*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
İmmun preparatlar » KANOPREVİT
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

Hər bir kapsulda

Vitamin A

1200 mkq

Vitamin B1

1.84 mq

Vitamin B2

1.7 mq

Vitamin B6

2.6 mq

Vitamin B12

4 mkq

Vitamin D

50 mkq

Vitamin E

7.37 mq

Vitamin C

100 mq

Fol  turşusu

800 mkq

Niasin

18 mq

Kalsium

200 mq

Yod

200 mkq

Dəmir

60 mq

Sink

25 mq

Selen

55 mkq

Farmakoloji xüsusiyyətləri:

Kanoprevitin  tərkibində  orqanizmin  çox  saylı  biokimyəvi  proseslərində  iştirak  edən  vitamin  və  mineral  kompleksi  vardır. B qrupu  vitaminləri  karbohidratların,  zülalların  və  yağların  mübadiləsində  və  neyromediatorların  sintezində  iştirak  edir. Vitamin A gözdə  işığa  həssas  piqmentin  biosintezi  üçün  zəruridir. Vitamin D  kalsiumun  mənimsənilməsini  tənzimləyir. Vitamin C  dəmirin  absorbsiyasını  təmın  edir,  orqanizmdə  bir  çox  oksidləşmə - reduksiya  proseslərində  iştirak  edir. Vitamin E  hüceyrə  membranlarını  zədələnmədən  qoruyan  və  funksional  aktivliyini  saxlayan  fizioloji  antioksidantdır.

Kanoprevit  həmçinin  hamiləliyə hazırlıq, hamiləlik və hamiləlikdən sonrakı dövrlərdə qadın  orqanizminin  vitaminlərə  və  minerallara olan artmış təlabatını ödəmək üçun də təyin oluna bilər

Kanoprevit  hamiləlik və döşlə qidalandırma dövründə istifadə üçün münasib olan, yaxşı  balanslaşdırılmış  vitamin,  mineral  və  mikroelementlər  kompleksindən  ibarətdir.

Kanoprevitin komponentləri:

- gələcək  ananın  orqanizmində  vitamin  və  mineralların  defisitini  bərpa  edir;

- anadangəlmə  qüsurların  inkişaf  riskini  azaldır;

- hamiləlik  vaxtı  toksikozların  (yorğunluq,  başgicəllənmə,  ürəkbulanma,  qusma)  ağırlığını  və  tezliyini  azaldır;   

- anemiyanın inkişafının qarşısını alır;

- immuniteti  artırır,  ananın  və  körpənin  orqanizmini  virus  və  infeksiyalardan  qoruyur.

Göstərişləri:

Kanoprevit  hipovitaminoz  və  mineralların  çatışmazlığı  zamanı  tövsiyyə  olunur  (xüsusilə  də  yaz  və  payız  fəsillərində):


  • Fiziki  və  ya  psixi  yüklənmələr  zamanı
  • Hamiləlik  və  laktasiya  dövründə
  • Idmanla  intensiv  məşğul  olduqda
  • Iştahanın  azalması  zamanı
  • Arıqlamaq  üçün  pəhriz  saxladıqda


İstifadə qaydası və dozalanma rejimi:

Sutkada 1 kapsul yeməkdən sonra səhərlər qəbul edilir. Kurs müddəti orqanizmin vəziyyətindən asılı olaraq fərdi olaraq müəyyən olunur.

Əlavə təsirləri:

Kanoprevit  preparatının  tövsiyyə  olunan  dozalarda  qəbulu,  adətən  arzuolunmaz  təsirlər  törətmir.

Allergik  reaksiyalar  baş  verərsə  preparatın  qəbulunu  dayandırmaq  və  həkimlə  məsləhətləşmək  lazımdır.

Əks göstərişləri:

Preparatın  hər  hansı  komponentinə  qarşı  həssaslıq.

Buraxılış forması: 30 kapsul.

İstehsalçı: INV POLAND sp.z o.o.sp.k.

Baxılma sayı: 10850 dəfə
 
SUAL CAVAB
Ayla
Sual: Kanopevit qiymetini yazin zehmet olmasa
Cavab: Salam Ayla xanim. KANOPREVIT N30 məbləgi 15.20 Azn.Baki şəhər daxilində catdirilma xidmətimiz mövcütdu.10 azn-den yuxari sifarişlərə çatdirilma haqqi ödənişsizdir. Müracietiniz üçün çox sagolun.
agamusa
Sual: men.cox ariqam.kokelmek.isteyirrm.istifade edirem.bu.dermanan yardimci.olacaq.kokelecem?
Cavab: Salam. Əgər sizin avitaminozla (vitamin çatişmamazligi) bagli probleminiz varsa, bəli köməklik edəcək. Sizə yenədə həkimə müraciət etməyi məsləhət görürük.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..