*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » FerVi-KID
Sual ver
  Təcili sifariş A+ A-

FerVi-KID

(istifadəsinə dair təlimat)

TƏRKİBİ:

Hər 5 ml şərbətin tərkibində vardır:

Dəmir-fumarat - 42,6 mq (14 mq Fe2+ müvafiqdir, TSD*-nin 100%-i)

Maqnezium-sitrat - 300 mq (62,04 mq Mg2+ müvafiqdir, TSD*-nin 7,75%-i)

Kalsium-laktat - 500 mq (60 mq Са2+ müvafiqdir, TSD*-nin 8%-i)

C vitamini (askorbin turşusu) - 80 mq (TSD*-nin 100%-i)

B1 vitamini (tiamin) - 1,1 mq (TSD*-nin 100%-i)

B2 vitamini (riboflavin) - 1,4 mq (TSD*-nin 100%-i)

B3 vitamini (nikotinamid) - 16 mq (TSD*-nin 100%-i)

B6 vitamini (piridoksin) - 1,4 mq (TSD*-nin 100%-i)

B12 vitamini (siankobalamin) - 0,25 mq (2,5 mkq B12 vitamininə müvafiqdir,TSD*-nin 100%-i)

Kalsium-pantotenat - 6,5 mq (6 mq pantoten turşusuna müvafiqdir,TSD*-nin 100%-i)

Fol turşusu - 0,2 mq (TSD*-nin 100%-i)

A vitamini (retinol) - 5 mq (2500 BV müvafiqdir, TSD*-nin 625%-i)

D3 vitamini (xolekalsiferol) - 0,1 mq (100 BV müvafiqdir, TSD*-nin 50%-i)

K2 vitamini (menaxinon) - 15 mq (30 mkq (0,03 mq) K2 vitamininə müvafiqdir, TSD*-nin 40%-i)

Zərdəçalın efir yağı - 0,00025 mq

*TSD - tövsiyə edilən sutkalıq doza.

Köməkçi maddələr: sorbitol, dekstroza, qliserin, kalium-sorbat, natrium-benzoat, limon ətri, təmizlənmiş su.

TƏSİR XÜSUSİYYƏTLƏRİ:

Mikroelementlərlə kombinasiya olunmuş polivitaminli vasitədir. Tərkibinə orqanizmdə metabolik proseslərin mühüm faktorları olan vitamin və mikroelementlərin kompleksi daxildir. Vasitənin tərkibində asan mənimsənilən dəmir duzu vardır ki, bu da orqanimzdə dəmirə olan təlabatı bərpa edir, hemoqlobinin sintezini və normal qanyaranmanı təmin edir.

Dəmir mühüm mikroelement olaraq qanyaranmada, immun-bioloji və oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, 100-dən artıq fermentin tərkibinə daxildir, hemoqlobin və mioqlobinin mühüm tərkib hissəsidir.

Maqnezium sinir hüceyrələrinin oyanmasını və sinir-əzələ ötürücülüyünü azaldır, bir çox fermentativ reaksiyada iştirak edir.

Kalsium orqanizmdə sümük toxuması üçün əsas qurucu komponentdir, damar divarlarının keçiriciliyini tənzimləyir, sinapslar və sinir-əzələ birləşmələrində keçiriciliyin tənzimlənməsində iştirak edir, skelet və saya əzələlərin yığılmasında iştirak edir, qanın laxtalanması üçün mühüm komponentdir.

C vitamini (askorbin turşusu) bir sıra bioloji fəal maddələrin oksidləşməsində, birləşdirici toxumada maddələr mübadiləsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların əmələ gəlməsində iştirak edir, kapilyarların keçiriciliyini normallaşdırır. C vitamini orqanizmin infeksiyalara qarşı davamlığını artırır, iltihab reaksiyalarını azaldır.

В1 vitamini (tiamin) karbohidrat mübadiləsinə müsbət təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır, sinir sisteminin normal fəaliyyətinə kömək edir.

В2 vitamini (riboflavin) hüceyrə tənəffüsündə iştirak edir, toxumaların, həmçinin dəri hüceyrələrinin regenerasiyasını təmin edir.

В3 vitamini (nikotinamid) zülalların metabolizmində, yağ turşularının və xolesterinin sintezində, enerjinin hasil olunmasında iştirak edən kofermentdir, MSS-nin normal fəaliyyəti üçün vacibdir.

В6 vitamini (piridoksin) sümüklərin, dişlərin, diş ətinin struktur və funksiyasını tənzimləyir, eritropoezi stimulə edir, sinir sisteminin normal fəaliyyətini təmin edir.  

В12 vitamini (siankobalamin) eritropoezi stimulə edir, sinir sisteminin normal fəaliyyətini təmin edir.

Kalsium-pantotenat orqanizmdə pantoten truşusuna çevrilir. Pantoten turşusu karbohidrat və yağ mübadiləsində iştirak edir, kortikosteroidlərin sintezini stimullaşdırır, regenerasiya proseslərini sürətləndirir.

