*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Temperatursalıcı » SUPOFEN
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: Parasetamol  125 mq, 250 mq

Köməkçi maddə - bərk yağ.

Farmakoloji xüsusiyyətləri:

Parasetamol para-aminofenol (anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus,onurğa beyin) prostaqlandinlərin (ağrı,iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini blokada etməsilə bağlıdır. Düz bağırsaqdan tez bir zamanda sorularaq qan plazmasında yüksək konsentrasiya toplayır. Analgetik (ağrı kəsici) təsiri 4-5 saat davam edir. Qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasitəsi ilə xaric olunur

İstifadəsinə göstərişlər:

  • Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması (bədəndə ağrılar, qızdırma)
  • Yüngül və orta ağırlıqda ağrının müalicəsi (baş ağrısı, diş ağrısı, qulaq ağrısı)
  • 3 gündən artıq davam etməyən qızdırmanın müalicəsi

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq

Ağır qaraciyər çatışmazlığı,ağır böyrək çatışmazlığı

3 aydan kiçik uşaqlar

İstifadə qaydası və dozası:

3 ay - 3 yaş: 125 mq şam gündə 1-3 dəfə

3 yaş – 12 yaş: 250 mq şam gündə 1-3 dəfə

Qəbullar arası interval 4-6 saatdan az olmamalıdır.

Simptomların aradan götürülməsindən dərhal sonra müalicə dayandırılmalıdır

Preparatın saxlanma şərtləri

25°C artıq olmayan temperaturda saxlayın.

İşıqdan və nəmişlikdən qorumaq üçün orijinal qablaşmada saxlayın.

Uşaqların əli çatmadığı yerdə saxlayın.

Buraxılış forması:

12 şam 2 blisterdə qablaşdırılaraq karton qutuya yerləşdirilib

İstehsalçı ölkə: Portuqaliya.Laboratórios Basi – Indústria Farmacêutica, S.A.

Baxılma sayı: 889 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..