*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
FİBRON 150ML PEDIATRIK
Sual ver
 Qiyməti: 5.05 AZN Təcili sifariş A+ A-

FİBRON 150ML PEDIATRIK

Tərkibi: ambroksol hidroxlorid

Farmakoloji xüsusiyyətləri:

Ambroksol bromqeksinin metaboliti olub, mukolitik preparatlar sırasına daxildir. Bəlğəmgətirici effektə malikdir. Ambroksol effektiv mukolitik və mukokinetikdir. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır, mukosiliar klirensi bərpa edir, tənəffüs yolu boyunca selikli qişanın kirpikli epitel hüceyrələrinin hərəkətliliyini bərpa edir. Ambroksol tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir edir, alveolyar makrofaqları aktivləşdirir, II tip pnevmositlər tərəfindən surfaktantın sintezini artırır. Antioksidant təsirlidir (bu ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir); birbaşa iltihabəleyhinə təsir göstərir; antibiotiklərin ağciyər toxumasına daxil olmasını gücləndirir; bronxların hiperreaktivliyini azaldır;

Ambroksol daxilə qəbul zamanı tez və praktiki olaraq bütünlüklə bağırsaqlardan absorbsiyaya uğrayır, ambroksolun biomənimsənilməsi 70-80% olub, qaraciyərdən birinci dəfə keçərkən 20-30% - metabolizmə uğrayır. 75-90% plazma zülalları ilə birləşir. Qanın plazmasında maksimal konsentrasiyaya 2 saatdan sonra çatır. Ambroksol bütün orqan və toxumalara, xüsusilə ağciyər, böyrəklərə tez bir zamanda penetrasiya etmək qabiliyyətinə malikdir. Ambroksolun yarımçıxarılma dövrü 10-12 saatdır. Sidik (90%) və nəcislə,  xüsusilə qeyri-toksik metabolitlər şəklində xaric olur.

Ambroksol hematoensefalik baryerdən və ana südünə keçmək qabiliyyətinə malikdir. Qaraciyər xəstəliklərinin ağır formalarında ambroksolun klirensi 20-40% azala bilir. Böyrək funksiyasının ağır formalı pozğunluqlarında da yarımçıxarılma dövrü uzana bilir.

Göstərişlər:

Bronxit, pnevmoniya, bronxial astma (bəlğəmin gətirilməsi çətinləşdiyi zaman), bronxoektatik xəstəlik, yarımçıq doğulmuşlarda və yenidoğulmuşlarda respirator-distress sindrom.

Qəbul qaydası və dozaları:

Sirop 15mq/5ml: Yenidoğulmuşlar: 2 yaşa qədər½ m (2,5 ml) x 2 dəfə gündə

Uşaqlar:2-5 yaş  ½ m (2,5 ml) x 3 dəfə gündə

5-12 yaş 1 m (5ml) x 2-3 dəfə təyin edilir. ( preparat su və ya meyvə şirəsi ilə qarışdırılıb verilir).

Buraxılış forması:           

Fibron, pediatrik sirop 15mq/5ml,  150 ml

İstehsalçı ölkə:Türkiyə , Santafarma zavodu

Baxılma sayı: 3214 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..