*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
UCİTİL 500 mq
Sual ver
 Qiyməti: 14.86 AZN Təcili sifariş A+ A-

USİTİL  500 mq   inyeksiya üçün məhlul UCITIL

Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline

Tərkibi

Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkibində 500 mq sitikolinə ekvivalent miqdarda sitikolin natrium vardır

Köməkçi maddələr: 1 M natrium-hidroksid məhlulu, inyeksiya üçün su.

Təsviri.

Rəngzsiz şəffaf maye.

Farmakoterapevtik qrupu               

Psixoanaleptiklər; Psixostimulyator və nootrop vasitələr. ATC kodu: N06BX06

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Nootrop vasitədir. Xolinergik neyronlarda impulsların ötürülməsini yaxşılaşdırır, neyronal membranların və reseptorların plastikliyinə müsbət təsir göstərir. Beyin qan dövranını artıraraq baş beynində metabolik proseslərin aktivləşməsini təmin edir, baş beyinin travmatik zədələnməsi zamanı şüur pozğunluqlarının aradan qaldırılmasında iştirak edir. Xolin mənbəsi olaraq baş beyində asetilxolinin sintezini artırır və neyronal membranlarda struktur fosfolipidlərin biosintezini stimulə edir, bu da ion pompalarının və onlarla əlaqəli olan reseptorların fəaliyyətinə və son nəticədə – sinir impulsunun ötürülməsinə zəmin yaradır. Baş beynin hipoksiyasında və işemiyasında müşahidə olunan yaddaş pozulması, emosional labillik, gündəlik həyat fəaliyyətində yerinə yetirilən hərəkətlərin pozulması kimi simptomların azalmasında, həmçinin sinir sisteminin degenerativ və damar etiologiyalı koqnitiv, sensor və hərəki pozğunluqlarının aradan qaldırılmasında da sitikolinin rolu vardır.

Farmakokinetikası

Sorulma. Sitikolin inyeksiya edildiyi nahiyədən qana yaxşı sorulur. Oral qəbulundan sonrakı nisbi bioekvivalentliyin göstəricisi venadaxili yeridilmədən sonrakı göstəriciləri ilə təxminən eynidir, bununla belə, oral qəbulu ilə müqayisədə sitikolinin venadaxili yeridilməsindən sonrakı baş beyin toxumasındakı konsentrasiyası təqribən 4 dəfə yüksəkdir.

Paylanma. Sitikolin baş beyin strukturlarında əhəmiyyətli konsentrasiyaları yaranır və bunun sayəsində sitikolinin törəmələri olan sitidin və xolin neyronların vacib strukturlarına keçir: sitidin – sitidin nukleotidləri və nuklein turşularına aktiv şəkildə nüfuz edir, xolinin isə hüceyrə, sitoplazmatik və mitoxondrial membranlarında struktur fosfolipidlərin fraksiyalarını təşkil edir.

Xaric olması. Sitikolinin qəbul edilmiş dozasının yalnız 15%-i orqanizmdən xaric olunur: böyrəklər və bağırsaq vasitəsilə 3%-dən az miqdarı, havaya nəfəslə verilən karbon qazı şəklində – qəbul edilmiş dozanın təxminən 12%-i.


İstifadəsinə göstərişlər

  1. İşemik və hemorragik insultdan sonrakı bərpa dövrü
  2. Baş beyinin degenerativ dəyişiklikləri və vaskulyar pozulmaları nəticəsində yaranmış koqnitiv, sensor və hərəkət nevroloji pozulmalar
    1. Kəllə-beyin travması və baş beyin əməliyyatı nəticəsində baş vermiş huşun pozulması
    2. Parkinson xəstəliyi ilə əlaqəli tremorun kombinəolunmuş müalicəsi (antixolinergik vasitələrlə yanaşı):

▪ levodopanın arzuolunmaz əlavə təsirləri meydana çıxdıqda;

▪ yaranmış fəsadlar və ya qarın boşluğunda əməliyyat nəticəsində levodopanın qəbulu mümkün olmadıqda;

▪ levodopa effektiv olmadıqda.

Serebrovaskulyar pozulmalar nəticəsində ətraflarda yaranan hemiplegiyada əl/qol funksiyalarının bərpa

  1. olunması üçün; müalicə bir il müddətində beyin toxumasında metabolizmi yaxşılaşdıran və beyin qan dövranını bərpa edən oral vasitələrlə kombinəolunmuş müalicə şəklində aparılmalıdır.
    1. Aşağıdakı patologiyaların müalicəsi (proteazanın inhibitorları ilə yanaşı):

▪kəskin pankreatit

▪xronik pankreatitin kəskinləşməsi

▪kəskin pankreatit, cərrahi əməliyyatdan sonrakı vəziyyət

Əks göstərişlər

Dərman vasitəsinin hər hansı bir komponentinə qarşı yüksək həssaslıq; parasimpatik sinir sisteminin tonusunun artması.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Levodopa ilə eyni vaxtda istifadəsi qanda levodopanın konsentrasiyasını artıra bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Buna görə də, hamiləlik dövründə sitikolin yalnız gözlənilən fayda potensial riskdən daha yüksək olduğu halda istifadə oluna bilər.