Fol turşusu (В9 vitamini) qan hüceyrələrinin normal proliferasiyası, regenerasiyası və fəaliyyəti üçün vacibdir.

A vitamini (retinol) müxtəlif maddələrin (zülallar, yağlar, mukopolişəkərlərin) sintezində iştirak edir, görmə prosesini, dəri və selikli qişaların normal fəaliyyətini təmin edir.

D3 vitamini (xolekalsiferol) bağırsaqda kalsiumun sorulmasını gücləndirir, fosforun böyrək kanalcıqlarında reabsorbsiyasını gücləndirir, uşaqlarda sümük skeletin və dişlərin formalaşmasını normallaşdırır, sümüklərin strukturunun qorunmasına kömək edir.

K2 vitamini (menaxinon) qanın laxtalanmasında, sümüklərin formalaşması və bərpa olunmasında mühüm rolu vardır, orqanizmdə oksidləşmə-reduksiya proseslərini tənzimləyir.

Zərdəçalın efir yağı mübadilə proseslərini tənzimləyir, immun sistemini stimullaşdırır, oynaqların xəstəlikləri zamanı müsbət müalicəvi təsir göstərir, stress, həyacan, yuxusuzluq və yorğunluq zamanı istifadə olunur.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR:

Vasitənin istifadəsi vitaminlər və mikroelementlərə təlabatın yüksəlməsi ilə müşayiət olunan aşağıdakı vəziyyətlərin müalicə və profilaktikası üçün tövsiyə olunur:

-məktəb yaşlı uşaqlarda yorğunluq zamanı, yüksək yorğunluq fonunda diqqətin zəifləməsi zamanı;

-yüksək fiziki yük zamanı (həmçinin idmanla məşğul olma);

-yüksək sinir-psixi yük zamanı;

-iştahanın zəifləməsi, qeyri-müntəzəm, dəyərsiz və eyni tipli qida rasionu zamanı:

-keçirilmiş xəstəliklərdən sonra sağalma dövründə, orqanizmin infeksion xəstəliklər və soyuqdəymələrə qarşı müqavimətini artırmaq üçün;

-antibiotiklərin istifadəsi zamanı kompleks terapiyanın tərkibində;

-meyvə və tərəvəzin mövsümi az istifadəsi zamanı vitaminlərə təlabat artdıqda;

-müxtəlif mənşəli anemiyalarda, orqanizmdə dəmirin sorulmasının pozulması, qanitirmə, dəyərsiz qidalanma ilə bağlı dəmir defisiti zamanı, dəmirə təlabatın artması zamanı.

İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR:

Vasitənin komponentlərinə qarşı fərdi həssaslıq, 6 ayadək uşaqlar, A və D3 hipervitaminozu.

İSTİFADƏ QAYDASI:

6-12 aylıq uşaqlara 2,5 ml (½ çay qaşığı) gündə bir dəfə təyin olunur. 1-2 yaşlı uşaqlara 2,5 ml (½ çay qaşığı) gündə iki dəfə təyin olunur. 2-6 yaşlı uşaqlara 5 ml (1 çay qaşığı) gündə iki dəfə təyin olunur. 6-14 yaşlı uşaqlara 5 ml (1 çay qaşığı) gündə üç dəfə təyin olunur. İstifadədən əvvəl şərbət yaxşı çalxalanmalıdır.

XƏBƏRDARLIQLAR:

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. İstifadə zamanı nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər. İstifadə zamanı sidiyin sarı rəngə boyanması müşahidə oluna bilər ki, bunun klinik əhəmiyyəti yoxdur və vasitənin tərkibindəki riboflavinlə bağlıdır. Tərkibində vitaminlər saxlayan digər vasitələr ilə birgə qəbulu tövsiyə olunmur.

Vasitənin tərkibində dekstroza vardır, bununla əlaqədar anadangəlmə dekstroza mənimsənilməsinin pozulması, dekstrozanın malabsorbsiyası sindromu olan uşaqlara təyin etmək olmaz. C vitamini sulfanilamidlər qrupundan olan antimikrob vasitələrin təsirlərini və yan təsirlərini (həmçinin sidikdə kristalların əmələ gəlməsi) gücləndirə bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

SAXLANMASI:

Otaq temperaturunda 15-25 °C,  kip bağlanmış qutuda saxlanmalıdır. İşıqdan qorunmalıdır. Dondurmaq olmaz.

BURAXILIŞ FORMASI: 

200 ml flakonda, qablaşdırılmış qutuda dozalayıcı qaşıq və qəbul qaydası olan təlimat vərəqəsi ilə birlikdə.

İSTEHSALÇI:

S.C. Pharmex Rom Industry SRL, Crizantemelor street, no.1, Mogosoaia, Ilfov, Rumıniya   

Baxılma sayı: 1337 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..