*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » POLIDEKSA fenilefrinlə
Sual ver
  Təcili sifariş A+ A-

POLIDEKSA fenilefrinlə  nazal sprey

POLYDEXA with phenylephrine

Tərkibi (100 ml üçün):

Təsiredici maddələr:

Neomisin sulfat ................... 1q,  650 000 BV bərabərdir

Polimiksin B sulfat .................................. 1 000 000 BV

Natrium deksametazon  metasulfobenzoat ....... 0,025 q

Fenilefrin hidroxlorid ....................................... 0,250 q

Köməkçi maddələr:

Metilparahidroksibenzoat ................................. 0,100 q

Litium xlorid ................................................... 0,340 q

Limon turşusu ................................................ 0,280 q

Litium hidroksid .............................................. 0,100 q

Makroqol 400 ................................................. 5,000 q

Polisorbat 80 .................................................. 0,200 q

Təmizlənmiş su ....................................... 100 ml qədər

Təsviri:

Şəffaf rəngsiz maye.

ATC kodu: R01AX30

Farmakoterapevtik qrupu:

Yerli istifadə üçün qlükokortikosteroid + antibiotiklər (aminoqlikozid və siklik polipeptid) + alfa - adrenomimetik.

 

Farmakoloji xüsusiyyətləri:

Otolarinqologiyada yerli istifadə üçün kombinə olunmuş preparatdır.Burnun selikli qişasına deksametazonun hesabına iltihab əleyhinə,neomisin və polimiksin B antibiotiklərinin hesabına antibakterial təsirə malikdir.Yerli istifadəsi zamanı deksametazon yaxşı sorulur,selikli qişanın iltihabı zamanı onun absorbsiyası artır.Göstərilən bu antibiotiklərin kombinə olunması zamanı burun boşluğunun və burunətrafı ciblərdə infeksion-iltihabi xəstəliklərini törədən qram müsbət və qram mənfi mikroorqanizmlərin çoxuna qarşı antibakterial təsir spektri genişlənir.

 

İstifadəsinə göstərişlər:

Burun boşluğunun,udlaqın,burunətrafı ciblərin iltihab və infeksion xəstəlikləri:

-kəskin və xroniki  rinit;

-kəskin və xroniki  rinofaringit;

- sinusitlər .

Əks göstərişlər:

- qapalıuclu qlaukomaya şübhə olduqda;

- MAO inhibitorları ilə müalicə;

- virus xəstəlikləri;

- albuminuriya ilə müşayiət olunan böyrək xəstəlikləri,böyrək çatışmazlığı;

- hamiləlik;

- laktasiya dövrü;

- 2,5 yaşa qədər uşaqlar;

- preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.


İstifadə qaydası və dozası:

Böyüklərə:hər burun dəliyinə bir püskürtmə,gündə 3-5 dəfə.

Uşaqlara (2,5 – 18 yaş):hər burun dəliyinə bir püskürtmə, gündə 3 dəfə.

Müalicə müddəti – 5-10 gün.

Ehtiyat tədbirləri:

Arterial hipertenziya,İÜX,hipertireoidizmi olan xəstələrə ehtiyatla təyin olunmalıdır. 

Preparatın gözə düşməməsinə diqqət etmək lazımdır.Preparat gözə və selikli qişalara təsadüfən düşərsə,çoxlu su ilə yaxşı yumaq lazımdır. 

Doza həddinin aşılması:

Sistem qan dövranına doza həddinin aşılması az inanılandır,çünki preparatın absorbsiyası çox zəifdir.

Əlavə təsirlər:

Yerli  allergik reaksiyalar ola bilər. Arzuolunmaz reaksiyalar  müşahidə olunduğu zaman, preparatın qəbulunun davam edilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır! 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Tərkibindəki fenilefrinlə əlaqədardır.Fenilefrin  diuretiklərin və hipotenziv DV (o cümlədən metildopanın,mekamilaminın,quanadrelin,quanetidinin) hipotenziv təsirini azaldır.Əgər bu kombinasiyadan qaçmaq mümkün deyilsə,o zaman həkim nəzarəti lazımdır. Digər dərman vasitələri ilə kliniki vacib qarşılıqlı təsiri haqda məlumat aşkar edilməmişdir.

Xüsusi göstərişlər:

İstifadə zamanı flakonu vertikal vəziyyətdə püskürtücü ucluğu yuxarı  tutulmalıdır. 

Burun ətrafı cibləri yumaq üçün istifadə etmək olmaz.

İdmançıların diqqətinə:preparatın tərkibində dopinq-kontrol zamanı müsbət effekt verə bilən komponentlər var.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri:

Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri haqqında mənfi məlumat yoxdur. 

Buraxılış forması:

Nazal sprey.

15 ml-lik bağlanan polietilen qapaqla işıq keçirməyən polietilen flakon püskürtücü ucluq ilə birgə.Hər bir flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Yararlıq müddəti:

3 il.

Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra  istifadə etmək olmaz.

Saxlanma şəraiti:

25 °C -dən yuxarı olmayan temperaturda saxlanmalıdır. 

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:

 Resept əsasında  buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi:

BUŞARA-REKORDATİ laboratoriyaları,

Fransa

İstehsalçı:

Sofarteks,Fransa

Baxılma sayı: 2439 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..