*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » XOFİTOL №180
Sual ver
  Təcili sifariş A+ A-

XOFİTOL  örtüklü tabletlər

CHOPHYTOL 

Tərkibi (1 tablet üçün):

Təsiredici maddə:

Çöl ənginarının(Cynara scolymus L.)

yarpaqlarının quru(sulu) ekstraktı .................. 200 mq (0,20 q)

Köməkçi maddələr:

Maqnium üçsilikat,qarğıdalı nişastası,talk,maqnium stearat.

Örtüyün tərkibi:

Qummilak,kanifol,talk,jelatin,akasiya kitrəsi,saxaroza,kalsium karbonat,dispers boya,karnaub mumı,polisorbat 80.

 Dispers boyanın tərkibi – saxaroza,sarı,qara və qəhvəyi (E 172) dəmir oksidləri,metilparahidroksibenzoat (E 218) və etilparahidroksibenzoat (E 214)

Təsviri

İki tərəfi qabarıq, dairəvi ,qəhvəyi rəngli örtüklə bağlı tabletlər.

Farmakoterapevtik qrup

Bitki mənşəli ödqovucu vasitə.

ATC kodu: A05AX

Farmakoloji xüsusiyyətləri

Preparatın farmakoloji effektinin əsas səbəbi çöl ənginarının yarpaqlarının tərkibinə daxil olan kompleks bioloji aktiv maddələrdir.Sinarin və fenol turşularının  birləşməsi nəticəsində ödqovucu,həmçinin hepatoprotektor təsirə malikdir.Askorbin turşusu,karotin,B1 və B2 vitaminləri,inulin mübadilə prosesləri normalizə edir.Həmçinin diuretik təsirə malikdir və sidik cövhərinin xaric edilməsini gücləndirir. 

İstifadəsinə göstərişlər

Ödçıxarıcı yolların hipokinetik tipli diskineziyaların,xroniki qeyrikalkulez xolesistitlərin,xroniki hepatitlərin,qaraciyər sirrozun;xroniki nefritlərin,xroniki böyrək çatışmazlığında kompleks müalicəsində preparat istifadə olunur.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,öddaşı xəstəliyi,öd yollarının keçilməzliyi,qaraciyərin,böyrəklərin ,öd- və sidikçıxarıcı yolların kəskin xəstəlikləri.6 yaşa qədər uşaqlara təyin olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Xofitolun istifadəsi ancaq həkim təyinatı və nəzarəti altında mümkündür. 

İstifadə qaydası və dozası

Daxilə.Böyüklərə 2-3 tablet gündə 3 dəfə yeməkdən əvvəl.6 yaşdan yuxarı uşaqlara 1-2 tablet(yaşdan asılı olaraq)gündə 3 dəfə  yeməkdən əvvəl.Müalicə müddəti-2-3 həftə.

Təkrar müalicəni həkim məsləhəti ilə keçirmək mümkündür.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar ola bilər,preparat uzun müddət yüksək dozada istifadə edilərsə ishal ola bilər.

Buraxılış forması

Örtüklü tabletlər.

12 tablet blisterdə(PVX-alüminium),5 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

30 tablet blisterdə(PVX-alüminium),2 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

30 tablet blisterdə(PVX-alüminium),6 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

60 və 180 tablet polipropilen tubada,polietilen qapaqla bağlı, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25 °C -dən yuxarı olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra  istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı:

ROZA-FİTOFARMA laboratoriyaları ,Paris,Fransa

Baxılma sayı: 6301 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..