*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Temperatursalıcı » Sefamezin
Sual ver
  Təcili sifariş A+ A-

İnyeksiya üçün məhlulun tərkibi: sefazolin 1qr

Təsiredici maddə: 1 flakonda 1000 mq sefazolin - natrium duzunun tozu vardır.

Həlledici: inyeksiya üçün su - 4 ml

Farmakoloji qrupu:

Sefazolin: Geniş təsir spektrli I nəsil sefalosporin qrupu antibiotikdir.

İnyeksiya üçün su: həlledici

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Parenteral yeridilmə üçün 1-ci nəsil sefalosporin qrupuna aid olan antibiotikdir. Bakteriyalarin hüceyrə divarlarının sintezini pozaraq bakterisid təsir göstərir.

Gram müsbət aerob bakteriyalar

Gram mənfi aerob bakteriyalar

 

Staphylococcus aureus

(penisilinaz sintez edənlər daxil olmaqla)

Shigella spp.,

Streptococcus pneumoniae *

Escherichia coli*

Salmonella spp.,

Corynebacterium diphtheriae

Haemophilus influenzae*

Bacillus anthracis

Haemophilus parainfluenzae *

Streptococcus pneumoniae *

Treponema spp., *

 

Leptospira spp

 

Neisseria gonorrhoeae *

 

Neisseria meningitides *

 

Enterobacter və Enterococcus ştammlarına

Anaerob bakteriyalar

 

Pseudomonas aeruginosa

 

Proteus spp.

 

Mycobacterium tuberculosis,

 

Serratia spp

 

 

Farmakokinetika:

Orqanizmin orqan və toxumalarına keçir (oynaqlar, ürək-damar sistemi, qarın boşluğu, böyrəklər və sidikqovucu yollar, orta qulaq, plasenta, tənəffüs yolları, dəri və yumşaq toxuma). Ödqovucu yollarınn funksiyası normal olan xəstələrdə Sefamezin - Dobfarın konsentrasiyası öd kisəsinin toxuması və öddə qanın plazmasında olan miqdardan daha yüksəkdir. Öd yollarının keçməzliyi oldugu halda Sefamezin - Dobfarın öddə olan konsentrasiyası qanın plazma konsentrasiyasından daha azdır. Qaraciyərdə metabolizma uğramır. Yarımxaricolma dövrü T1\2 -1,4-1,8 saatdır, 1 həftəlikdən kiçik olan yenidoğulmuşlarda - 4,5-5 saatdır. Böyrəklərlə ilk 6 saat ərzində - 60%-i, 24 saat ərzində -70-80%-i dəyişilməmiş halda xaric olur. Böyrək funksional pozqunluğu zamanı T1/2 3-42 saat təşkil edir. Hemodializ zamanı orta səviyyədə xaric olur. 

İstifadəsinə göstərişlər:

      Yuxarı tənəffüs yollarının infeksiyaları: sinusit, faringit, angina, orta qulağın iltihabı;

      Aşağı tənəffüs yollarının infeksiyaları: kəskin və xroniki bronxit, pnevmoniya,  ağciyər absesləri;

      Sidikçıxarıcı yolların infeksiyaları: kəskin və xroniki pielonefrit, sistit və simptomatik bakteriuriya,

      Dəri və yumşaq toxumanın infeksiyaları,

      Ginekoloji infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri,

      İntra-abdominal infeksiyalar (peritonit daxil olmaqla),

      Sümük və oynaq infeksiyaları (həmçinin bakterial artrit, osteomielit),

      İrinli yara və yanıq infeksiyaları,

      Cərrahi infeksiyaların profilaktikası məqsədilə (abdominal, uroloji, ginekoloji cərrahi əməliyyatlar)

 

İstifadə qaydası və dozası:

Sefamezin – Dobfar preparatı əzələdaxilinə və ya venadaxilinə təyin olunur. Preparatın dozası və istifadə qaydası patogen mikrobun həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq təyin olunur.

Preparatın təyin olunan dozaları:

1 ay – 6 ay : 12 saatta bir 25-50 mq/kq

6 ay – 12 yaş : 12 saatta bir 100-180 mq/kq

Böyüklər: 1 qr sutka ərzində 2 dəfə olmaqla əzələdaxilinə və ya venadaxilinə təyin edilir (12 saat ara ilə).

Flakonu çalxalayıb, məhlulun tam həll olunmasına qədər gözləyin. 

Buraxılış forması:

Sefamezin – Dobfar 1 qr toz flakonda  №1, instruksiya və həlledici ilə birlikdə.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı:

FACTA PHARMACEUTICI S.p.A.

Nucleo Industriale S. Atto - S. Nicolò a Tordino - 64020

Teramo – Italy

Baxılma sayı: 1279 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..