*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » KaDe-KID
Sual ver
  Təcili sifariş A+ A-

KaDe-KID

(istifadəsinə dair təlimat)


TƏRKİBİ:

Hər 5 ml şərbətin tərkibində vardır:

Kalsium-laktat/qlükonat - 1000 mq (128 mq Са2+ müvafiqdir, TSD*-nin 16%-i)

D3 vitamini (xolekalsiferol) - 1,9 mq (200 BV müvafiqdir, TSD*-nin 100%-i)

МК-7 (menaxinon-7) - 15 mq (30 mkq K2 vitamininə müvafiqdir, TSD*-nin 40%-i)

Zərdəçalın efir yağı - 10 mq

*TSD - tövsiyə edilən sutkalıq doza.

Köməkçi maddələr: sorbitol, dekstroza, kalium-sorbat, çiyələk ətri, antosian boyası, təmizlənmiş su.

TƏSİR XÜSUSİYYƏTLƏRİ:

Kalsium-laktat və qlükonat üzvi turşuların duzları olaraq mədənin selikli qişasını qıcıqlandırmadan orqanizm tərəfindən asanlıqla mənimsənilir, bununla əlaqədar onlar kalsiumun əlverişli donorlarıdır. Kalsium orqanizmdə mühüm tənzimləyici və struktur rolu oynayır, sümük toxumasının əsas qurucu komponentidir, damar divarlarının keçiriciliyini tənzimləyir, sinapslar və sinir-əzələ birləşmələrində keçiriciliyin tənzimlənməsində, skelet və saya əzələlərin yığılmasında iştirak edir, qanın laxtalanması üçün mühüm komponentdir.

D3 vitamini (xolekalsiferol) bağırsaqda kalsiumun sorulmasını gücləndirir. Kalsiumun sorulması kalbindin fermentinin (bağırsağın selikli qişasının fermenti) fəallığı hesabına mümkündür ki, onun da biosintezi D3 vitamininin metaboliti olan kalsitrioldan asılıdır. Xolekalsiferol fosforun böyrək kanalcıqlarında reabsorbsiyasını gücləndirir, uşaqlarda sümük skeletin və dişlərin formalaşmasını normallaşdırır, sümüklərin strukturunun qorunmasına kömək edir. Bağırsaq epitelinin hüceyrə və mitoxondrial membranlarının keçiriciliyini artırır, bunula da kalsium kationlarının və digər ikivalentli kationların membrandan nəqlini asanlaşdırır, fosfatların ikincili sorulmasını fəallaşdırır, bu ionların sümük toxuması tərəfindən mənimsənilməsini artırır, ossifikasiya prosesini gücləndirir.

MK-7 (menaxinon-7) K2 vitamininin daha effektiv biofəal növüdür, nattonun (fermentləşdirilmiş soya əsasında qida məhsulu) Bacillus subtilis bakteriyası ilə fermentasiyası nəticəsində alınır və K1 vitamini ilə müqayisədə 10 dəfə daha yaxşı mənimsənilir. MK-7 sümüklərin qurulması üçün lazım olan xüsusi sümük zülallarının karboksilləşməsinə cavabdehdir. K vitamininin digər formaları ilə müqayisədə Menaxinon-7-nin yarımparçalanma dövrü daha uzun olduğu üçün orqanizmdə unikal üstünlüklərə malikdir. К2 vitamini sümüklərin formalaşması və bərpasında mühüm rol oynayır, osteokalsinin (kalisumun üzərində kristallaşdığı sümük toxuması zülalı) sintezini təmin edir. Osteoporozun qarşısını alır, orqanizmdə oksidləşmə-reduksiya proseslərini tənzimləyir. Bundan əlavə MK-7 arteriyaların elastikliyini dəstəkləyərək ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır. 

Zərdəçalın efir yağı mübadilə proseslərini tənzimləyir, immun sistemini stimullaşdırır, artrit zamanı ödemi aradan qaldırır, oynaqların xəstəlikləri zamanı müsbət müalicəvi təsir göstərir.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR:

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə müalicə və profilaktika məqsədilə tövsiyə olunur:

-düzgün qidalanmama fonunda kalsium və xolekalsiferolun orqanizmdə çatışmazlığı zamanı;

-raxitin müalicəsi və profilaktikası üçün, uşaqlarda kalsium defisiti əlamətlərində (əmgəyin bağlanmasının ləngiməsi, dişlərin inkişafının ləngiməsi, çoxsaylı kariyes   və s.);

-uşaqlarda intensiv boy artımı dövrü zamanı;

-dişlərin və parodont xəstəliklərinin profilaktikası üçün;

-osteoporoz və dayaq-hərəkət apparatının digər xəstəliklərinin  profilaktikası üçün;

-qıcolma sindromu zamanı, spazmofiliyalarda;

-sınıqlardan sonra reabilitasiya zamanı;

-diuretiklərin, qıcolmaəleyhinə vasitələrin və qlükokortikoidlərin uzunmüddətli qəbulu zamanı.

İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR:

Vasitənin komponentlərinə qarşı fərdi həssaslıq, 6 ayadək uşaqlar, hiperkalsemiya, hiperkalsuriya, xroniki böyrək çatışmazlığı, nefrourolitiaz, nefrokalsinoz, fenilketonuriya, D3 hipervitaminozu, vərəmin fəal formaları, sarkoidoz.

İSTİFADƏ QAYDASI:

6-12 aylıq uşaqlara 2,5 ml (½ çay qaşığı) gündə bir dəfə təyin olunur. 1-2 yaşlı uşaqlara 2,5 ml (½ çay qaşığı) gündə iki dəfə təyin olunur. 2-6 yaşlı uşaqlara 5 ml (1 çay qaşığı) gündə iki dəfə təyin olunur. 6-14 yaşlı uşaqlara 5 ml (1 çay qaşığı) gündə üç dəfə təyin olunur. İstifadədən əvvəl şərbət yaxşı çalxalanmalıdır.

XƏBƏRDARLIQLAR:

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. İstifadə zamanı nadir hallarda ürəkbulanma, qusma, meteorizm və allergik reaksiyalar müşahidə oluna bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

SAXLANMASI:

Otaq temperaturunda 15-25 °C,  kip bağlanmış qutuda saxlanmalıdır. İşıqdan qorunmalıdır. Dondurmaq olmaz.

BURAXILIŞ FORMASI: 

200 ml flakonda, qablaşdırılmış qutuda dozalayıcı qaşıq və qəbul qaydası olan təlimat vərəqəsi ilə birlikdə.

İSTEHSALÇI: S.C. Pharmex Rom Industry SRL Crizantemelor street, no.1, Mogosoaia, Ilfov, Rumıniya.




Baxılma sayı: 1811 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..