*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

SERTAZA

peroral məhlul hazırlamaq üçün toz

(həkimlər və pasiyentlər üçün təlimat)

 

Tərkibi:

Hər bir paketin tərkibində vardır:

Serratiopeptidaza..417 mq (50 000 BV müvafiq)

Metilsulfonilmetan..................................900 mq

Bromelayn...............500 mq (1250 BV müvafiq)

C vitamini...................500 mq (TSD-nın 625%-i)

*TSD – tövsiyə edilən sutkalıq doza.      

Köməkçi maddələr: fruktoza, aromatizator, turşuluq tənzimləyicisi: limon turşusu; rəngləndirici: beta-karotin (bitki yağı, qarğıdalı nişastası, qlükoza, DL-alfa-tokoferol, askorbil-palmitat); dadlandırıcı: steviya qlikozidi, sukraloza; qatılaşdırıcı: silisium-dioksid.

Təsir xüsusiyyətləri:

Serratiopeptidaza serrapeptaza və ya serralizin kimi tanınan proteolitik fermentdir. O, Serratia növündən olan enterobakteriyalar tərəfindən maltodekstrinin fermentasiyası nəticəsində alınır. Serratiopeptidaza iltihab ocağında bradikinin, histamin və serotoninin miqdarını azaldaraq iltihab prosesini ləngidir. Serratiopeptidaza toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır, fibrinoz eksudatın parçalanmasına və reabsorbsiyasına səbəb olur. Belə ki, o, plazmin inhibitorlarının fəallığını azaldır, bununla da plazminin fibrinolitik fəallığını artırır. Serratiopeptidaza iltihablı toxumalarda aminlərin azad olmasını aşağı salaraq ağrıkəsici təsir göstərir.

Metilsulfonilmetan (MSM) iltihabəleyhinə və ağrıkəsici təsirə malik kükürdüzvi birləşmədir. Bu birləşmə ağrı siqnallarının ötürülməsini tormozlayır və ağrı ilə bağlı əzələ gərginliyini azaldır. MSM qan dövranını yaxşılaşdırır və bununla da sağalma proseslərini sürətləndirir. MSM hüceyrələrin yenilənməsində iştirak edir. Onun təsiri ilə hüceyrə membranının keçiriciliyi artır, toxumalar lazım olan maddələri daha yaxşı mənimsəyir. Eyni zamanda MSM-in tərkibindəki kükürd orqanizmdə əzələ, vətər və sümükləri təşkil edən əsas zülalların tərkibinə daxildir.

Bromelayn ananas bitkisindən alınmış proteolitik fermentdir. O, güclü iltihabəleyhinə təsir göstərir. Bromelayn həmçinin toxumalarda və selikli qişalarda ödemi aradan qaldırmaq üçün istifadə olunur.

C vitamini antioksidant maddədir. O, birləşdirici toxuma, qığırdaq və vətərlərin əsas struktur komponenti olan kollagenin sintezini artırır. Buna görə də, C vitamini zədələnmiş toxumaların regenerasiyası və müxtəlif zədələnmələrin müalicəsi üçün istifadə olunur.                    

İstifadəsinə dair tövsiyələr:

SERTAZA-nın istifadəsi oynaqların və oynaqətrafı toxumaların iltihabi xəstəliklərində (artrit, osteoartrit, tendinit, osteoartroz, tendovaginit, bursit, sinovit və s.), oynaqların revmatik zədələnmələrində, oynaq, əzələ və vətərlərin zədələnmələrində, sınıqlar, çıxıqlar, hematomalar, əzələ dartılmaları, bağların cırılması zamanı, əməliyyatlardan sonrakı ödemlərin aradan qaldırılması üçün, cərrahi yaralar və bitişmələrin müalicəsi üçün tövsiyə olunur.

İstifadə qaydası:

12 yaşdan yuxarı uşaqlar və böyüklərə tövsiyə olunan doza gündə 1 paket təşkil edir. Paket açıldıqdan sonra onun tərkibindəki toz 1 stəkan suda həll edilərək yeməkdən 2 saat əvvəl və ya sonra daxilə qəbul olunur.

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin komponentlərinə qarşı hiperhəssaslığı olan insanlar və 12 yaşadək uşaqlar bu məhsulu qəbul etməməlidirlər. Məhsulun istifadəsi ilə bağlı yan təsirlər müşahidə olunmayıb. Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Xəbərdarlıqlar:

Tövsiyə edilən gündəlik dozanı aşmayın. Bu məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzinin əvəzedicisi kimi nəzərdə tutulmayıb.

SERTAZA tərkibində qlüten və laktoza saxlamır.

Saxlanılması:

Quru, sərin (25°C-dən yüksək olmamaq şərti ilə) və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

Buraxılış forması:

Qutuda, hər birində 4.6 q toz olmaqla 20 ədəd paket, qəbul qaydası olan təlimatla birlikdə.

İstehsal olunub:

Del Seriole küç, 41/43 – 47894, Kyezanuova, PHARMALUCE S.r.l. üçün, Del Seriole küç, 45 – 47894, Kyezanuova, San Marino Respublikası.

 


Baxılma sayı: 2613 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..