*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
FİBRON 150ML BÖYÜKLƏR ÜÇÜN
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: ambroksol hidroxlorid

Farmakoloji xüsusiyyətləri: Ambroksol bromqeksinin metaboliti olub, mukolitik preparatlar sırasına daxildir. Bəlğəmgətirici effektə malikdir. Ambroksol effektiv mukolitik və mukokinetikdir. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır, mukosiliar klirensi bərpa edir, tənəffüs yolu boyunca selikli qişanın kirpikli epitel hüceyrələrinin hərəkətliliyini bərpa edir. Ambroksol tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir edir, alveolyar makrofaqları aktivləşdirir, II tip pnevmositlər tərəfindən surfaktantın sintezini artırır. Antioksidant təsirlidir (bu ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir); birbaşa iltihabəleyhinə təsir göstərir; antibiotiklərin ağciyər toxumasına daxil olmasını gücləndirir; bronxların hiperreaktivliyini azaldır;

Ambroksol daxilə qəbul zamanı tez və praktiki olaraq bütünlüklə bağırsaqlardan absorbsiyaya uğrayır, ambroksolun biomənimsənilməsi 70-80% olub, qaraciyərdən birinci dəfə keçərkən 20-30% - metabolizmə uğrayır. 75-90% plazma zülalları ilə birləşir. Qanın plazmasında maksimal konsentrasiyaya 2 saatdan sonra çatır. Ambroksol bütün orqan və toxumalara, xüsusilə ağciyər, böyrəklərə tez bir zamanda penetrasiya etmək qabiliyyətinə malikdir. Ambroksolun yarımçıxarılma dövrü 10-12 saatdır. Sidik (90%) və nəcislə,  xüsusilə q/toksik metabolitlər şəklində xaric olur.

Ambroksol hematoensefalik baryerdən və ana südünə keçmək qabiliyyətinə malikdir. Qaraciyər xəstəliklərinin ağır formalarında ambroksolun klirensi 20-40% azala bilir. Böyrək funksiyasının ağır formalı pozğunluqlarında da yarımçıxarılma dövrü uzana bilir.

Göstərişlər: Bronxit, pnevmoniya, bronxial astma (bəlğəmin gətirilməsi çətinləşdiyi zaman), bronxoektatik xəstəlik, yarımçıq doğulmuşlarda və yenidoğulmuşlarda respirator-distress sindrom.

Qəbul qaydası və dozaları:

Sirop 30 mq/5ml:             Birinci 2-3 gün ərzində 1 m (5ml) x 3 dəfə gündə

                                   Qalan 7-8 gün ərzində 1 m (5ml) x 2 dəfə təyin edilir.

Buraxılış forması: Fibron, sirop 30 mq/5ml, 150 ml

İstehsalçı ölkə:Türkiyə , Santafarma zavodu

Baxılma sayı: 14308 dəfə
 
SUAL CAVAB
Esmira
Sual: Uşaqlar bu siropu içe biler?
Cavab: Salam Esmira xanım.FIBRON 15mg/5ml 150ml qəbul qaydası və dozaları: Sirop 15mq/5ml: Yenidoğulmuşlar: 2 yaşa qədər½ m (2,5 ml) x 2 dəfə gündəUşaqlar:2-5 yaş ½ m (2,5 ml) x 3 dəfə gündə 5-12 yaş 1 m (5ml) x 2-3 dəfə təyin edilir. ( preparat su və ya meyvə şirəsi ilə qarışdırılıb verilir).Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..