*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti (07-08 fevral tarixlərində)
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti (07-08 fevral tarixlərində)1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » Flex-a-min gel
Sual ver
  Təcili sifariş A+ A-

Flex-a-min gel

Flex-a-min gel  tərkibindəki aktiv komponentlərə əsaslanaraq  oynaqların qığırdağını bərpa edir, hərəkətini artırır, vətərləri və əzələləri möhkəmləndirir. İltihab prosesini, ödem və ağrı hissini azaldır.

Tərkibi:

Su, Hidroksipropil fosfat, Qlükozamin sulfat, MSM, Alkoqol, Siklopentasiloksan, Dimetikonol, Mentol, Polisorbat 80, İzopropil miristat, Xondroitin sulfat, Evkalipt yağı, Terpentin yağı, Fenoksietanol, Arnika ekstraktı, Metilsalisilat, Parafin,  Etilheksilqliserin, Bosveliya (ladan ağacı) ekstraktı, Hialuron turşusu.                                                     

Farmakoloji xüsusiyyətləri:

Qlükozamin sulfat insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsinin məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartroza və oynaq ağrılarına səbəb olur. Qlükozamin dəri səthinə sürtüldükdə yaxşı sorulur, oynaqlarda ağrını azaldır və hərəkəti artırır. Qlükozamin sulfat oynaq xəstəliklərinin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. Müxtəlif təsir effektlərinə malikdir, qığırdağın dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.

Xondroitin sulfat yüksək molekullu mukopolisaxariddir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu  və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın  dağılmasının qarşısını alır. Qlükozaminoqlikanın sintezini stimulə etməklə zədələnmiş oynaq səthini və oynaq kisəsini bərpa edir. Oynaq mayesinin sintezini artırmaqla zədələnmiş oynaqların hərəkətliliyini artırır. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikliyini bərpa edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-ərə qarşı tələbatı azaldır. Sinovial mayeyə  asanlıqla penetrasiya edir.

Arnika ekstraktı – köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Dəridən yaxşı sorularaq, toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmiş olur. Tərkibindəki komponentlər hesabına güclü iltihabəleyhinə, ağrıkəsici, regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.

Bosveliya (ladan ağacı) - oynaqlarda olan iltihabı və ödemi azaldır. Bu təsiri proiltihab mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir. Damar keçiriciliyini azaldır, mikrosirkulyasiyanı artırır və zədələnmiş nahiyənin qan dövranını yaxşılaşdırır.

MSM  - kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezini artırır. Oynaq kapsuluna və qığırdağa  bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthinin sürtünməsinin qarşısını alır və iltihabəleyhinə təsir edir.

Hialuron turşusu  - birləşdirici toxumanın, sinovial mayenin və dərinin əsas təbii komponentidir. Bağların elastikliyini və sinovial mayenin qatılığını təmin edir. Oynaqların hərəkətini artırır.

Metilsalisilat -  dəri qatından tez sorulur, iltihab mediatoru olan siklooksigenazanı inhibə etmək ilə iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. İltihablaşmış toxumaların infiltrasiyasını və kapilyarların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı  yaxşılaşdırır.

Evkalipt yağı - mikrosirkulyasiyanı artırır və  iltihabəleyhinə təsir göstərir. Oynaqların ağrısını və yumşaq toxumaların infiltrasiyasını azaldır.

Göstərişləri:

•  Artroz, osteoxondroz , osteoartroz

•  Oynaqların hərəkət və elastikliyinin pozulması

•  İdman travmaları

•  Vətərləri, sümükləri və oynaqların sağlamlığını  qorumaq və saxlamaq məqsədi ilə.

Əlavə təsirləri: Nadir hallarda allergik reaksiya mümkündür.

Əks göstərişi: Preparatın hər hansı bir komponentinə yüksək həssaslıq.

İstifadə qaydası:   Gün ərzində 2 - 3 dəfə quru və təmiz dəri səthinə sürtülur.

Uşaqların əl çatmadığı yerdə 25°C – dən aşağı  temperaturda saxlanılmalıdır.

İstehsalçı: ESENSA d.o.o  Serbiya.


Baxılma sayı: 838 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..