*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Cinsi yolla keçən xəstəliklər » KLİAVAQ® şırınqa üçün məhlul
Sual ver
  Təcili sifariş A+ A-

Şırınqanın tərkibi selikli qişaların fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, təbii inqrediyentlər əsasında hazırlanıb. Vasitə müxtəlif patologiyalarda (spesifik və qeyri-spesifik vulvovaginitlər) və/və ya qaşınma, göynəmə, ağrı, qıcıqlanma kimi simptomların aradan qaldırılması üçün spesifik müalicə ilə birlikdə istifadə olunduqda sakitləşdirici və ödeməleyhinə təsir göstərir.

Tərkibi: su, qızılgül əsasında distillə suyu, çobanyastığı əsasında distillə suyu, hamamelis əsasında distillə suyu, 20%-li xlorheksidin-diqlükonat, lavandanın efir yağı, süd turşusu, kokamidopropil-betain, butil (26) OE (26) OP, hidrogenləşdirilmiş gənəgərçək yağı (40) OE. 

Göstərişləri:

-İntim gigiyenanın təmin edilməsi üçün: həftədə 1-2 şırınqa (həftə ərzində 2 flakon);

-Aybaşıdan (menstruasiyadan) sonra intim gigiyenanı təmin etmək üçün;

-Yerli kontraseptiv vasitələrin istifadəsindən sonra (istifadədən əvvəl kontraseptivlərin təlimat vərəqələri ilə tanış olun);

-Uşaqlıq yolundan bol ifrazat müşahidə olunduğu zaman və əsaslı gigiyenaya ehtiyac duyulduğu digər hallarda;

-Vaginal yolla istifadə olunan dərman vasitələrinin artığının aradan götürülməsi üçün;

-Doğuşdan sonrakı dövrdə (gündə 1-2 dəfə aralıq nahiyəsinin yuyulması üçün). 

Əks-göstərişləri: Məhsulun komponentlərinə qarşı fərdi hiperhəssaslıq. 

İstifadə qaydası: İstifadədən əvvəl əlləri diqqətlə yumaq lazımdır. Hər flakonun tərkibində bir şırınqa üçün hazır məhlul vardır. Flakonun kəpənək şəklində olan uc hissəsini buraraq sındırın və boruşəkilli kanyulanı ucluğa taxın. Sonra kanyulanı uşaqlıq yoluna daxil edib flakonu sıxın (bu zaman flakonun başıaşağı çevrilmiş vəziyyətdə olması məqsədəuyğundur). Flakonda olan məhlulun hamısını tədricən uşaqlıq yoluna yeridərək yuyun. Şırınqa bitdikdən sonra aralıq nahiyəsini ehtiyatla qurulayın (su ilə yumaq lazım deyil). Şırınqa əməliyyatı bir neçə vəziyyətdə aparıla bilər: bide və ya unitaz üzərində oturaraq, bir ayağı vanna və ya duş kabinəsinin kənarına qaldıraraq ayaq üstə. İstifadə olunmuş flakon və ya kanyula yenidən istifadə oluna bilməz; istifadədən sonra onları utilləşdirmək lazımdır. 

Ehtiyat tədbirləri: Həkimin xüsusi göstərişi olmadığı halda həftə ərzində iki şırınqadan artıq istifadə etməyin. Doğuşdan sonra xarici lavajı (yuyunmanı) gündə 1-2 dəfə aparmaq məqsədəuyğundur. Hamiləlik zamanı istifadədən əvvəl həkimlə məsləhətləşmək lazımdır. 

Xəbərdarlıqlar: Qutuda göstərilmiş yararlılıq müddəti bitdikdən sonra vasitədən istifadə etmək olmaz. Flakonun ucluğu zədələndiyi halda istifadə etmək olmaz. Daxilə qəbul etmək olmaz. Gözlə təması yolverilməzdir. Vasitənin tərkibində təbii komponentlər olduğu üçün, flakonun dibində çöküntü ola bilər (flakonu çalxalayanda həll olur). Digər dərman vasitələri ilə birgə qəbul etmək üçün həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar üçün əlçatmaz yerdə saxlamaq lazımdır. Yerli təsirə malik vasitənin istifadəsi, əsasən də uzunmüddətli istifadə zamanı sensibilizasiya verə bilər. Belə hallar müşahidə olunduqda preparatın istifadəsini dayandıraraq həkimlə məsləhətləşmək lazımdır.  

Buraxılış forması: Karton qutuda 3 ədəd birdəfəlik istifadə üçün 100 ml-lik flakon 3 ədəd birdəfəlik kanyula ilə birlikdə. 

İstehsalçı:

FARMA-DERMA s.r.l.  

Via dei Bersaglieri, 1040010 Sala Bolognese (BO) ITALY 

TİBBİ VASİTƏ CE

Baxılma sayı: 5215 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..