*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

POLICARE

yumşaq vaginal kapsullar

 (həkimlər və pasiyentlər üçün içlik vərəqəsi)

İstifadədən əvvəl təlimat vərəqəsi ilə diqqətlə tanış olun.


TƏRKİBİ

Hər bir yumşaq kapsulun tərkibində vardır:

Neomisin-sulfat – 50,20 mq (35,0 mq (35 000 BV) neomisinə ekvivalent)

Polimiksin B-sulfat – 35 000 BV

Nistatin – 100 000 BV

Köməkçi maddələr: sarı arı mumu, hidrogenləşdirilmiş kokos yağı, dimetikon 1000, hidrogenləşdirilmiş yağ, jelatin, qatılaşdırılmış qliserin, metil-parahidroksibenzoat, propil-parahidroksibenzoat, titan-dioksid, dəmir(3)-oksid.

FARMAKODİNAMİK XÜSUSİYYƏTLƏRİ

Policare yumşaq kapsullar antibakterial və antifunqal təsirə malik, vaginal istifadə olunan preparatdır. Neomisin aminqlikozidlər qrupuna aid, bakterisid təsirə malik, geniş təsir spektrli antibiotikdir. Bakteriyaların hüceyrə divarından keçərək, ribosomların 30S subvahidini inhibə edərək, zülalların sintezini pozur (bakteriostatik təsir), həmçinin yüksək qatılıqda bakterial hüceyrənin sitoplazmasını zədələyərək onları məhv edir (bakterisid təsir). Bir sıra qram-müsbət və qram-mənfi bakteriyalara qarşı fəaldır: Staphylococcus spp., Streptococcus pneumoniae, Escherichia coli, Salmonella spp., Shigella spp., Corynebacterium diphtheriae, Bacillus anthracis, Proteus spp. Bakteriyalarda neomisinə qarşı rezistentlik gec yaranır. Polimiksin B siklik polipeptid qrupuna aid, bakterisid təsirli, geniş təsir spektrli antibiotikdir. Bakteriya membranının fosfolipidləri tərəfindən absorbsiya edilərək, onun keçiriciliyini artırır və lizisə uğradır. Qram-mənfi bakteriyalara qarşı fəaldır: Pseudomonas aeruginosa, Salmonella spp., Shigella spp., Escherichia coli, Klebsiella spp., Bordetella pertussis, Haemophilus influenzae, Enterobacter. Fuzobakteriyalar və bakteroidlərə (Bacteroides fragilis) qarşı fəallığı azdır.

Neomisin və polimiksin B-nin kombinasiyası preparata geniş antibakterial təsir spektrini təmin edir. Nistatin isə CandidaAspergillus qrupu göbələklərinə təsir göstərən antifunqal maddədir.

FARMAKOKİNETİK XÜSUSİYYƏTLƏRİ

Policare yumşaq kapsulların tərkibinə neomisin, polimiksin B və nistatin daxildir. Yumşaq kapsul uşaqlıq yoluna yeridildikdən sonra kapsulun örtüyü qısa bir müddətdə həll olur və fəal maddələr azad olur. Preparatın tərkib hissələri uşaqlığın selikli qişasından praktik olaraq sorulmadığı üçün təsiri uşaqlıq yolu ilə məhdudlaşır. Preparatın tərkib hissələri uşaqlıq yolunda bərabər nisbətdə yayılır.

GÖRÜNÜŞÜ

Solğun sarı maddə ilə dolu sarı, oval formalı yumşaq kapsullar.

GÖSTƏRİŞLƏRİ

Preparatın tərkib hissələrinə qarşı həssas olan mikroblar tərəfindən törədilmiş vaginal infeksiyaların, qeyri-spesifik və qarışıq vaginitlərin, vulvovaginitlərin, servikovaginitlərin və vaginal kandidozun müalicəsi üçün.

Uşaqlıq yolunda aparılan hər hansı tibbi müdaxilədən, doğuşlardan əvvəl və bəzi hallarda sonra infeksiyaların profilaktikası üçün.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Preparat yalnız həkim resepti əsasında istifadə oluna bilər.

Arxası üstə uzanmış vəziyyətdə bir kapsul uşaqlıq yoluna dərinə yeridilir. Gündə bir dəfə yatmazdan əvvəl istifadə olunur.

Məsləhət görülən müalicə kursu 10-12 gündür.

Profilaktik məqsədlə 6-10 gün istifadə olunur.

