*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
TUSOLIN
Sual ver
  Təcili sifariş A+ A-

Tərkib

 Hər 5 ml şərbətin tərkibinə daxildir:

N-asetil l-sistein                               50 mq

Cirə yağı                                      2,45 mkq

Nanə yağı                                     2,23 mkq

Çayağacı yağı                                   1 mkq

Berqamot yağı                              0,88 mkq

Kəklikotu yağı                             0,64 mkq

Zəncəfil yağı                                0,62 mkq

Evkalipt yağı                                0,45 mkq

Rozmarin yağı                              0,45 mkq

Zirə yağı                                       0,27 mkq

Küknar yağı                                  0,26 mkq

 

Farmakoloji xüsusiyyətləri:Tusolin - kombinə olunmuş mukolitik və mukokinetik təsirli preparatdır.

Asetilsistein - sistein amin turşusunun təbii törəməsidir. Asetilsistein mukolitik təsirə malikdir. Asetilsisteinin sərbəst sulfhidril qrupları bəlğəmin qlikoproteinlərinin disulfid rabitələrini qırır və irinli-selikli sekresiyaya mukolitik təsir göstərir və bəlğəmin özlülüyünü azaldır, mukosiliar klirensi bərpa edir. Asetilsistein həmçinin antioksidant və pnevmoprotektor xüsusiyyətlərə malikdir.

Cirə  tənəffüs yollarının iltihabında bəlğəmyumşaldıcı və bəlğəmgətirici təsir göstərməklə öskürəyi aradan qaldırır. Nanə -  spazmolitik, antiseptik, ağrıkəsici və öskürək əleyhinə təsirlərə malikdir. Çayağacının  tərkibində 50-dən çox bioloji aktiv maddələr vardır. Bunlardan ən əhəmiyyətlisi terpenlər (sineol) olub, antiseptik, iltihab əleyhinə və bakterisid təsir göstərirlər.  Berqamot antiseptik təsirə malikdir, qıcıqlanma və stressi aradan qaldırır, angina zamanı faydalıdır. Kəklikotu-nun  tərkibi 30 % timol adlı efir yağından ibarət olub, bronxial vəzlərin sekresiyasını gücləndirir, bəlğəmgətirici, tərlədici və antiseptik təsirlərinə görə ağciyər və tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə olunur.  Zəncəfil  soyuqdəymənin müalicə və profilaktikasında müsbət təsirə malikdir, bəlğəmin xaric olmasını asanlaşdırır, tərlədici, immuniteti möhkəmləndirir və iltihabı aradan qaldırır. Evkaliptin  tərkibi 80-85 % evkaliptol efir yağından ibarətdir.Evkaliptol soyuqdəymə, öskürək və tənəffüs yollarının digər xəstəliklərində effektlidir. Güclü antiseptikdir, hərarətsalıcı  və bəlğəmgətirici təsirlərə malikdir. Rozmarin – immunostimulyator, iltihab əleyhinə, antioksidant  təsirlərə malik olub, tənəffüs yolu xəstəliklərində effektlidir.  Zirənin- tərkibindəki niqelon və alfapinen kimi efir yağları bronxların saya əzələlərinin spazmını azaldır, öskürəyi aradan qaldırır. İltihab əleyhinə və immunostimulyator təsirlərə malikdir. Küknar  iltihabəleyhinə və immunostimulyator təsirlərə malikdir. Yuxarı tənəffüs yolu xəstəlikləri və soyuqdəymədə müalicəvi təsir göstərir.

 

Göstərişləri:

v     Yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri: sinusit, otit, larinqit

v     Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri: kəskin və xroniki bronxit, pnevmoniya, bronxiolit, traxeit

v     Bronxial astma

v     Bronxektaziya

v     Mukovissidoz (ağciyər forması)

Əks –göstərişləri

Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması, hamiləlik, laktasiya dövrü.

Dozalanma və istifadə qaydası. Preparat yeməkdən sonra qəbul olunur.

2-3 yaş: 2.5 ml gündə 2 dəfə

3-6 yaş: 5ml gündə 2 dəfə

6-12 yaş: 5ml gündə 3 dəfə

12 yaşdan yuxarı və böyüklər: 15ml gündə 2-3 dəfə qəbul etməlidir.

Buraxılış forması: 100 ml flakonda, istifadə təlimatı ilə birgə karton qutuda

İstehsalçı:  PHARMEX ROM INDUSTRY S.R.L., Rumıniya.     NORMA PAN                  


Baxılma sayı: 645 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..