*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

Hər 5 ml şərbətin tərkibi:

Çobanyastığı efir yağı (Matricaria chamomilla)    0,003 ml

Ballı nanə efir yağı (Melissa officinalis)                  0,002 ml

Razyana efir yağı (Foeniculum vulgare)                 0.001 ml

 

Farmakoloji xüsusiyyətləri

 

Megalan-  kombinə olunmuş preparat olub, köpü (meteorizm) və sancını (kolika) aradan qaldırır, həzmi yaxşılaşdırmaqla köpün əmələ gəlməsinin qarşısını alır. Həmçinin körpələrdə sakitləşdirici təsir göstərir.

Çobanyastığı köpqovucu,  spazmolitik, antiseptik, iltihab əleyhinə, sedativ  xüsusiyyətlərə malikdir. Bağırsaq divarının spazmını azaltmaqla peristaltikanı normallaşdırır. Mədə-bağırsaq traktında qıcqırma və iltihabi prosesləri azaldır.

Ballı nanə - tərkibi müxtəlif bioloji aktiv maddələrlə zəngin olduğu üçün, təsir spektri genişdir: qeraniol efir yağına  görə spazmolitik təsir, sitronella efir yağına görə isə sedativ təsir göstərir.  Mədə şirəsi sintezini artırır, mədədə həzmi yaxşılaşdırır və köpün əmələ gəlməsinin qarşısını alır.

Razyana güclü köpqovucu və mədə-bağırsaq traktında ağrını azaldıcı təsirə malikdir. Həzm pozğunluğu, qıcqırma, ürəkbulanmanı aradan qaldırır. Həmçinin südverən analarda laktasiyanı artırır.

Preparatın tərkibindəki bitkilər efir yağı şəklində olduğundan daha tez (istifadədən 5-20 dəq. sonra) effekt göstərir.

 

Göstərişlər:

-          Aerofagiya

-          Meteorizm

-          Kolika

-          Spastik kolit

-          Narahatlıq, həyacan hissi

-          Qıcıqlanma, gərginlik

-          Yuxunun pozulması

  

Əks-göstərişlər:

Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması

 

Dozalanma və istifadə qaydası:

0-2 yaş: 2,5 ml gündə 2 dəfə

2-6 yaş: 2,5 ml gündə 3 dəfə

6-12 yaş: 5 ml gündə 2 dəfə

12-16 yaş: 5 ml gündə 3 dəfə

Preparat yeməkdən 5-10 dəqiqə əvvəl istifadə olunur.

    

Buraxılış forması:

şərbət 100 ml  flakonda, istifadə təlimatı ilə birgə karton qutuda.

 

İstehsalçı: PHARMEX ROM INDUSTRY 


Baxılma sayı: 283 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..