*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ESSEFOS UNO
Sual ver
  Təcili sifariş A+ A-

Qaraciyər hüceyrələrini qoruyan və zədələnmiş qaraciyər hüceyrələrinin bərpasını sürətləndirən effektiv vasitə.

Tərkibi

Hər kapsulun tərkibinə daxildir:

Essensial fosfolipidlər ....................600 mq 


Farmakoloji xüsusiyyətləri:

 

Essensial fosfolipidlər - qaraciyər hüceyrələrinin membran və hüceyrə orqanoidlərinin əsas struktur elementləridir. Essensial fosfolipidlərin tərkibinə təbii mənşəli xolin- fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları (əsasən linol, linolen və olein) ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Qaraciyərdə metabolizm proseslərinin pozğunluqlarında preparat qaraciyərin yüksək enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə endogen fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında fəaliyyət göstərirlər.  Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.

 

Göstərişləri:

 

v     xroniki hepatit

v     qaraciyər sirrozu

v     qaraciyər hüceyrələrinin nekrozu

v     qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet)

v     qaraciyərin toksiki zədələnmələri

v     hamiləlik toksikozu

v     hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü

v     psoriaz (köməkçi terapiya kimi)

v     radiasion sindrom

v     şiş əleyhinə kompleks terapiya

v     alkoqol hepatiti

v     daşəmələgəlmə residivlərinin profilaktikası



Əks-göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

 

İstifadə qaydası və dozası

1 kapsul gündə 2-3 dəfə,  yemək  zamanı  kifayət qədər su ilə qəbul edilməlidir.

 

Əlavə təsirləri

 Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya. 

 

Buraxılış forması

 60 yumşaq kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

 


NORMA PAN

İstehsalçı: Lekam, Polşa.


Baxılma sayı: 1589 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..