ƏKS-GÖSTƏRİŞLƏRİ

Preparatın tərkib hissələrinə qarşı yüksək fərdi həssaslığı olan şəxslərə əks-göstərişdir.

Hamiləliyin I trimestrində və südvermə zamanı istifadəsi əks-göstərişdir.

YAN TƏSİRLƏRİ

Allergik kontakt ekzema mümkündür. Bu hal adətən uzunmüddətli istifadə zamanı müşahidə olunur. Bəzən selikli qişanın qıcıqlanması və nadir hallarda yüksək həssaslıq üzə çıxa bilər. Belə olan halda preparatın istifadəsi dayandırılmalıdır.

Uzunmüddətli istifadə zamanı aminqlikozidlərin sistem yan təsirləri (ototoksik, nefrotoksik, neyrotoksik və s.) müşahidə oluna bilər. Baxmayaraq ki bu günə qədər yerli istifadə zamanı sistem toksik təsirlər qeydə alınmayıb, bu riski nəzərə almaq lazımdır. Böyrək çatışmazlığı zamanı sistem toksik təsir riski artır.

Preparatın istifadəsi ilə bağlı hər hansı yan təsir müşahidə olunduğu zaman bu barədə həkiminizə məlumat verin.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ

Spermisidlərlə birlikdə istifadə olunarsa, preparatın təsiri zəifləyə bilər.

Bu preparat rezin və lateksdən hazırlanmış prezervativləri və digər vasitələri zədələyə bilər.

HAMİLƏLİK VƏ SÜDVERMƏ DÖVRÜNDƏ İSTİFADƏ

Hamiləlik:

Hamiləliyin I trimestrində istifadəsi əks-göstərişdir. II və III trimestrlər zamanı preparatdan yalnız həkim məsləhəti ilə və gözlənilən fayda ehtimal olunan riskdən daha yüksək olduğu hallarda istifadə olunmalıdır.

Südvermə dövrü:

Süd verən qadınlarda preparatın istifadəsi əks-göstərişdir. Preparatın süd verən anaya təyini zəruridirsə, bu zaman südvermə dayandırılmalıdır.

AVTOMOBİL VƏ DİGƏR MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ

Avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri yoxdur.

DOZA HƏDDİNİN AŞILMASI

Bu günə qədər preparatın doza həddinin aşılması ilə bağlı heç bir məlumat qeydə alınmayıb.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Bu preparat vaginal kapsul kimi istifadə olunmalıdır, peroral qəbul üçün nəzərdə tutulmayıb.

Böyrək və qaraciyər xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Yerli istifadə zamanı immun sistemin sensitizasiyası eyni qrupdan olan antibiotiklərlə sonrakı sistem müalicəyə mane ola bilər.

Menstruasiya zamanı müalicəyə fasilə vermək məsləhət görülmür.

BURAXILIŞ FORMASI

Qutuda 1 blisterdə 10 yumşaq kapsul içlik vərəqi ilə birlikdə.

SAXLANILMA ŞƏRAİTİ

25ºC-dən aşağı temperaturda saxlanılmalıdır.

SAXLANIL MA MÜDDƏTİ

İstehsal tarixindən etibarən 24 ay.

İSTEHSALÇI

THERAGEN ETEX Co., Ltd.

58, Sandan-ro, 68beon-gil, Danwon-gu, Ansan-si, Gyeonggi-do, Korea.


Baxılma sayı: 8940 dəfə
 
SUAL CAVAB
Ruqeyye
Sual: Salam bu dərman nə ye görə istifadə edirler
Cavab: Salam Rüqayyə xanım.Policare N10 göstərişləri: Preparatın tərkib hissələrinə qarşı həssas olan mikroblar tərəfindən törədilmiş vaginal infeksiyaların, qeyri-spesifik və qarışıq vaginitlərin, vulvovaginitlərin, servikovaginitlərin və vaginal kandidozun müalicəsi üçün. Uşaqlıq yolunda aparılan hər hansı tibbi müdaxilədən, doğuşlardan əvvəl və bəzi hallarda sonra infeksiyaların profilaktikası üçün.POLICARE N10 məbləgi 8.96 Azn.Baki şəhər daxilində çatdırılma xidmətimiz mövcütddur.10 azn-den yuxari sifarişlərdə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
Firuze
Sual: Qiymeti neceyedi
Cavab: Salam.POLICARE N10 məbləgi 8.96 Azn.Müracietiniz üçün çox sagolun.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..