*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Qan damar xəstəlikləri » QLİSİMAQ B6
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Maqnezium oksid             300 mq

B6 vitamini                         10 mq

Qlisin                                115 mq

Melissa                             100 mq

Farmakoloji xüsusiyyətləri:

Maqneziumun orqanizm üçün olduqca böyük əhəmiyyəti var. O sümük hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır, sinir keçiriciliyini tənzimləyir, 300 - dən çox fermentin sintezində iştirak edir. Orqanizimdə maqneziumun defisiti əzələ zəifliyi, tremor, tetaniya, reflektor oyanıqlığın artması, qıcıqlanma, yuxu pozulması, taxikardiya və s. kimi şikayətlərə gətirib çıxarır. Hamilədə maqnezium çatışmazlığı zamanı çox vaxt hestozlar, vaxtından əvvəl doğuşlar, spontan abortlar və diqər təhlükəli ağırlaşmalar baş verir.

B6  vitamini koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin,  neyromediatorların (serotonin, dopamin)  sintezində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Maqneziumun mədə - bağırsaq sistemində daha tez sorulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamilələrdə B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qaldırır.

Qlisin  amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edən neyromediatordur. O neyronlardan qıcıqlandırıcı amin turşularının ayrılmasını ləngidir, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Psixoloji adaptasiya reaksiyalarını sürətləndirir, tez qıcıqlanmanı və aqressivliyi azaldır.

Melissa sakitləşdirici təsirlə yanaşı, spazmolitik və köp əleyhinə təsirə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Bu xüsusiyyətlər  melissanın  tərkibindəki konkret komponentlərin: sitronellalın – güclü sedativ, geraniollanın – spazmolitik,  fenilpropanoidlərin –virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir.

Göstərişləri:

Maqnezium və B6 defisiti ilə əlaqədar pozğunluqların profilaktikası və çatışmazlığı zamanı yaranan pozğuluqlar:

  • Sinir oyanıqlığının artması
  • Yuxunun pozulması
  • Qıcıqlanma
  • Xronik yorğunluq
  • Həyəcan və qorxu
  • Əzələ spazmı və ağrıları
  • ÜİX müalicə və profilaktikası
  • Taxikardiya
  • Mədə-bağırsaq traktının funksional pozğunluğu
  • Uşaqlığın hipertonusu
  • Hamiləlik toksikozu
  • Dölün inkişafının ləngiməsi

Dozalanması:

12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1kapsula gündə 1-2 dəfə istifadə olunur

Əks göstərişləri:

Qlisimaq B6 –nın komponentlərinə qarşı hiperhəssaslıq və ağır böyrək çatışmazlığı

Əlavə təsirləri:

Mədə-bağırsaq sisteminin funksiyasının  pozulması

Buraxılış forması:

Hər blisterdə 10 kapsul, 3 blister içlik vərəqə ilə birgə qablaşdırılıb

Saxlanma qaydası:

250C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır

İstehsalçı: Biofaktor Sp.z o.o, Polşa

Azərbaycanda rəsmi distribyutor: AzeriMed MMC.


Baxılma sayı: 5612 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..