*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » DİKLOFİON gel
Sual ver
  Təcili sifariş A+ A-

Yerli istifadə üçün ağrıkəsici və iltihab əleyhinə preparat

Tərkibi: Diklofenak 10 mq

Farmokoloji qrupu:

Qeyri-steroid iltihab əleyhinə dərman vasitəsi. Yerli istifadə olunan ağrıkəsici və iltihab əleyhinə preparat

Farmakoloji xüsusiyyətləri:

Diklofenak fenilsirkə turşusu törəməsidir. Ağrıkəsici, iltihab əleyhinə və antipiretik təsirə malikdir. Təsir mexanizmi prostaqlandinlərin sintezini blokada etməsi ilə əlaqədardır. SOG-1 və SOG-2  fermentlərini blokada etməklə iltihab ocağında prostaqlandinlərin sintezini tormozlayır. Yerli olaraq istifadə olunduğu üçün dəridən asanlıqla sorulur iltihab ocağına tez bir zamanda penetrasiya edir. Seçici olaraq sümük toxumasında və sinovial mayedə daha çox konsentrasiya toplayır.

İstifadəsinə göstərişlər:

  • Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə)
  • Əzələ,oynaq ağrıları
  • Sinir ağrıları (işalgiya, lyümbaqo, radikulit)
  • Artroz, artrit
  • İdmanla məşğul olan zaman kəskin zədələnmələr (bağ və vətərlərin gərilməsi)
  • Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)
  • Sümük travması və sınıqlardan sonrakı vəziyyət 

Əks göstərişlər:

Fərdi həssaslıq

Hamiləlik və laktasiya dövrü

12 yaşından kiçik uşaqlar

İstifadə qaydası və dozası:

Gündə 2 dəfə ağrı (zədədlənmiş) nahiyyəsinə nazik təbəqə şəklində sürtülməlidir.

İstifadədən əvvəl diqqət edin:

Diklofion geli zədələnmiş (ağrıyan) dəri üzərinə sürtməzdən əvvəl dəri nahiyəsini təmizləyin və qurulayın.

Buraxılış forması:

Diklofion 100 qr gel saxlayan tubikdə, içlik vərəqi ilə birlikdə karton qutuya yerləşdirilib

Aptekdən buraxılma şərti:  Aptekdən reseptsiz satılır. 

İstehsalçı:

Laboratorios Basi – İndustria Farmaceutica, SA

Portuqaliya 


Baxılma sayı: 2015 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..