*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Təbii vasitələr » Palıd qabığı
Sual ver
  Təcili sifariş A+ A-


(Кора Дуба)

Palıd qabığının dəmləməsi büzücü və iltihab əleyhinə təsir göstərən vasitə kimi gingivitdə, stomatitdə, eləcə də ağız boşluğunun, boğaz və udlağın digər iltihabi proseslərində qarqara şəklində istifadə edilir.

Palıd qabığı dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunur. Bunun üçün çayının dəmləməsi təpitmə şəklində tətbiq olunur. Palıd qabığının tərkibinə büzücü təsirli bir sıra maddələr daxildir.

Palıd qabığının dəmləməsi ishalda, mədə və bağırsaq qanaxmalarında, xoralı kolitdə, enterokolitdə və dezinteriyada da istifadə olunur.Trixomonad kolpitində palıd qabığının dəmləməsi  şırınqa şəklində tətbiq edilir.

İshal zamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı "yığır".

Babasil, anal çatlar zamanı palıd qabığı dəmləməsi oturaq vannalar üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.

Palıd qabığı dəmləməsi (qarqara şəklində) damaq problemləri zamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Bu dəmləmə dezodorasiyaedici təsirə malikdir və ağız boşluğundakı pis qoxunu aradan qaldırmaq üçün məsləhət görülür.

Palıd qabığı ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.

Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.  1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.

 

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su əlavə edilir, su vannasında 10 dəqiqə dəmlənir. Soyudulur, süzülür. Qarqara şəklində gündə 8-10 dəfə, digər göstərişlərdə 3-5 dəfə daxilə qəbul edilir.


Baxılma sayı: 375 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..