*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Temperatursalıcı » FAKTAKSİM
Sual ver
  Təcili sifariş A+ A-


İnyeksiya üçün məhlulun tərkibi: sefotaksim 1q 

Təsiredici maddə: 1 flakonda 1 q sefotaksimə ekvivalent miqdarda sefotaksim natrium duzunun tozu vardır.

Həlledici: Lidokain hidroxlorid 1%-4ml

 

Farmakoloji qrupu:

Sefotaksim: Geniş təsir spektrli III nəsil sefalosporin qrupu antibiotikdir.

Lidokain: yerli anestetikdir.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Faktaksim əzələdaxili istifadə olunan yarımsintetik III nəsil sefalosporin grupu antibiotikdir. Faktaksim geniş antibakterial təsir spektrinə malik olub, bir çox qrammusbət və qrammənfi bakteriyalara qarşı yuksək bakterisid təsir göstərir;


Həssas mikroorqanizmlər

 

Gram müsbət aerob bakteriyalar

 

Staphylococcus aureus

(penisilinaz sintez edənlər daxil olmaqla)


A grubu beta hemolitik streptokoklar (Streptococcus pyogenes daxil olmaqla)


Streptococcus agalactiae (A grubu streptokoklar)


β- hemolitik streptokoklar (Qrup C, F, G)


Streptococcus pneumoniae *


Staphylococus epidermidis


Gram mənfi aerob bakteriyalar


Citrobacter spp. *

 

Escherichia coli*

 

Haemophilus influenzae*

 

Haemophilus parainfluenzae *

 

Klebsiella spp. *

 

Moraxella catarrhalis*

 

Neisseria gonorrhoeae *

 

Neisseria meningitides *

 

Proteus spp. *     -    Providencia spp. *

 

Yersinia enterocolitica


Anaerob bakteriyalar


Clostridium spp. (Clostridium difficile xaric)


Peptostreptococcus spp.


Propionibacterium spp.


Digərləri


Borrelia spp.

 
 
 

*Kliniki effektivliyi təsdiq olunub.

 

Farmakokinetika: Əzələ daxilinə birdəfəlik yeridildikdən 0,5 saat sonra plazmada maksimum konsentrasiya toplayır, 1qr preparatın plazmada olan konsentrasiyası təqribən 24 mkq/ml təşkil edir.

Paylanması: Sefotaksim orqanizmin maye və toxumalarına asanlıqla daxil olur və preparatın minimum ingibəedici konsentrasiyası 12 saat davam edir.

Zülallarla birləşməsi: Plazma zülalları ilə birləşməsi 25-40%-dir.

Metabolizm: Sefotaksim sistem metabolizminə uğrayır, aktiv metabolit (dezasetilsefotaksim) və qeyri-aktiv metabolitə çevrilir.

Xaric olunması:  Sefotaksim orqanizmdən əsasən sidiklə xaric olunur: 60-70% dəyişilməmiş şəkildə, 20-25% metabolitlər şəklində şəklində. Sefotaksim az miqdarda isə ödlə xaric olunur. Sefotaksimin yarımatılma dövrü təqribən 1,5 saat təşkil edir.

 

İstifadəsinə göstərişlər:

      Yuxarı tənəffüs yollarının infeksiyaları: sinusit, faringit, angina, orta qulağın iltihabı,

      Aşağı tənəffüs yollarının infeksiyaları: kəskin və xroniki bronxit, pnevmoniya,  ağciyər absesləri,

      Sidikçıxarıcı yolların infeksiyaları: kəskin və xroniki pielonefrit, sistit və simptomatik bakteriuriya,

      Dəri və yumşaq toxumanın infeksiyaları,

      Ginekoloji infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri,

      Penisilin G-yə rezistent gonokoklar tərəfindən törədilmiş süzənək,

      Sidik-cinsiyyət orqanlarının infeksion xəstəlikləri (qonoreya daxil olmaqla),

      Digər infeksiyalar: septisemiya, meningit,

      İntra-abdominal infeksiyalar (peritonit daxil olmaqla),

      Sümük və oynaq infeksiyaları (həmçinin bakterial artrit, osteomielit),

      İrinli yara və yanıq infeksiyaları,

      Cərrahi infeksiyaların profilaktikası məqsədilə (abdominal, uroloji, ginekoloji cərrahi əməliyyatlar)


İstifadə qaydası və dozası:

Faktaksim preparatı əzələ daxilinə təyin olunur. Preparatın dozası və istifadə qaydası patogen mikrobun həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq təyin olunur.

 

Preparatın təyin olunan dozaları:

Yenidoğulmuşlar və uşaqlar: 50-100 mq/kq doza sutka ərzində 2 dəfəlik dozalara bölünməklə istifadə

edilir. Preparat yalnız inyeksiya üçün su ilə birlikdə istifadə edilməlidir. (1 yaşına qədər)

0-1 həftə arası : 12 saatta bir 50 mq/kq

1-4 həftə arası : 8 saatta bir 50 mq/kq

1 ay - 12 yas arası : 50 kq-dan kiçik olanlar; gündə50-180 mq/kq

Böyüklər: 1 qr sutka ərzində 2 dəfə olmaqla əzələ daxilinə təyin edilir (12 saat ara ilə).

Ə/D inyeksiyalar zamanı; 1000 mq sefotaksim natrium duzunun tozu 1%  4 ml lidokain hidroxlorid məhlulunda həll olunmalıdır. Flakonu çalxalayıb, məhlulun tam həll olunmasına qədər gözləyin.


Davamediciterapiya xəstəliyin dərəcəsindən asılıdır. Antibiotikoterapiya zamanı törədicinin eradikasiyası və temperatur göstəriciləri normala düşəndən 48-72 saat sonra da davam etdirilir.


DİQQƏT:

Ə/D inyeksiya üçün nəzərdə tutulmuş lidokain hidroxlorid məhlulu vena daxilinə yeridirilməməlidir.

Həll olunmuş məhlul soyuducuda 24 saat (2º-8ºC) temperaturda saxlanıldıqda öz aktivliyini itirmir.


Buraxılış forması:

Faktaksim 1 qr toz flakonda  №1, instruksiya və həlledici ilə birlikdə.

İstehsalçı:

FACTA FARMACEUTCİ S.p.A.

Nucleo İndustriale S.Atto,

S.Nicolo a Tordino 64020 Teramo, İtaly


Baxılma sayı: 1481 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..