*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » PAİDOFEBRİL
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİB:

Hər 5 ml  siropda 100mq  ibuprofen vardır.

Dadlandırıcı: portağal essensiyası.

 

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏR:

İbuprofen qeyri steroid iltihabəleyhinə preparatdır. Hərarətsalıcı, ağrıkəsici, iltihabəleyhinə təsir göstərir. Təsir mexanizmi siklooksigenaza fermentinin ingibəsi ilə bağlıdır.  İbuprofen  prostaqlandinlərin sintezini blokada edir, antiaqreqant təsir göstərir. İltihabi xəstəliklər zamanı ağrıkəsici effekti daha artıq olur.

 

GÖSTƏRİŞLƏR:

İltihabi və infeksion xəstəliklər zamanı hərarəti salmaq məqsədilə

Dayaq –hərəkət sisteminin iltihabi və degenerativ xəstəlikləri (pevmatoidli, xroniki yuvenil, psoriatik artrit, artroz, osteoxondroz, nevralgiya, bursit, tendovaginit)

Posttravmatik ağrılar

Mialgiya,artralgiya,ossalgiya

Diş ağrısı

Baş ağrısı

Miqren

Alqodismenoreya

Adneksit

 

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperhəssaslıq, mədə -bağırsaq traktında eroziv-xoralı xəstəliklər, “aspirin “ astması, hemofiliya, qaraciyər sirrozu

 

ƏLAVƏ TƏSİRLƏR:

Bəzi hallarda ürəkbulanma, qusma, mədədə göynəmə, xoralaşma, ağız boşluğunda quruluq, allergik reaksiya müşahidə oluna bilər.

 

İSTİFADƏ QAYDASI:

Paidofebril yeməkdən sonra peroral  qəbul edilir.

Böyüklərə  və 12 yaşdan böyük uşaqlarda 20 ml-dən sutkada 3-4 dəfə təyin olunur. 

3-6 aylıq uşaqlarda 2,5 ml sutkada 2-3 dəfə

6-12 aylıq uşaqlarda  2,5 ml-dən sutkada 3-4 dəfə

1-3 yaşlı uşaqlarda 5 ml-dən  sutkada 3 dəfə

4-6 yaşlı uşaqlarda 7,5 ml-dən  sutkada 3 dəfə

7-9 yaşlı uşaqlarda 10 ml-dən  sutkada 3 dəfə

10-12 yaşlı uşaqlarda 15 ml-dən sutkada 3 dəfə təyin olunur. 

Peyvəndlərdən sonrakı hərarət zamanı 2,5 ml qəbul  olunur, lazım gəldikdə 6 saatdan sonra təkrar 2,5 ml qəbul etmək olar (maksimal doza 5ml)

 

BURAXILIŞ FORMASI:  

PAİDOFEBRİL 200 ml sirop, plastik qablamada

İSTEHSALÇI:

Laboratorio Aldo-Union (İspaniya)

 


RƏSMİ  DİSTRİBYUTOR:    

 

MARKETİNQ  DƏSTƏYİ:     NORMA PAN


Baxılma sayı: 1665 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..