*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dezinfeksiyaedici vasitələr » RİVANOL 0,1% COEL
Sual ver
  Təcili sifariş A+ A-


(Ethacridini lactas 1mq/q)   100q

 

 

1 Q MƏHLULUN TƏRKİBİ:

1mq etakridin laktat, təmizlənmiş su

Təsviri: xarici qəbul üçün qoxusuz sarı rəngdə şəffaf maye


FARMAKOTERAPEVTİK QRUPU: antiseptik və dezinfeksiya preparatları, akridin törəmələri

 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:       

Mikroblara (xüsusən kokklara) qarşı yüksək öldürücü təsirə malikdir. Rivanol cərrahi praktikada, həmçinin ginekologiya, dermatologiya, urologiya, oftolmologiya və QBB praktikasında geniş istifadə olunur.


İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR VƏ İSTİFADƏ QAYDASI: Dəri, selikli qişa, və səthi sıyrıntıların dezinfeksiyası üçün istifadə olunur. Rivanol zədələnmiş sahədə gündə bir neçə dəfə yuyulma, kompres, təpitmə və ya qarqara şəklində istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR:

Etakridin və ya akridin törəmələrinə qarşı allergiya.

 

ƏLAVƏ TƏSIRLƏR:

Həssas insanlarda yerli allergik  reaksiyalar (qızarma, qaşınma) əmələ gələ bilər. Çox nadir hallarda: kontakt dermatit.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏ: istifadədən əvvəl həkimdən məsləhət alın

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Oksidləşdirici maddələrlə istifadə olunmamalıdır (kalium permanqanat, hidrogen peroksid), tanin, anion tipli maddələr (polietilenqlikol) və natrium borat məhlulu, salisil turşusu, natrium xlorid. Preparat tetrasiklin hidroxlorid ilə aktiv olaraq reaksiyaya girir.

Rivanol ilə eyni zamanda yerli istifadə olunan maddələrdən istifadə etməyin.


BURAXILIŞ FORMASI: karton qablaşmaya yerləşdirilmiş şüşə flakonda 100 q losyon

 

İSTEHSALÇI:

MANUFACTURER OF EUCERIN

PHARMACEUTICAL LABORATORY

“COEL” G.P. E.Z.M. KONSTANTY

45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

 


Baxılma sayı: 373 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..