*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Klimaks » REMENS 50 ml
Sual ver
  Təcili sifariş A+ A-

REMENS ®    homeopatik damcı.

REMENS ®   

Tərkibi :

Təsiredici maddələr:  100 ml Remens® - in tərkibində Cimicifuga D1 5 ml , Sanguinaria D6 10 ml, Jaborandi D6 10 ml, Sepia D12 10 ml , Lachesis D12 10 ml vardır.

Köməkçi maddə:   43 %-li etil spirti  (kütləyə görə)  55 ml.

Təsviri:

Yüngül spesifik iyə malik, yüngül sarı rəngdən açıq sarı rəngə çalan narıncı rəngli maye.            

Farmakoterapevtik qrupu :

Menstrual və menopauzal pozğunluqların müalicəsi üçün istifadə olunan damcı forması.

İstifadəsinə göstərişlər :

Menstrual sikl pozğunluqlarının (dismenoreya, ikincili amenoreya, predmenstrual sindrom) kompleks müalicəsində, klimakterik sindrom,endometrit, adneksit.

Əks göstərişlər :

Preparatın komponentlərinə qarşı  həssaslıq, 12 yaşa qədər uşaqlar (klinik məlumatların olmaması).

Ehtiyat tədbirləri :

Hamiləlik və laktasiya dövründə preparat həkim təyinatına əsasən qəbul olunmalıdır.

İstifadə qaydası və dozası :

Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə REMENS® yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra qəbul edilməlidir.

Klimakterik sindrom


   Böyüklər


   10 damcı

6 aydan az olmayaraq gündə

3 dəfə.Vəziyyət stabilləşdikdə isə gündə 1-2qəbul sayına keçilir.

Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda 20-30 saniyə saxlamaqla qəbul edilir.

Menstrual siklin pozğunluğu ( predmenstrual sindrom, dismenoreya,

ikincili amenoreya) 

    Böyüklər

         və

  yeniyetmələr

   

     10 damcı

 

3 ay müddətində gündə 3 dəfə Zərurət olduqda 1 ay sonra həkim məsləhəti ilə kursu təkrar etmək olar.

Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya1 saat sonra ağızda 20-30 saniyə saxlamaqla qəbul edilir. 

Qadın cinsiyyət sferasının xroniki iltihabi xəstəliklərı

     Böyüklər

         və

  yeniyetmələr

   

     10 damcı

 

3 ay müddətində gündə 3 dəfə. Zərurət olduqda 1 ay sonra həkim məsləhəti  ilə kursu  təkrar etmək olar. 

Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda 20-30 saniyə saxlamaqla qəbul edilir.

Xəstəliyin  əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən bir 8-10 damcı ( 8 dəfədən çox olmayaraq) istifadə oluna bilər. Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilə bilər.

Əlavə təsirləri :

Nadir hallarda ağız suyu ifrazı arta bilər. Hər hansı digər əlavə təsir yaranarsa bu barədə həkimə  müraciət etmək  lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri :

Preparatın digər dərman vasitələri ilə kliniki əhəmiyyət kəsb edən qarşılıqlı təsiri müşahidə olunmamışdır.

Xüsusi göstərişlər :

Preparatın tərkibində bitki mənşəli komponentlər olduğundan saxlanma zamanı az nəzərə çarpan bulanıqlıq, qoxu  və tamın zəifləməsi müşahidə oluna bilər. Bunlar  preparatın effektivliyini aşağı salmır.                                                                                                                                         

Buraxılış forması : 

50 ml polietilen dozatorla təchiz edilmiş qəhvəyi şüşə flakonlar. Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.                                                                                                         

Saxlanma şəraiti  :                                                                                                                                

25ºC-dən yuxarı olmayan temperaturda, güclü elektromaqnit sahəsindən, işıqdan uzaq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.                                                                                          

Yararlılıq müddəti  : 

5 il.                                                                                            

Yararlılıq müddəti bitdikdən sonra preparatı  qəbul etmək olmaz.                                             

Aptekdən buraxılma şərti :

Reseptsiz buraxılır.

İstehsalçı :

Richard Bittner AG, Vyana, Avstriya.  

Baxılma sayı: 6490 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..