*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
EVANS FORTE 400 IU
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: 1 kapsulda  400 BV Vitamin E (DL- a tokoferol asetat) vardır.

Farmakoloji xüsusiyyətləri:

Evans forte-nin tərkibində tokoferollar arasında ən aktiv forma olan təbii DL-a-tokoferol asetat şəklində E vitamini var. E vitamini antioksidant təsir göstərir. Orqanizmdə toxumaların hüceyrə membranlarını oksidləşmə proseslərindən qoruyur.Hem və hem tərkibli fermentlərin –hemoqlobin, mioqlobin,sitoxromlar, katalaza, peroksidazanın sintezini stimullaşdırır. Doymamış yağ turşularının oksidləşməsini tormozlayır. Xolesterin sintezini inhibə edir,qan plazmasında lipidlərin səviyyəsini normallaşdırır,kapilyarların artmış keçiriciliyinin qarşısını alır. Qanın laxtalanmasını azaldır,hüceyrə tənəffüsündə və digər toxuma mübadilə proseslərində iştirak edir.

DL-a-tokoferol kollagen,hem və zülal sintezində iştirak edir, hüceyrələrin proliferasiyasını aktivləşdirir.

E vitamini hüceyrələrin oksigen sərfiyyatını yaxşılaşdırır.Damarların keçiriciliyinə və tonusuna təsir edərək,angioprotektor təsir göstərir,yeni kapillyarların yaranmasını stimullaşdırır.

E vitamini T-hüceyrəvi və humoral immuniteti stimullaşdırmaqla,immunomoduləedici təsir göstərir.

DL-a-tokoferol normal reproduktiv funksiyalar – mayalanma,dölün inkişafı,cinsiyyət sisteminin formalaşması və fəaliyyəti üçün əvəzedilməzdir.E vitamininin çatışmazlığı kişilərdə cinsi funksiyaların azalmasına və qadınlarda menstrual siklin pozulmasına, hamiləliyin yarımçıq pozulmasına meylliliyin artmasına gətirib çıxarır

E vitamini defisiti zamanı hipotoniya və skelet əzələlərinin  və miokardın distrofiyası,meydana çıxır,kapilyarların keçiriciliyi artır,görmə pozğunluğuna səbəb olan fotoreseptorların degenerasiyası inkişaf edir.

İstifadəsinə göstərişlər:

  • Malabsorbsiya sindromu
  • Uzun müddət kifayət qədər bitki mənşəli qida və bitki mənşəli yağlardan istifadə etmədikdə
  • Hiperlipoproteinemiya,ateroskleroz,kardiomiopatiya,hemolitik anemiya, posttravmatik ikincili miopatiya, periferik damarların spazmı
  • Kişi və qadın sonsuzluğu,hamiləliyin birincili sona çatdırılmaması,uşaqlıqdaxılı kontraseptivlərdən istifadə
  • Epilepsiya,Parkinson xəstəliyi,diskineziya (qıcolma əleyhinə preparatların effektini artırmaq üçün)
  • Xolestatik xəstəlik
  • Menstrual siklin pozulmaları,hamiləliyin yarımçıq pozulma riski,klimakterik vegetativ pozulmalar
  • Nevrasteniya,astenik sindrom,amiotrofik ilkin əzələ distrofiyası
  • Oynaqların,bağ aparatının,onurğanın və böyük oynaqların degenerativ və proliferativ dəyişiklikləri, bağ aparatı və əzələlərin xəstəlikləri
  • Dermatomiozitlər,dermatozlar,psoriaz
  • Qızdırma ilə müşaiyət olunan xəstəliklərin rekonvalessensiya dövründə
  • Müxtəlif xəstəliklərin kompleks müalicəsində (antioksidant kimi), herontologiyada (ahıl yaşlar)

İstifadə qaydası və dozalanma:1 kapsuldan gündə 1 dəfə yeməkdən sonra.

Əks-göstərişlər:Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Buraxılış forması: yağlı maye ilə dolu  jelatin kapsullar (№ 30)

Yararlılıq müddəti:Yararlılıq müddəti 3 ildir.

İstehsalçı:Perrery Farmaseutici,Verona,italiya

Baxılma sayı: 589 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..