*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Nano Baby
Sual ver
  Təcili sifariş A+ A-

Nano Baby

körpələr və uşaqlar üçün nişasta vannası

(istifadəsinə dair təlimat)

 

Nano Baby  bitki nişastası əsasında 100% təbii məhsuldur. Tərkibində konservantlar, süni boyaq maddələri və aromatizatorlar yoxdur.

Tərkibi:

Hər bir paketin tərkibində vardır:

Amiloza - 30 q.

Təsir xüsusiyyətləri:

Nano Baby körpə dərisini sakitləşdirir, zədərənmiş edipermisin regenerasiya prosesinə kömək edir. Nano Baby-nin fəal komponenti amilozadır ki, bu maddə nişastanın əsas polişəkərlərindən biridir. Quru və qıcıqlanmış dəriyə rahatlıq verir. Dərinin baryer funksiyasının bərpa edilməsinə, sızanaqların və epidermisin kiçik zədələnmələrinin sağalmasına kömək edir. Vanna qəbulundan sonra uşağın dərisini hamar və sağlam edir.

İstifadəsinə dair təlimatlar:

Nano Baby körpələr və uşaqlara vanna hazırlamaq üçün məhsuldur. Nano Baby ilə vannanın istifadəsi quru, həsas və qıcıqlanmış dərisi olan körpələrdə müxtəlif problemlər zamanı (tərləmə nəticəsində qıcıqlanma, bişməcə, allergik ekzema) nəzərdə tutulub.

İstifadə qaydası:

Su ilə doldurulmuş vannaya paketin tərkibindəki toz (30 q) əlavə edilir və su qarışdırılır.

Vanna qəbulu prosesi 10-15 dəqiqə ərzində davam edir.

Sonra dəsmal vasitəsi ilə uşağın dərisi ehtiyatla qurudulur (bu zaman dərini sürtmək olmaz).

Dərinin vəziyyətindən asılı olaraq vanna arzuedilən nəticəyə çatana qədər hər gün və ya günaşırı qəbul edilməlidir.

Daha yaxşı nəticə almaq üçün prosedurlar beş dəfə aparılmalıdır.

Həyatın ilk günlərindən istifadə oluna bilər!

İstifadəyə hazırdır.

Qida hazırlamaq üçün nəzərdə tutlmayıb!

Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin!

Saxlanma qaydası:

Otaq temperaturunda, qaranlıq, quru və uşaqlar üçün əlçatmaz yerdə.

Buraxılış forması:

Qutuda 30q-lıq 10 ədəd paket.

İstehsalçı:

ADAMED

Consumer Healthcare S.A.

Penkov 149

05-152 Çosnov, Polşa.


Baxılma sayı: 1967 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..