*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » İSPADROP
Sual ver
  Təcili sifariş A+ A-

Məhlulun 75 damcısına təsiredici maddə qismində daxildir:


Qırmızı qonaq otu (Passiflora incarnate) ekstraktı                1,1 qr

Yemişan (Crataegus monogyna) ekstraktı                             0,8 qr

Pişikotu (Valeriana officinalis) ekstraktı                               0,8 qr

Acı portağal qabığı (Citrus aurantium) ekstraktı                   0,8 qr

Boldo yarpaqları (Peumus Boldus) ekstraktı                         0,4 qr

İspadrop kombinəolunmuş unikal təbii tərkibli sakitləşdirici preparatdır. Tərkibindəki

bitkilərin hesabına sedativ, spazmolitik və yuxugətirici təsirlər göstərir.

 

Farmakoloji təsiri:


Qırmızı qonaq otu tərkibindəki alkaloid harman və viteksin flavonoidin hesabına sinir sisteminə sakitləşdirici təsir göstərir, əsəbilik və gərginlik hallarını aradan qaldırır, normal yuxunu bərpa edir. Damarların saya əzələlərinə spazmolitik təsir göstərərək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Mərkəzi sinir sisteminə sedativ təsirə malikdir.

 

Pişikotu mərkəzi sinir sisteminin  oyanıqlığını, psixi yüklənmədə baş verən gərginliyi və qıcıqlanmanı azaldır, sedativ və spazmolitik təsirlərə malikdir. Bundan əlavə, pişikotu ödqovucu təsir göstərərək, mədə - bağırsaq traktının sekresiyasını artırır. Ürək ritmini azaldır, ürəyin tac damarlarını genişləndirir. 


Yemişan ekstraktı sedativ, kardiotonik, hipotenziv, antiaritmik və spazmolitik təsirlərə malikdir. Yemişan xüsusilə sinir sistemi və ürək-damar üçün faydalıdır.  Yemişanın tərkibindəki bioloji aktiv maddələr ürəyin tac damarlarını və beyində damarları genişləndirir oksigenlə təchizatını artırır, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan qlikoziləedilmiş flavonoidləri spazmolitik, hipotenziv təsir göstərir, arteriola və kapilyar damar divarının elastikliyini yaxşılaşdırır. Antiaritmik və kardiotonik təsirlərə malikdir. Mərkəzi sinir sisteminin oyanıqlığını azaldaraq sedativ təsir göstərir.


Boldo yarpaqlarının ekstraktı alkoloidlər və flavonoidlər ilə zəngindir. Aktiv alkoloid boldin sedativ, təbii yuxugətirici, tonuslandırıcı, spazmolitik və yüngül sidikqovucu təsirlərə malikdir. Mədə- bağırsaq traktının spastik ağrılarını aradan qaldırır.

 

Acı portağal qabığının ekstraktı təbii tonuslandırıcı və emosional fonu yaxşılaşdıran vasitə kimi istifadə olunur. Sakitləşdirici və spazmolitik təsirə malikdir. Əzələ gərginliyini və miqrenəbənzər baş ağrılarını aradan qaldırır. Tərkibindəki sinefrin mübadilə proseslərini yaxşılaşdırır, infeksiyalara qarşı müqaviməti artırır.


Göstərişlər:

  • Nevroz, yüksək sinir oyanıqlığı, vegeto-damar distoniyası
  • Miqren, isteriya və insomniyanın (yuxu pozulmaları) kompleks müalicəsində
  • Adaptasiya (uyğunlaşma) pozulması
  • Xoşxassəli kəllədaxili hipertenziyanın kompleks müalicəsində
  • Astenonevrotik sindrom
  • Zehni və emosional gənginlik
  • Mədə-bağırsaq traktının funksional xəstəlikləri
  • Tireotoksikoz
  • Ürək-damar sisteminin funksional pozulması
  • Aritmiyalar
  • Arterial hipertenziya
  • Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində.


Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.


Əlavə təsirləri :

Nadir hallarda səpgilər, ürəkbulanma, qusma.

 

Hamiləlik və laktasiya dövrü
Hamiləlik və laktasiya zamanı preparatın qəbulu həkim nəzarəti altında olunur.

 

İstifadə qaydası:

5 yaşa qədər uşaqlar 8 damcı gündə 3 dəfə
5 yaşdan 12 yaşa qədər uşaqlar  10-13 damcı gündə 3 dəfə

12 yaşdan böyük uşaqlara və böyüklərə 20- 25 damcı gündə 3 dəfə
Preparatı əvvəlcə az miqdarda suda və ya şirədə durulaşdırıb qəbul edilməsi məsləhət görülür.


Buraxılış forması:
50 ml-lik  flakon

Yararlıq müddəti: 3 il

Saxlanma şəraiti: Qaranlıq, sərin və quru yerdə 25 0 C  saxlanılmalıdır.

İstehsalcı:

Plameca Ispaniya


Baxılma sayı: 4127 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..