*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

ERBOLAK

peroral qəbul üçün məhlul

(həkimlər və pasiyentlər üçün təlimat)

Tərkibi:

Hər 15 ml məhlulun tərkibində vardır:

Laktuloza (Lactulose)..........................................................................4 q;

Adi gavalının qatılaşmış şirəsi (Prunus domestica L.) ........................2,7 q;

Nutriose  FM® Qarğıdalı lifləri (Corn Fiber)..........................................1,0 q;

Actilight® 950P Fruktooliqosaxaridlər (Fructooligosaccharides)…......3,0 q;

İnulin (Inulin).........................................................................................0,5 q.

Köməkçi maddələr: deminerallaşdırılmış su, konservant: kalium-sorbat. Tərkibində süd və süd məhsullarının izlərini saxlayır.

Təsir xüsusiyyətləri:

Laktuloza həzm fermentləri tərəfindən hidrolizə davamlı disaxariddir və bununla əlaqədar olaraq bağırsaqdan praktik olaraq sorulmur. Laktulozanın xroniki qəbizliyin müalicəsində effekti təsdiq olunub ki, bu da onun bağırsaq peristaltikasını bərpa etməsi və nəcis kütlələrini yumşaltması ilə bağlıdır. Laktulozanın təsiri nəticəsində yoğun bağırsağın florasının dəyişməsi (laktobasillərin miqdarının artması) baş verir, bunun nəticəsində yoğun bağırsaqda turşuluq artır və onun peris-taltikası stimulə olunur. Bununla yanaşı osmotik təzyiq və nəcis kütlələrinin həcmi artır. Nəticədə, Laktuloza bağırsağın selikli qişası və saya əzələlərinə təsir etmədən işlədici effekt göstərir. Laktulozanın təsiri nəticəsində ammonyakın absorbsiyası müşahidə olunur, tərkibində azot olan toksiki maddələrin əmələgəlməsi və müvafiq olaraq onların venoz sistemə keçməsi azalır. Laktuloza yoğun bağırsaqda salmonellaların böyüməsini inhibə etmə qabiliyyətinə malikdir, vitaminlərin absorbsiyasını azaltmır və asılılıq yaratmır. Adi gavalının qatılaşmış şirəsi işlədici təsirə malikdir. Gavalı vitaminlərlə (А, В qrupu, С, Р), kaliumla, dəmirlə, kalsiumla, maqneziumla, natriumla və manqanla zəngindir. Gavalı şirəsi bağırsaq atoniyası zamanı tövsiyə edilir, orqanizmdə xolesterini zərərsizləşdirməyə kömək edir. Nutriose  FM® Qarğıdalı lifləri qarğıdalıdan alınan, yüksək həzm tolerantlığına malik, dietik liflərdir. Nutriose  FM® qlükozanın polimeri olaraq, nazik bağırsaqdan sorulmağa davamlıdır və bağırsaq tranzitini tənzimləmə xüsusiyyətinə malikdir. О, həmçinin bağırsaq florasına  müsbət təsir göstərir. Actilight®    950P Fruktooliqosaxaridlər mədədə və bağırsaqda sorulmaya davamlı qısazəncirli oliqosaxaridlərdir. Bu xüsusiyyətlərə görə Fruktooliqosaxaridlər dietik liflər hesab olunur. Onlar təxliyyə tezliyini artırır və qəbizliyin qarşısını alırlar. Onların işlədici təsiri bağırsaq peristaltikasının və nəcis kütlələrinin yumşaqlığının artırılması ilə bağlıdır. İnulin qida liflərinə aid, orqanizmin həzm fermentləri tərəfindən parçalanmayan oliqosaxariddir. İnulin nazik bağırsaqda tranziti sürətləndirir, nəcis kütlələrini yumşaldır, təxliyyə tezliyini artırır. İnulin təbii prebiotikdir, orqanizmdə normal bağırsaq florasının çoxalmasına sə-bəb olur.

İstifadəsinə dair tövsiyələr:

Bağırsağın təbii tranzitinin tənzimlənməsi və qəbizliyin müalicəsi üçün tövsiyə olunur. 

İstifadə qaydası:

İstifadəsi yaşdan asılı olaraq aşağıdakı qaydada aparılır: 6 aydan 1 yaşadək uşaqlara gündə 2,5 ml təyin olunur. 1 yaşadan 3 yaşadək uşaqlara gündə 5 ml təyin olunur. 3 yaşadan 6 yaşadək uşaqlara gündə 7,5 ml təyin olunur. 6 yaşadan 12 yaşadək uşaqlara gündə 10 ml təyin olunur. 12 yaşadan yuxarı uşaqlara və böyüklərə gündə 15 ml təyin olunur. Vasitə gündə 1 dəfə (səhər və ya axşam) yeməkdən əvvəl daxilə qəbul edilir.

Məhdudiyyətlər:

Vasitənin hər hansı komponentinə qarşı yüksək həssaslıq zamanı qəbulu əks-göstərişdir. Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Xəbərdarlıqlar:

Tərkibində laktoza saxlayır. İstifadədən əvvəl yaxşı çalxalayın. 3 yaşadək uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Tövsiyə olunan gündəlik dozanı aşmayın. Dietik əlavələr müxtəlif pəhriz növlərini əvəz etmir.

ERBOLAK  TƏRKİBİNDƏ  QLÜTEN SAXLAMIR.

Saxlanılması:

Sərin, quru, yüksək temperaturdan qorunan yerdə saxlanmalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması:

200 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

İstehsal olunub Del Seriole küç, 41/43 – 47894, Kyezanuova, PHARMALUCE S.r.l. üçün, Del Seriole küç, 45 – 47894, Kyezanuova, San Marino Respublikası.


Baxılma sayı: 2652 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..