*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » KEPROPLAST (transdermal plastr)
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Aktiv maddə: 1 plastrın tərkibində 30mq ketoprofen var.

Təsviri:

Toxunmamış parça materialın səthinə rəngsiz, şəffaf pasta püskürtülüb və qoruyucu kağız örtük yapışdırılaraq örtülüb.

Farmakoterapevtik qrupu: Yerli olaraq xaricə (dəri üzərinə yapışdırılaraq) istifadə olunan qeyri steroid iltihab əleyhinə preparat (QSİƏP)

Farmakoloji xüsusiyyətləri:

Ketoprofen qeyri steroid iltihab əleyhinə  preparat (QSİƏP) olub, iltihab əleyhinə, ağrıkəsici təsirə malikdır. Təsir mexanizmi prostoqlandinlərin sintezini blokada etməsi ilə bağlıdır. Yerli olaraq xaricə istifadə olunduğu üçün dəri nahiyəsindən asanlıqla sorulur, iltihab ocağına penetrasiya edir.

İstifadəsinə göstərişlər:

  • Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə)
  • İdmanla məşğul olan zaman kəskin zədələnmələr (məşqdən sonrakı oynaq və əzələ ağrılarında, bağ və vətərlərin gərilməsində və s.)
  • Revmatik və qeyri-revmatik mənşəli ağrılar: oynaq ağrıları, əzələ agrıları (boyun və bel),  artroz və artrit, sinir ağrıları (işalgiya, lyumbaqo, radikulit)
  • Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)
  • Əzələlərin fiziki yüklənməsi (turizm, intensiv fiziki iş)
  • Sümük travması və sınıqlardan sonrakı vəziyyət

İstifadə qaydası və dozası:

  1. Ağrı sahəsinin ölçüsündən asılı olaraq Keproplast transdermal plastr zədələnmiş (ağrıyan) dəri üzərinə yapışdırılır.
  2. Plastrın üzərindəki qoruyucu kağız örtük çıxardılır.
  3. Plastr zədələnmiş (ağrıyan) dəri üzərinə düzgün bir şəkildə yapışdırılır.

7 yaşından yuxarı uşaqlar və böyüklər: Gündə 2 dəfə zədələnmiş (ağrıyan) dəri nahiyəsinə yapışdırılır.

Yaşlılar: Yaşlılarda müalicə sahəsinin dəri vəziyyətini nəzərə alaraq istifadə edin.

7 yaşından kiçik uşaqlarda təhlükəsizlik müəyyən edilməyib.

Buraxılış forması:

7 ədəd plastr

Saxlanma şəraiti:

1~30℃ otaq temperaturunda işığa davamlı quru yerdə saxlayın.

Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti: 3il

Aptekdən buraxılma şərti:

Aptekdən reseptsiz satılır.

İstehsalçı:

Sinil Pharmaceutical Co., Ltd.

San 5-1, Bonpyeong-ri, Angseong Myun, Chungju-si

Chungchengbuk-do, Koreya

Baxılma sayı: 138 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..