İstifadə qaydası və dozası

İşemik və hemorragik insultdan sonrakı bərpa dövrü: müalicə venadaxili yeridilmə ilə başlanmalı, ilk 2 həftədə gündə 2 dəfə xəstənin vəziyyətindən asılı olaraq 500-1000 mq dozada yeridilməli (5 dəqiqə müddətində venadaxili inyeksiya və ya 30-40 damcı/dəqiqə sürətlə venadaxili infuziya şəklində), daha sonra – gündə 2 dəfə 500-1000 mq dozada əzələdaxili yeridilmə rejiminə keçilməlidir. Maksimal gündəlik doza 2000 mq təşkil edir. Əzələdaxili yeridilmə zamanı bir gündə eyni nahiyəyə inyeksiya etməkdən qaçmaq lazımdır.

Baş beynin degenerativ dəyişiklikləri və vaskulyar pozulmaları nəticəsində yaranmış koqnitiv, sensor və hərəki nevroloji pozğunluqlar: gündə 2 dəfə 500-1000 mq dozada əzələdaxili yeridilir; maksimal gündəlik doza 2000 mq təşkil edir. Əzələdaxili yeridilmə zamanı bir gündə eyni nahiyəyə inyeksiya etməkdən qaçmaq lazımdır.


Huşun kəllə-beyin travması və baş beyin əməliyyatı nəticəsində baş vermiş pozulması: gündə 1-2 dəfə 100- 500 mq sitikolin damardaxili və ya əzələdaxili yeridilir.

Parkinson xəstəliyi əlaməti olan tremorun antixolinergik vasitələrlə kombinəolunmuş müalicəsi: gündə bir dəfə 500 mq sitikolin vena daxilinə; 3-4 həftəlik müalicə zamanı maksimal effekt əldə olunduqdan sonra müalicə sadəcə antixolinergik vasitələrlə davam etdiriilir. Simptomların təzahür dərəcəsi artarsa, levodopanın və ona oxşar vasitələrin təyinatının məqsədəuyğunluğuna yenidən baxılmalıdır. Levodopa effektiv olmadıqda antixolinergik vasitələrin dozası artırılmalı və sitikolin 2-3 həftəlik fasilələrlə gündə bir dəfə 250-500 mq dozalarda təyin olunmalıdır. 2 həftə müddətində müsbət nəticələr qeyd olunmazsa dərmanın istifadəsi dayandırılmalıdır.

Ətrafların hemiplegiyası: 4 həftə müddətində gündə 1 dəfə 1000 mq (və ya 250 mq) sitikolin venadaxili yeridilir. Əgər müsbət dinamika qeyd olunarsa preparatın qəbulu 4 həftə ərzində davam etdirilməlidir. Xəstənin vəziyyətindən və yaşından asılı olaraq doza artırıla bilər.

Pankreatit: 2 həftə müddətində gündə bir dəfə 1000 mq sitikolin proteaza inhibitoru ilə birlikdə təyin olunur.

Əlavə təsirləri

Şok: nadir hallarda baş verir, lakin bu ehtimal nəzərə alınmalıdır. Qan təzyiqinin enməsi, döş qəfəsində sıxılma hissi və təngnəfəslik müşahidə olunduqda inyeksiyanın yeridilməsi dayandırılmalı və müvafiq təcili yardım tədbirləri həyata keçirilməlidir.

Hiperhəssaslıq: nadir hallarda, dəri səpgiləri ilə təzahür edə bilər.

Sinir sistemi: bəzən – yuxusuzluq, nadir hallarda – başağrısı, başgicəllənmə, oyanıqlıq və qıcolmalar müşahidə oluna bilər.

Mədə-bağırsaq traktı: bəzən – ürəkbulanma, nadir hallarda – anoreksiya müşahidə oluna bilər. Digər: nadir hallarda – yanğı hissi, qan təzyiqinin keçici qeyri-sabitliyi, halsızlıq.

Uşaqlarda istifadəsi

Uşaqlarda istifadəsinə dair məlumat yoxdur.

Yaşlılarda istifadəsi

Yaşlı şəxslərdə metabolizm prosesi zəiflədiyindən dərman ehtiyatla təyin olunmalıdır.

Xüsusi göstərişlər

Huşun kəskin və ya proqressivləşən itməsi zamanı hipotenziv və hemostatik vasitələrlə təcili yardım göstərilməli, hipotermiyaya qarşı ehtiyat tədbirləri görülməlidir.

Əzələ daxilinə yeridildikdə sinir toxumasının zədələnməməsinə diqqət yetirilməlidir:

1)      Əzələdaxili inyeksiya yalnız ciddi ehtiyac yarandıqda və minimal dozada istifadə olunmalıdır; uşaqlarda, körpələrdə və yarımçıqdoğulmuşlarda çox ciddi nəzarət altında istifadə olunmalıdır.

2)      İnyeksiya yerində yerli hiperemiya və ya avazıma müşahidə olunduqda növbəti inyeksiya başqa nahiyəyə yeridilməlidir.

Venadaxili inyeksiya çox yavaş sürətlə yeridilməlidir.

Buraxılış forması

2 ml inyeksiya məhlulu, ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

300 C-dən aşağı  temperaturda, öz qutusunda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

36 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstifadədən  öncə  təlimatı  diqqətlə  oxuyun.  Ətraflı  məlumat üçün,  lütfən  həkiminizlə  məsləhətləşin.  Bu dərmandan yalnız həkim göstərişi ilə istifadə edilir.



Baxılma sayı: 2064 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..