*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » NYAM-NYAM KIDS
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİBİ

 Hər 5 ml şərbətin tərkibi:

Aroniya şirəsi                   400 mq            

Aloe ekstraktı                  0,12 mq                   

L- selenometionin           1.96 mq  

Vitamin A                       142,6 µg

Vitamin C                        14,3 mq

Vitamin  E                         4.2 mq

Sink  qlukonat               12.42 mq

(1,8 mq sinkə ekvivalent)

 

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ

Nyam- Nyam kids uşaqlarda  iştahanın artması  və orqanizmin inkişafının stimulyasiyası məqsədilə istifadə olunur. Nyam-Nyam kids uşaq orqanizminin normal inkişafını, boy artımını təmin edir və maddələr  mübadiləsini normallaşdırır. Nyam Nyam kids iştahasızlığın bütün səbəblərini aradan qaldırır: iştahanı, qidanın həzmini, sovrulmasını və mənimsənilməsini yaxşılaşdırır.

 Aroniya şirəsi - iştahanı artırır, mədə şirəsinin ifrazını stimulə edir və həzmi normallaşdırır. Aroniyanın tərkibində bioflavonoidlər, beta-karotin, vitamin B1, B2, B6, C, E, K, PP,  dəmir, yod vardır. Vitamin A - orqanizmin fizioloji inkişafını və boy artımını təmin edir, dəridə, qaraciyərdə, gözdə və digər orqanlarda mübadilə proseslərini tənzimləyir. Vitamin C - yolxucu xəstəliklər zamanı orqanizmin müqavimətini artırır, antioksidant təsir göstərir, toxumalarda regenerasiya proseslərini gücləndirir.

Vitamin E hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, orqanizmin müqavimətini artırır hormonların sintezində iştirak edir. Sink - boy hormonunun, insulinəbənzər boy faktorunun sintezini stimullaşdırır. Sink hüceyrələrin bərpası, immun və sinir sistemin, göz büllurunun normal fəaliyyəti üçün lazım olan vacib antioksidantlardan biridir.  L-selenometionin – güclü antioksidantdır. Selen eritrositləri və hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən qoruyur, orqanizmin ətraf mühitin əlverişsiz şəraitinə qarşı müqavimətini artırır. Selen ürək əzələsi və qan damarlarının fəaliyyəti üçün vacibdir. Aloe ekstraktı -  orqanizmdə virusların yayılmasının qarşısını alır, selikli qişalarda toxumaların qıcıqlanmasını aradan qaldırır, iltihabəleyhinə təsir göstərir. Aloe ekstraktı böyüməkdə olan uşaq orqanizmini  vitamin ( o cümlədən, B12 vitamini və fol turşusu), mineral, ferment, amin turşuları (8 əvəz olunmayan  amin turşusu) və digər bioloji aktiv maddələrlə təmin edir. Tərkibindəki bioloji aktiv maddələrin sayı 200-dən çoxdur. Aloe fermentativ aktivliyi artırır, maddələr mübadiləsini stimulə edir və orqanizmin ümumi tonusunu artırır.

 

GÖSTƏRİŞLƏR

  • İştahasızlıq
  • Boy artımının ləngiməsi
  • Iimmunitetin zəifləməsi
  • Tez yorulma
  • Asteniya

 

Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

6 aydan 12 aya qədər uşaqlar: 2.5 ml gündə bir dəfə;

1 yaşdan 3 yaşa qədər uşaqlar: 2.5 ml gündə 2 dəfə;

3 yaşdan 6 yaşa qədər uşaqlar: 5 ml gündə 2 dəfə;

6 yaşdan 12  yaşa qədər uşaqlar: 5 ml gündə 3 dəfə;

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 10 ml gündə 2 dəfə.

Preparat yeməkdən 20 dəqiqə əvvəl qəbul edilməlidir. İstifadə etməzdən əvvəl flakon çalxalanmalıdır.

 

Buraxılış forması: 200 ml şərbət flakonda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı:S.C Pharmex Rom İndustry SRL, Crizantemelor street, no. 1, Mogosoaia, Ilfov, Romania.

 

NORMA PAN              

                       


Baxılma sayı: 327 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..