*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Meganorm
Sual ver
  Təcili sifariş A+ A-

Meganorm

Vasitənin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi: 10 ml siropun tərkibinə daxildir:

Balıq yağı  (treska balığının qaraciyərindən alınmış)..................  1800 mq

o cümlədən omeqa-3 polidoymamış yağ turşuları:

  • EPT      ........................................... 216 mq
  • DHT ............................................... 180 mq

Vitamin E ..................................................  1 mkq


Farmakoloji xüsusiyyətləri:

Balıq yağı Omeqa-3 polidoymamış yağ turşularının (PDYT) əsas mənbəyindən biri hesab olunur. Omeqa-3 PDYT əsas komponentləri olan eykozapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) orqanizmdə sintez olunmadığı üçün xüsusi əhəmiyyət kəsb edir. Əvəzolunmaz omeqa-3 PDYT-ları araxidon turşusunun sələfləri ilə rəqabət antaqonizmə girərək bir çox patoloji proseslərin başlanmasına maneçilik törədir. Omeqa-3 PDYT orqanizmdə mübadilə proseslərini normallaşdırır, triqliseridlərin, aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır və bunun nəticəsində beyin qan dövranını yaxşılaşdırır, arterial təzyiqin dəyişməsində baş beyin damarlarının dözümlülüyünü təmin edir. Omeqa-3 polidoymamış yağ turşuları əhəmiyyətli miqdarda baş beyinin qabıq maddəsinində, gözün torlu qişasında və xayalarda mövcuddur. Bu səbəbdən, Meganorm siropun tərkibindəki omeqa-3 PDYT-ları beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırmaq, aterosklerotik prosesin qarşısını almalq, ürək-damar, sinir və cinsiyyət sisteminin funksiyasını aktivləşdirir. Bundan başqa, omeqa-3 polidoymamış yağ turşuları antioksidant təsirə malik olmaqla xolesterini və sərbəst radikalları orqanizmdən xaric edir, həmçinin onkoloji xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Yaraların və çapıqların sağalmasını sürətləndirir.

Omeqa-3 PDYT-ları həmçinin uşaqların inkişafı üçün də çox vacibdir. Omeqa-3 PDYT-larının tərkibinə daxil olan maddələr uşaqların diqqətinin və konsentrasiyasının yaxşılaşdırılması, iltihabi və allergik proseslərin tənzimlənməsi ücun tətbiq olunur. Omeqa-3 PDYT- ları sinir  impulslarının ötürülməsini və sinir toxumasında metabolik prosesləri yaxşılaşdırır, dölün mərkəzi sinir sisteminin normal inkişafında mühüm rol oynayır.

Vitamin E antioksidant təsirə malikdir, hüceyrə tənəffüsü prosesində iştirak edir. Orqanizmin toxumalarında metobolizmi yaxşılaşdırır və hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, hemin biosintezində  iştirak edir. E vitamini çatışmazlığı yarımçıqdoğulmuş və aşağı çəkili uşaqlarda qabarıq şəkildə təzahür edərək miopatiya və nevroloji pozulmalara gətirib çıxara bilər.

 

İstifadəsinə göstərişlər:

Əsas müalicə tədbirləri ilə kompleks şəkildə istifadə edilə bilər:


  •  Uşaqlarda əqli inkişafının ləngiməsində;
  • Yarımçıqdoğulmuşlarda beynin hipoksik zədələnməsində;
  • Uşaqlarda yaddaş zəifliyində, diqqət defisiti ilə müşayiət olunan hiperaktivlik sindromunda;
  • Xroniki yorğunluq sindromunda;
  • Ürək funksiyasının zəifləməsində;
  • Dəri xəstəliklərində (müxtəlif növ dermatit və dermatozlar, o cümlədən psoriaz, atopik dermatit);
  • İmmunitetin zəifləməsində;
  • Depressiya və digər əhval pozulmalarında;
  • Anemiya;
  • Nevroloji pozulmalarda (baş beyin qan dövranının pozulması, kəllədaxili təzyiqinin  artması, yaddaş və nitq pozulmaları, digər koqnitiv pozulmalar);
  • Görmə qabiliyyətinin pozulmalarında;
  • Cərrahi yaraların müalicəsində (trofiki xoralar, osteomielit, sınıqlar).


 

Əks göstərişlər:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentinə qarşı yüksək həssaslıq;

Yüksək dozada aspirin və antikoaqulyantların qəbulu.

 

İstifadə qaydası:

Preparat yeməkdən sonra qəbul olunur.

 

Yaş

Dozalanma

Qəbul

0 - 1 yaş

2.5 ml

1 dəfə

1 - 3 yaş

5 ml

1 dəfə

3 - 6 yaş

5 ml

2 dəfə

6 – 12 yaş

5 ml

3 dəfə

Böyüklər

10 ml

2 dəfə

Kurs müalicə: 1 - 2 ay

Əlavə təsirlər:

Nadir hallarda − ishal, çox nadir hallarda − səpgilər.

Saxlanma şəraiti:

 25ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti:

Qutu və flakonun üstündə göstərilib.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması:

150ml sirop

Aptekdən buraxılma şərti: 

Reseptsiz buraxılır.

İstehsalçı:

Biofaktor Sp. z o.o. Export Department Office Al. Ken 55/28 02-797 Warszawa, Polşa

Rəsmi distribyutor: AzeriMed MMC şirkəti



Baxılma sayı: 2650 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..