*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

 Hər 5 ml şərbətin tərkibi:

Qızılbalıq yağından alınmış omeqa-3     1000 mq

(EPT – 100 mq, DHT – 400mq)

Vitamin C                                                    80 mq

Vitamin E                                                    12 mq

 

Farmakoloji xüsusiyyətləri

Omeqa-3 - tərkibi DHT (dokozaheksaen turşusu) və EPT (eykozapentaen turşusu) kimi polidoymamış yağ turşuları  (PDYT) ilə zəngindir. Omeqa-3 güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişinə müsbət təsir edir, xroniki hipoksiyanı aradan qaldırır. PG E2 - nin sintezini inhibə etməklə spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır.Omeqa-3 qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini normallşdırır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin tez sağalmasında və profilaktikasında iştirak edir.

Vitamin E  antioksidant olub, hüceyrə membranlarını zədələnmədən qoruyur və onların funksional aktivliyini təmin edir.

 

Göstərişləri

Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi

Immunitetin zəifləməsi

Diqqət defisiti fonunda hiperaktivlik sindromu

Yaddaş zəifliyi

Spontan düşük və erkən doğuşun profilaktikası

Ürək-damar xəstəlikləri

Sinir sistemi xəstəlikləri

Görmə aparatı xəstəlikləri

Dəri xəstəlikləri (dermatit, psoriaz)

Şəkərli diabet

 

Əks-göstərişləri: preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması.

Dozalanma və istifadə qaydası

0-2 yaş: 2,5 ml gündə 1 dəfə

2- 6 yaş: 5 ml gündə 1 dəfə

6-14 yaş: 5 ml gündə 2 dəfə

Böyüklər və hamilələr: 15 ml gündə 2-3 dəfə. Preparat yeməkdən sonra qəbul olunur.

Buraxılış forması: 100 ml şərbət flakonda, istifadə təlimatı ilə birgə karton qutuda

İstehsalçı:  PHARMEX ROM INDUSTRY S.R.L., Rumıniya   

                

              NORMA PAN


Baxılma sayı: 386 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..