*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » KLOTRİMAZOL BASİ 1% krem
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: 1 q kremin tərkibində 10mq klotrimazol vardır.


Farmakoterapevtik qrupu:

Göbələk əleyhinə yerli istifadə üçün preparat: imidazol və triazol törəməsi.

 

Farmakoloji xüsusiyyətləri:

Klotrimazol imidazol törəməsi olub, geniş spektrli funqisid təsirə malikdir. Klotrimazol infeksiya yaradan əksər göbələklərə təsir edir. Klotrimazol aşağıdakı mikroorqanizmlərə qarşı təsir göstərir: Dermatofitlər, Epidermophyton floccosum, Microsporum spp., Trichophyton spp., Mallassezia furfur, Patogen maya göbələkləri və kif gobələkləri: Candida spp., Cryptococcus neoformans, Torulosis spp., Aspergillus spp., Cladosporium spp., Madurella spp., Sporotrichum schenckii, dimorf göbələklər Blastomyces dermatidis, Cocciodioides immitis,  Histoplasma capsulate, aktinomisetlər Nocardia. Bundan əlavə ktotrimazol qrammüsbət kokklara qarşı antibakterial, Trichomonas spp. qarşı protozoy əleyhinə təsir göstərir.

Klotrimazolun təsir mexanizmi göbələk hüceyrələrinin membranının keçiriciliyinin pozulmasına əsaslanır ki, bu da hüceyrənin məhvinə səbəb olur, lanosterolun erqosterola çevrilməsinə lazım olan sitoxrom P-450 fermenti olan 14-alfa demetilazaya təsir etməklə bu birləşmə erqosterolun sintezini zəiflədir. Nəticədə erqosterolun çatışmazlığı, 14-metilsterolun toplanması, hüceyrə membranının funksiyasının pozulması və hüceyrənin məhvi müşahidə olunur.


İstifadəsinə göstərişlər:

Klotrimazol Basi aşağıdakı hallarda dərinin göbələk mənşəli infeksiyalarında göbələk əleyhinə vasitə kimi istifadə olunur:

  • Xarici cinsiyyət üzvlərinin dəri və selikli qişalarının kandidozu,
  • Dermatomikozlar
  • Qasığın epidermofitiyası (tinea cruris),
  • Bədənin hamar dərisinin göbələk xəstəlikləri (tinea corporis),
  • Barmaqlararası dermatit (tinea interdigitalis)
  • Pəncələrin göbələk xəstəlikləri (tinea pedis),
  • Pəncənin ikincili infeksiya ilə müşayiət olunan göbələk xəstəlikləri (idmançılarda)
  • Mallassezia furfur tərəfindən törədilən kəpəklənən dəmrov (tinea versicolor).


Əks göstərişlər:

Klotrimazola və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).  Hamiləliyin birinci trimestri.


İstifadə qaydası və dozası:

Preparat yerli istfadə üçün nəzərdə tutulub.

Preparat adətən gündə 2 dəfə (səhər və axşam) istifadə edilir. Preparat nazik qatla zədələnmiş dəriyə və ona yaxın hissələrə sürtülür. Preparat hətta xəstəliyin simptomları aradan qalxdıqdan sonra ən azı 4 həftə istifadə olunmalıdır. Belə ki, əks təqdirdə infeksiya residiv verə bilər. Xəstəliyin kəskin simptomları preparatın ilk istifadəsindən təqribən bir həftə sonra aradan qalxır.

Xarici cinsiyyət üzvlərinin dəri və selikli qışalarının göbələk xəstəliklərinin müalicəsi 1 həftədən 2 həfdəyədək müddətdə davam etdirilməlidir.

Preparatı istifadə etməzdən əvvəl zədələnmiş dərini yumaq və qurulamaq lazımdır.

 

Buraxılış forması:  20q krem, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdınlır.


Saxlanma şəraiti:   Preparatı işıqdan qorumaq üçün, original qablaşdırmada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Laboratorios Basi – İndustria Farmaceutica, S.A. Portuqaliya


Baxılma sayı: 896 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..