*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
İmmun preparatlar » MAKSİLEVO
Sual ver
  Təcili sifariş A+ A-

Tərkib:

1 tablet: levofloksasin 500 mq

İnfuziya üçün venadaxili məhlul: levofloksasin 5 mq/ml

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Maksilevo geniş spektrli III nəsil ftorxinolon qrupu antibiotik olub, ofloksasinin L-izomeridir. Maksilevo bakteriyanın DNT-giraza (Topoizomeraza II) və Topoizomeraza IV fermentlərini blokada edərək DNT –nin çarpaz bağlanmasını və superspirallaşmasını pozur,  sitoplazma, hüceyrə divarında və membranında dərin morfoloji dəyişikliklər əmələ gətirir. Maksilevo in vitro və in vivo şəraitdə bir çox  mikroorqanizm ştammlarına (aerob qram müsbət, aerob qram mənfi və bəzi anaeroblar, atipik) qarşı aktivdir.

Farmakokinetika: 60 dəqiqə ərzində vena daxilinə yeridilən Maksilevo infuziyanın plazmadakı pik konsentrasiyası 6,2 mkq/ml təşkil edir. Maksilevo tablet  qida qəbulundan asılı olmadan tez və tam sorulur. Peroral qəbul zamanı Maksilevo 500 mq tabletin bioyararlığı təqribən 100% təşkil edir. Daxilə qəbul olunan  preparatın maksimum konsentrasiyası 5,2-6,9 mkq/ml, maksimum zamanı 1,3 saat, yarımatılma dövrü isə 6-8 saat təşkil edir. Zülallarla birləşməsi 30-40% -dir. Bütün orqan və toxumalara asanlıqla penetrasiya olunur: ağciyər, bronxların selikli qişası, bəlğəm, sidik ifrazat sistemi, sümük toxuması, beyin-onurğa mayesi, prostat vəzi, polimorfnüvəli leykosit, alveolyar makrofaqlar. Maksilevo preparatının müəyyən hissəsi qaraciyərdə oksidləşir və ya dezasetilləşir. Preparat 48 saat ərzində dəyişilməmiş halda 87% sidiklə və 72 saat ərzində  4% nəcislə atılır.


Göstərişlər:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları: kəskin sinusit, kəskin otit, AXOX, xəstəxanadankənar pnevmoniya, vərəmin kompleks müalicəsi
  • Sidik-cinsiyyət sisteminin kompleks infeksiyaları: pielonefrit, sistit, uretrit, prostatit
  • Dəri və yumşaq toxumanın infeksiyaları
  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri: endometrit, salpinqooforit, vaginit
  • Cinsi yolla ötürülən infeksiyalar (xlamidioz, mikoplazmoz, ureoplazmoz)
  • Septisemiya/bakteriemiya
  • Cərrahi infeksiyalar (əməliyyatdan əvvəl və sonra), intra-abdominal infeksiyalar
  • Sümük və oynaq infeksiyaları


Əks gostərişlər:

-          Preparata və digər ftorxinolonlara qarşı həssaslığın olması

-          Uşaqlar və 18 yaşına qədər olan yeniyetmələr

-          Hamiləlik və laktasiya zamanı

 

İstifadə qaydası və dozası:

500 mq gündə 1 dəfə təyin olunur. Daxilə qəbul zamanı  qidadan asılı olmadan  qəbul olunur. Müalicə müddəti törədicinin həssaslığına və infeksiyanın ağırlıq dərəcəsinə görə təyin olunur.

 Aşagıda qeyd olunan preparatlarla kombinə şəklində verilə bilər: 0,9% -li NaCl məhlulu, 5% -li dekstroza məhlulu, 2,5%-li Ringer məhlulu və s (aminturşular, karbohidratlar, elektrolitlər).

Diqqət: Qeparin və qələvi mühitli məhlullarla (natrium bikarbonat məhlulu) qarışdırmaq olmaz.

 

Buraxılış forması:

500 mq örtüklü tabletlər № 10                                 

İnfuziya üçün venadaxili məhlul 100 ml

İstehsalçı: Pharmathen – Yunanıstan

Baxılma sayı: 8876 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..