*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
MEGAGLUKAN SYNBİO
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİBİ

Hər tabletin tərkibində vardır:

Beta-(β -(1,3/1,6)-Qlükan  500 mq

Probisis (Bacillus subtilis)    20 mq

Vitamin C                            80  mq

Sink qlükonat                  34,86 mq  (5 mq sinkə ekvivalent )

Exinaseya                            30 mq


FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ

Beta Qlükan (β -(1,3/1,6) -Qlükan)-  təbii  polisaxariddir.  Beta-qlükan orqanizmin təbii immun cavabına təkan verən və immun mexanizmlərin aktivləşməsində  mühüm  rol  oynayan  immunomodulyatordur.  MBT fermentləri tərəfindən parçalanmır, mədə və öd turşularının təsirinə məruz qalmır. Nazik bağırsaqda dəyişilməmiş şəkildə təsir göstərir. Bağırsaqdakı Peyer ilgəyində olan immun hüceyrələrin  (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, antigeni digər immun hüceyrələrə tanıdır. Fagositoz prosesini  aktivləşdirir, bakteriosid maddələrin ifrazını sürətləndirir (lizosim, komplement hissələri, NO və s.). Eyni zamanda interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktoru və s. sintez olunur (IL-1,IL-12,IL-10, IFN-γ,TNF-α və s.). Eyni zamanda,digər  immun hüceyrələr və ümumi immun sistem aktivləşir. Beta-qlükan bağırsaqda qismən adi qlükozaya parçalanan təhlükəsiz maddədir. Parçalanmamış qlükan isə orqanizmdən qida lifləri şəklində xaric olunur. Probisis (Bacillus subtilis)- xüsusi seçilmiş immunostimuləedici təsirə malik olan  və fransanın “Mikroorqanizm kulturalarının milli kolleksiyasında”  I-2745 nömrə ilə qeydiyyata alınmış probiotik ştammdır. Probisis mədə şirəsinin və öd turşunun təsirinə qarşı yüksək davamiyyətə malikdir. Bağırsaq mikroflorasını normallaşdırır, müdafiə funksiyasını gücləndirir və antibiotiklərin mənfi təsirindən qoruyur.  Immunokompetent hüceyrələrin miqdarını artıraraq orqanizmin təbii müqavimətini  gücləndirir. Probisis diareyanın profilaktikasında və müalicəsində istifadə olunur, qısa müddət ərzində diareyanı aradan qaldırır.

Vitamin C güclü antioksidant olub, immunostimulyator təsirə malikdir. Vitamin C  bir sıra bioloji fəal maddələrin oksidləşməsində, birləşdirici toxumanın maddələr mübadiləsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların əmələ gəlməsində iştirak edir. Kapilyarların  keçiriciliyini bərpa edir. Orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Sink - 90-a yaxın fermentin vacib tərkib hissəsidir.Sink yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir, immun sistemin normal fəaliyyəti üçün vacib rol oynayır. Sink orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, xəstəliklər zamanı sağalmanı sürətləndirir. Echinacea purpurea - nın tərkibində qeyri-spesifik stimulyator kimi təsir göstərən və orqanizmin təbii müdafiə gücünü aktivləşdirən aktiv maddələr vardır. Exinaseyanın aktiv maddələri leykositlərin (qranulositlərin) miqdarını çoxaldaraq və faqositozu aktivləşdirərək, insan orqanizmindəki patogen mikroorqanizmlərin çoxalmasına mane olur və onların məhv olmasına şərait yaradırlar. Bundan əlavə, Echinacea purpurea  qrip və herpes viruslarına qarşı effektivliyə malikdir.

 

Göstərişlər
İmmunodefisit vəziyyət
Tez-tez xəstələnmə halları
Qrip və soyuqdəymə
Yuxarı tənəffüs yollarının kəskin virus infeksiyaları (KRVİ)
Uzun müddətli antibiotikoterapiya
Dizbakterioz
Qaraciyərin müxtəlif etiologiyalı zədələnmələri (virus hepatitləri və s.) 
Kəskin bağırsaq infeksiyaları
İinfeksion xəstəliklər (toksoplazmoz, sitomeqalovirus infeksiyası və s.)
Cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı (xlamidioz, mikoplazmoz və s.)
Allergik xəstəliklər
Radio-və kimya terapiyası nəticəsində immunitetin zəifləməsi
Dəri xəstəliklərinin kompleks müalicəsi
Xroniki yorğunluq sindromu
 


  • Əks göstərişlər: preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.


İstifadə qaydası və dozası:

 6 yaşdan 12  yaşa qədər uşaqlar:  1 həbt gündə 1 dəfə yeməkdən əvvəl.

 Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 2-3 həb  gündə 1 dəfə yeməkdən əvvəl.

 

Buraxılış forması: 30 həb,  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: S.C Pharmex Rom İndustry SRL, Crizantemelor street, no. 1, Mogosoaia, Ilfov, Romania.


                                                                      NORMA PAN                                 


Baxılma sayı: 290 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..