*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » ERBOFER şərbət
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

Hər 10 ml şərbətin tərkibi:

  SunActive ® Fe (III) - mikrohissəcikli dəmir pirofosfat                  13 mq

  Pido-Zinc® - sink pidolat                                                               8 mq

  Mis qlukonat                                                                              0.7 mq

  Vitamin C                                                                                    65 mq

    Vitamin B2                                                                                      1mq

    Vitamin B6                                                                                 0.9 mq

  Vitamin B9 (fol turşusu)                                                          260 mkq

  Vitamin B12                                                                             1.6 mkq

Farmakoloji xüsusiyyətləri

ERBOFER orqanizmin dəmirə olan tələbatını və ehtiyat dəmirin toplanmasını təmin edir. Dəmir  hemoqlobin və mioqlobinin vacib komponenti olub, hüceyrələrin oksigenlə təmin olunmasında mühüm rol oynayır. Digər dəmir preparatlarından fərqli olaraq ERBOFERin tərkibinə daxil olan SunActive ® dəmir 20 dəfə daha kiçik hissəciklərdən ibarətdir. Dəmirin hər mikrohissəsinin üzəri xüsusi qatla örtüldüyü üçün mədə şirəsinin təsirinə məruz qalmır, dəmir maneəsiz bağırsağa çatır, bağırsaq divarlarından rahat keçir və tədricən sovrulur. Preparatın qəbulundan sonra 8 saat ərzində plazmada dəmirin konsentrasiyası yüksək səviyyədə qalır. SunActive ® Fe yüksək temperatura və oksidləşməyə qarşı davamlıdır. Dəmir tamı və qoxusu yoxdur, dişləri tünd rəngə boyamır, mədəni qıcıqlandırmır. Sink– orqanizmdə 80-dən artıq fermentlərin tərkib hissəsidir. Sink eritrositlərin və qanın müxtəlif elementlərinin əmələ gəlməsi üçün vacibdir. Sink  pidolat preparatın biomənimsənilməsini artırır və orqanizm tərəfindən qəbul olunmasını asanlaşdırır. Antioksidant, immunomodulyator təsirə malikdir. Preparatın tərkibindəki sink pidolat formasında olduğu üçün yüksək biomənimsənilməyə malikdir, adi sinkdən fərqli olaraq orqanizmdə misin miqdarını azaltmır, bağısaq divarından daha rahat keçir. Mis sümük iliyinin qan yaranma funksiyasını stimullaşdırır. Mis karbohidrat və mineral maddələrin mübadiləsinə təsir edir, dəmirin mineral birləşmələrinin üzvi maddələrə çevrilməsinə kömək edir, hemoqlobinin sintezində qaraciyərdə yığılmış dəmirin istifadəsini stimullaşdırır, dəmirin bağırsaqdan sovrulmasını asanlaşdırır. Misin defisiti zamanı əritrositlər kiçik və solğun olur. B2 vitamini  eritropoetin, kortikosteroidlər, qırmızı qan hüceyrələrinin, qlikogenin sintezi üçün maddələr mübadiləsini stimullaşdırır. B6 vitamini zülalların və lazımlı yağ turşularının normal metobolizmi, beynin və eritrositlərin kimyəvi mediatorlarının sintezi üçün lazımdır. B6 vitamini defisiti zamanı dəmir hemoqlobinə birləşə bilmir. Bu zaman В6 vitamini ilə bağlı anemiya yaranır. Fol turşusu qan piqmentində olan dəmir tərkibli proteinin sintezi üçün lazım olan karbon mənbəyidir, anemiyanın inkişafının, dölün bətndaxili anomaliyasının qarşısını alır, dölün sinir sisteminin təməlinin qoyulmasına kömək edir, nuklein turşularının sintezi üçün lazımdır. B12 vitamini  qanyaradıcı orqanların funksiyasının tənzimlənməsində mühüm rol oynayır, eritropoezdə, purin və pirimidinlərin sintezində iştirak edir. C vitamini  antioksidant və iltihabəleyhinə təsirə malikdir, dəmirin MBT-dan sovrulmasını sürətləndirir.

İstifadəsinə göstərişlər

Dəmir və fol turşusu çatışmazlığı                                                                                                                                                    Dəmir defisitli anemiyalar                                                                                                                                                                   Müxtəlif etiologiyalı qanitirmələr

İstifadə qaydası və dozası

 6ay – 1yaş uşaqlar  –  5 ml gündə 1dəfə ; 1 – 7 yaş uşaqlar  –     7.5 ml gündə 1 dəfə;

 7 –10 yaş  uşaqlar  –  10 ml gündə 1 dəfə. Erbofer yeməkdən əvvəl qəbul edilməlidir. Müalicə müddəti dəmir çatişmazlığının səviyyəsindən asılıdır.

Əks göstərişlər: preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri: nadir hallarda allergik reaksiyalar.

Buraxılış forması:şərbət 150 ml və ölçü qapağı, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: PHARMALUCE s.r.l.,  Republic of San Marino

Baxılma sayı: 690 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..