Sual ver |
Təcili sifariş | ![]() |
A+ | A- |

XOFİTOL örtüklü tabletlər
CHOPHYTOL
Tərkibi (1 tablet üçün):
Təsiredici maddə:
Çöl ənginarının(Cynara scolymus L.)
yarpaqlarının quru(sulu) ekstraktı .................. 200 mq (0,20 q)
Köməkçi maddələr:
Maqnium üçsilikat,qarğıdalı nişastası,talk,maqnium stearat.
Örtüyün tərkibi:
Qummilak,kanifol,talk,jelatin,akasiya kitrəsi,saxaroza,kalsium karbonat,dispers boya,karnaub mumı,polisorbat 80.
Dispers boyanın tərkibi – saxaroza,sarı,qara və qəhvəyi (E 172) dəmir oksidləri,metilparahidroksibenzoat (E 218) və etilparahidroksibenzoat (E 214)
Təsviri
İki tərəfi qabarıq, dairəvi ,qəhvəyi rəngli örtüklə bağlı tabletlər.
Farmakoterapevtik qrup
Bitki mənşəli ödqovucu vasitə.
ATC kodu: A05AX
Farmakoloji xüsusiyyətləri
Preparatın farmakoloji effektinin əsas səbəbi çöl ənginarının yarpaqlarının tərkibinə daxil olan kompleks bioloji aktiv maddələrdir.Sinarin və fenol turşularının birləşməsi nəticəsində ödqovucu,həmçinin hepatoprotektor təsirə malikdir.Askorbin turşusu,karotin,B1 və B2 vitaminləri,inulin mübadilə prosesləri normalizə edir.Həmçinin diuretik təsirə malikdir və sidik cövhərinin xaric edilməsini gücləndirir.
İstifadəsinə göstərişlər
Ödçıxarıcı yolların hipokinetik tipli diskineziyaların,xroniki qeyrikalkulez xolesistitlərin,xroniki hepatitlərin,qaraciyər sirrozun;xroniki nefritlərin,xroniki böyrək çatışmazlığında kompleks müalicəsində preparat istifadə olunur.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,öddaşı xəstəliyi,öd yollarının keçilməzliyi,qaraciyərin,böyrəklərin ,öd- və sidikçıxarıcı yolların kəskin xəstəlikləri.6 yaşa qədər uşaqlara təyin olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Xofitolun istifadəsi ancaq həkim təyinatı və nəzarəti altında mümkündür.
İstifadə qaydası və dozası
Daxilə.Böyüklərə 2-3 tablet gündə 3 dəfə yeməkdən əvvəl.6 yaşdan yuxarı uşaqlara 1-2 tablet(yaşdan asılı olaraq)gündə 3 dəfə yeməkdən əvvəl.Müalicə müddəti-2-3 həftə.
Təkrar müalicəni həkim məsləhəti ilə keçirmək mümkündür.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar ola bilər,preparat uzun müddət yüksək dozada istifadə edilərsə ishal ola bilər.
Buraxılış forması
Örtüklü tabletlər.
12 tablet blisterdə(PVX-alüminium),5 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
30 tablet blisterdə(PVX-alüminium),2 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
30 tablet blisterdə(PVX-alüminium),6 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
60 və 180 tablet polipropilen tubada,polietilen qapaqla bağlı, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
25 °C -dən yuxarı olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
3 il. Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı:
ROZA-FİTOFARMA laboratoriyaları ,Paris,Fransa