsiyələr

HYIODINEÒ dərin yaralara və dəri zədələnmələrinə sarğı qoyulması, onların təmizlənməsi və nəmləndirilməsi üçün yararlıdır. HYIODINE®  əsasən dərin yataq yaraları, diabetik zədələnmələr, ayaq xoraları, yanıqlarda, əməliyyatdan sonrakı açılmış yaralarda, çətin sağalan yaralarda və geniş səthli sıyrılmalarda istifadə olunur. HYIODINE® həmçinin infeksiyalaşmış yaraların müalicəsi üçün istifadə oluna bilər. Onun nəmləndirici xüsusiyyətləri sarğının yaraya yapışmasının qarşısını alır və yaraların sağalması üçün münbit şərait yaradır. HYIODINE®-in böyük və infeksiyalaşmış yaraların müalicəsində istifadəsi zamanı həkimlə məsləhətləşmək lazımdır. 

Məhdudiyyətlər

Qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən şəxslər istifadədən əvvəl müalicə həkimi ilə məsləhətləşməlidirlər. HYIODINE®-in istifadəsi zamanı onun tərkibindəki yod yodidə çevrilə bilir ki, sonuncu da orqanizm tərəfindən qalxanabənzər vəzi hormonunun sintezi üçün istifadə oluna bilər. Tərkibində yod olan digər dərman vasitələrini qəbul edən pasiyentlər HYIODINE®-in istifadəsindən əvvəl müalicə həkimi ilə məsləhətləşməlidirlər. 

Əks-göstərişlər

Hazırda natrium-hialuronatın yerli istifadəsinə dair heç bir əks-göstəriş yoxdur.

Vasitənin tərkibindəki yod ona hiperhəssas olan insanlarda allergik reaksiya törədə bilər.   

Xoşagəlməz təsirləri

Natrium-hialuronat yaxşı mənimsənilir. Hazırda onun yerli istifadəsi zamanı heç bir xoşagəlməz hallar qeydə alınmayıb. Vasitənin tərkibindəki yod ona qarşı hiperhəssas olan insanlarda allergik reaksiya verə bilər. HYIODINE®-in istifadəsi zamanı buna bənzər reaksiyalar müşahidə olunmayıb.

Ağrı hissi

HYIODINE®-in istifadəsi zamanı ilk 20 dəqiqə ərzində pasiyentlərdə yara nahiyəsində ağrı və göynəmə hissi müşahidə oluna bilər. Əsasən də bu hal ayaq xoraları olan pasiyentlərdə qeydə alına bilər. Bu reaksiyalar sarğıdan sonra yarada onkotik təzyiqin artması ilə və ya yarada olan sinir uclarının yodla müvəqqəti qıcıqlanması ilə bağlıdır. Sonrakı istifadələr zamanı ağrı tədricən azalmalıdır. Eyni zamanda narahat qoyulmuş sarğı ilə (əksər hallarda tarım çəkilmiş sarğı ilə) bağlı ola bilən ağrını istisna etmək lazımdır. Əgər ağrı hissi davam edirsə, bu zaman müalicə həkiminə müraciət etmək lazımdır.

Qızartı

Yara ətrafındakı dəridə qızartı sarğının üst hissəsinin tənzifininin vaxtında dəyişilməməsi nəticəsində dəri maserasiyası (yumşalması) ilə bağlı olur. Həmçinin yara ətrafındakı dəridə qızartı ağırlaşmış dərin infeksiyalaşmış yaralar və yara altında olan irinlə bağlı ola bilər. Bu proses adətən kəskin ağrı və ödemlə müşahidə olunur və HYIODINE® vasitəsinin istifadəsi ilə bağlı deyil.

Bütün yuxarıda göstərilən ağırlaşmalar zamanı həkimin müayinəsi və müalicənin davam ediməsinə dair məsləhətləri lazımdır.

Yaranın qanla təchizatının artması onun qızarması və ya zəif qanaxmalarla (əsasən də ayaq xoraları zamanı) müşahidə olunur və müalicə prosesinə mane olmur. Bu hal qranulyasiya toxumasının əmələ gəlməsinin əlamətidir ki, bu da yaranın bağlanmasına gətirib çıxarır və müalicə prosesinin tərkib hissəsidir.  

Xoşagəlməz təsirlər və ya digər arzuedilməz reaksiyalar müşahidə olunarsa bu haqda müalicə həkiminə məlumat verin.   

Xahiş edirik HYIODINE® vasitəsinin hər hansı ciddi xoşagəlməz təsirləri zamanı istehsalçıya məlumat verəsiz.

Contipro Pharma a.s., Dolní Dobrouč 401, 561 02 Dolní Dobrouč

tel: +420 465 520 035, fax: +420 465 524 098, e-mail: sales@contipro.cz 

Qarşılıqlı təsirləri

Natrium-hialuronat məhlulları müsbət yüklü maddələrlə qarışdırıldıqda bulanır (opalessensiya) hətta çökürlər (məsələn, bəzi kation antibiotiklər: eritromisin (Gаllimycin), sefkinom (Cobactan); polişəkərlər: xitozan (Chitosan); konservantlar: benzalkonium-xlorid (benzalkonium chloride); detergentlər və digər bənzər maddələr).

Bununla əlaqədar HYIODINE®-i başqa dərman maddələri və tibbi vasitələrlə qarışdırmaq və birgə istifadə etmək olmaz. 

Xəbərdarlıqlar

Yalnız xaricə istifadə üçün nəzərdə tutulub.

Gözə düşdüyü halda konyunktival kisə ilıq su ilə yuyulmalıdır.

Zədələnmiş qablaşmada olan vasitəni istifadə etməyin.

Flakon təsadüfən zədələndiyi halda və ya vasitə qeyri-steril səthlərlə (əşyalarla) kontaktda olduğu halda istifadə etməyin.

Qutuda göstərilmiş yararlılıq müddəti bitdikdən sonra vasitəni istifadə etməyin.

Vasitənin rəngi dəyişdikdə istifadə etməyin. HYIODINE®-in rəngi dəyişdiyi zaman (rəngsizləşəndə) yodun qatılığı aşağı düşür, bu da vasitənin çirklənməsi (kontaminasiya) ehtimalını artırır, həmçinin onun effekti aşağı düşür.

Vasitə açıldıqdan sonra onu sərin yerdə (2-8°C) saxlamaq və 6 həftə ərzində istifadə etmək lazımdır.

Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. 

Qablaşdırma

HYIODINE® 22 q-lıq şüşə flakonlarda.

Hər bir qutuda flakon, steril ucluq və vasitə haqqında məlumat vardır. 

Yararlılıq müddəti

24 ay. Açıldıqdan sonra 6 həftə ərzində istifadə olunmalıdır. 

Saxlanması

25°C temperaturda saxlanmalı. Vasitə açıldıqdan sonra onu sərin (2-8°C) və günəşdən qorunan yerdə saxlamaq lazımdır. Vasitəni donmadan qorumaq lazımdır.

İstifadədən əvvəl otaq temperaturunadək qızdırmaq lazımdır. 

İstehsalçı

Contipro Pharma a.s.

Dolní Dobrouč 401

561 02 Dolní Dobrouč

Çex Respublikası

Baxılma sayı: 2846 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..