*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Temperatursalıcı » SUPOFEN sirop
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: Parasetamol 40 mq/ml

Təsviri: Sarı rəngdə, portağal qoxusu və dadı olan mayedir

Farmakoloji xüsusiyyətləri:

Parasetamol para-aminofenol(anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus,onurğa beyin) prostaqlandinlərin (ağrı,iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini blokada etməsilə bağlıdır. Oral qəbulda, 0.5-1 saat sonra qan plazmasında yüksək konsentrasiya toplayır. Analgetik (ağrı kəsici) təsiri 4-5 saat davam edir. Qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasitəsi ilə xaric olunur

İstifadəsinə göstərişlər:

  • Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması (bədəndə ağrılar, qızdırma)
  • Yüngül və orta ağırlıqda ağrının müalicəsi (baş ağrısı, diş ağrısı ,qulaq ağrısı)
  • 3 gündən artıq davam etməyən qızdırmanın müalicəsi

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq, ağır qaraciyər çatışmazlığı, ağır böyrək çatışmazlığı, 3 aydan kiçik uşaqlar

İstifadə qaydası və dozası:

3 ay - 6 ay -1/2  çay qaşığı (2.5 ml) gündə 3 dəfə

6 ay – 1 yaş -3/4 çay qaşığı (3.75 ml) gündə 3 dəfə

1  – 6 yaş – 1 çay qaşığı (5 ml) gündə 3 dəfə

6 -12 yaş – 2 çay qaşığı (10 ml) gündə 3 dəfə

Həcmi düzgün ölçmək üçün, Piofenin qutusuna 5 ml ölçü qaşığı əlavə olunub.

Supofen siropu qəbul etməzdən əvvəl şüşəni çalxalıyın

Supofen sirop açıldıqdan sonra 6 ay ərzində istifadə edilə bilər (normal şəraitdə saxlamaq şərti ilə)

Aptekdən buraxılma şərti: Aptekdən reseptsiz buraxılır

İstehsalçı:

Laboratorios Basi – İndustria Farmaceutica, SA

Portuqaliya 

Baxılma sayı: 1775 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..