*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » PAN- CEFTRİAXON
Sual ver
  Təcili sifariş A+ A-

1 flakonun tərkibi:  Seftriakson  1000 mq

Həlledici (əzələdaxili inyeksiya üçün): Lidokain hidroxlorid 1% - 3.5 ml  

 

Farmakoterapevtik qrupu                                                                                                                             

3 nəsil sefalosporinlər qrupuna aid antibiotik.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Seftriakson hüceyrə membranının  sintezini ingibə edərək bakterisid təsir göstərir. Geniş təsir spektrinə malikdir: aerob qram mənfi, aerob qram müsbət və anaeroblara təsir göstərir.

Qrammənfi  bakteriyalar - Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Acinetobacter calcoaceticus, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumoniae,   Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Pseudomonas aeruginosa, Citrobacter spp., Salmonella spp., Providencia spp., Shigella spp., Serratia spp., Treponema pallidum. Qrammüsbət bakteriyalar - Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus bovis.
Anaeroblar - Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus species, Peptococcus spp., Bacteroides bivius, Bacteroides  melaninogenicus.

Farmakokinetika: Sorulması: Əzələ daxilinə birdəfəlik yeridildikdən sonra 100% sorulur, 2-3 saat sonra plazmada maksimum konsentrasiya toplayır. Paylanması: Seftriakson plazma zülalları ilə qeyri-sabit birləşmələr əmələ gətirir. Bütün orqan və toxumalarda: beyin qabığında, irin mayesində, sinovial, prostat, plevra mayelərində, həmçinin suluq və peritoneal maye, sümük, əzələ, salpingeal toxumalarda yüksək konsentrasiyada toplanır. Yarımatılma dövrü 8 saatdır. Metabolizm: Seftriakson sistem metabolizminə uğramır. Xaric olunması: Əsasən (40-60%) sidiklə, bir hissəsi isə (11-65%) ödlə xaric olur.

 

İstifadəsinə göstərişlər:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri
  • Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri; peritonit
  • Sidikçıxarıcı yolların infeksion xəstəlikləri
  • Dəri və yumşaq toxumanın infeksiyaları, irinli yara və yanıq infeksiyaları
  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
  • Sümük və oynaq infeksiyaları
  • Cərrahi infeksiyaların profilaktikası məqsədilə (əməliyyatdan əvvəl və sonra)
  • Sepsis; meningit
  • Cinsi orqanların infeksiyaları, qonoreya daxil olmaqla

      Əks-göstərişlər: Penisillinə və sefalosporinlərə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya                                     

       zamanı, vaxtından əvvəl və yenidoğulmuş uşaqlarda hiperbilirubinemiya və sarılıq,     

       vaxtından əvvəl doğulmuş uşaqlar.



          Əlavə təsirləri: nadir hallarda dəri səpgiləri, allergik reaksiya ola bilər.


İstifadə qaydası və dozası:

Əzələdaxili və ya venadaxili  təyin olunur.

Standart rejim dozası: Böyüklər və 12 yaşından böyük uşaqlar: 1 q gündə 1 dəfə təyin olunur. Ağır infeksion xəstəliklər zamanı sutkalıq doza 4 q-a çatdırılır. Müalicə müddəti xəstəliyin dərəcəsindən asılıdır.

Cərrahi infeksiyaların profilaktikası məqsədilə - Cərrahi əməliyyatdan 30-90 dəqiqə əvvəl 1-2 q seftriakson əzələ daxilinə və ya vena daxilinə inyeksiya şəklində təyin olunur.

Yenidoğulmuş uşaqlarda (14 günədək): 20-50 mq/kq doza sutka ərzində təyin olunur.

Yenidoğulmuş uşaqlar (15 gündən yuxarı) və 12 yaşına qədər olan uşaqlar:  20-80 mq/kq doza sutka ərzində təyin olunur. 50 kq-dan böyük uşaqlarda sutkalıq doza böyüklərdə təyin olunan standart rejim dozasıdır.

Qeyd:  Venadaxili inyeksiya üçün seftriakson kalsiumsuz (0.9% NaCl, 5% qlükoza, 10% qlükoza və digərləri) məhlulda həll edilir.

 

Buraxılış forması: Pan-Ceftriaxon 1 q  1 flakon, içlik vərəqə və həlledici ilə birlikdə karton qutuda.

 

İstehsalçı: Panpharma- Fransa



Baxılma sayı: 1492 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..