*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ENTEFLAVIN
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİB

1      paketin tərkibində vardır:

ZAFER M 450:

  •   Lactobacillus reuteri                           1000 000 000
  •   Lactobacillus rhamnosus                 1,5000 000 000
  •   Lactobacillus bulgaricus                     1000 000 000
  •   Bifidobacterium animalis ssp. Lactis  1000 000 000
  • İnulin                                                                    1.25mq                       
  • Fruktooliqosaxaridlər                                           1.25mq
  • Çobanyastığı (0.36 mq apigenin olmaqla)          120 mq

 

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ

ENTEFLAVİN - kombinə olunmuş simbiotik preparatdır, normal bağırsaq mikroflorasını bərpa edir  və inkişafını təmin edir.  ZAFER M 450-nin tərkibindəki  Laktobakteriyalarbifidobakteriyalar bağırsağın normal mikroflorasının 90 %-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal gedişi üçün əhəmiyyətlidir. Laktobakteriyaların immunmoduləedici funksiyası sekretor IgA-nın ümumi səviyyəsini yüksəltmək, spesifik sekretor antitellərin titrini artırmaq və faqositozu gücləndirmək qabiliyyəti ilə təzahür edir. Bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirir,  bağırsağın dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edir. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə bağırsaq pH-nı azaldır, patogen və şərti-patogen flora üçün əlverişsiz şərait yaradaraq orqanizmi qoruyur. Laktobakteriyalar bifidobakteriyalar ilə birlikdə rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı daha güclü təsir göstərirlər. Preparatın tərkibindəki ştammlar antibiotiklərə tolerantlığa malikdir. Yanaşı təyin edildikdə onların əlavə təsirlərini aradan qaldırır.

İnulin Fruktooliqosaxaridlər  – prebiotiklər olub, qeyri-patogen bağırsaq mikroflorası üçün qidalı mühit yaradır. Bağırsaq mikroflorası tərəfindən enerji kimi istifadə olunaraq, onların inkişafını və aktivliyini təmin edir.

Çobanyastığı   köpəleyhinə,  spazmolitik, antiseptik, iltihabəleyhinə təsir göstərir. Bağırsaq divarında spazmı azaltmaqla peristaltikanı normallaşdırır. Mədə-bağırsaq traktında qıcqırma və iltihabi prosesləri azaldır.

Preparatın tərkibində laktoza və qlüten yoxdur, ona görə də allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində istifadə oluna bilər.

 

Göstərişlər

  • Müxtəlif mənşəli disbakterioz
  • Antibakterial preparatlarla müalicə zamanı
  • Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, malabsorbsiya sindromu
  • Dispepsiyalar ( qəbzlik, ishal,qusma,qarın nahiyəsində ağrı, meteorizm)
  • Kəskin və xroniki  bağırsaq infeksiyaları
  • Qurd invaziyaları
  • İmmunodefisit vəziyyətlər
  • Allergik diatezlər
  • Göbələk infeksiyaları

 

Əks göstərişlər: preparatın tərkibindəki komponentlərə qarşı fərdi yüksək həssaslıq, 3 yaşa qədər uşaqlarda.

Əlavə təsirlər:ENTEFLAVİNin əlavə təsirləri qeydə alınmayıb.         

İstifadə qaydası və dozası

Böyuklər və 7 yaşdan yuxarı uşaqlarda 1 paket gündə 1 dəfə təyin olunur. Maksimal sutkalıq doza böyükərdə 4 paket, uşaqlarda 2 paketdir. Paket 1 stəkan suda həll edilməklə, yeməkdən əvvəl və ya yemək vaxtı daxilə qəbul edilir.

Buraxılış forması: Hər biri 4.0 q olmaqla N10 paket, içlik vərəqə  ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: PHARMALUCE, San Marino Respublikası

                                                            NORMA PAN              


Baxılma sayı: 1696 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..