*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Diabet » TİO-NORM
Sual ver
  Təcili sifariş A+ A-

TİO-NORM

(həkimlər və pasiyentlər üçün təlimat)

Tərkibi:

Hər bir yumşaq jelatin kapsulun tərkibində vardır:

Alfa-lipoy turşusu (tiokt turşusu) – 300 mq;

Dərman göyzabanı yağı – 700 mq (tərkibində 150 mq qamma-linolen turşusu vardır);

E vitamini (D,L-alfa-tokoferol-asetat) – 12 mq;

B1 vitamini (tiamin-hidroxlorid) – 1,1 mq;

B2 vitamini (riboflavin) – 1,4 mq;

B5 vitamini (kalsium-D-pantotenat)– 6 mq;

B6 vitamini (piridoksin-hidroxlorid) – 1,4 mq;

Selen (L-selenmetionin) – 30 mkq.

Köməkçi maddələr: jelatin; birləşdirici maddə: qliserin; emulqator: soya lesitini; qatılaşdırıcı: selen-dioksid; rəngləyici maddələr: dəmir oksidləri və hidroksidləri.

Farmakoloji xüsusiyyətləri:

Alfa-lipoy turşusu (tiokt turşusu) endogen antioksidant olmaqla, orqanizmdə alfa-ketoturşuların oksidləşmə-dekarboksilləşməsi nəticəsində əmələ gəlir. Biokimyəvi quruluşuna görə B qrupu vitaminlərinə bənzəyir.  Mitoxondrial multiferment komplekslərinin kofermenti kimi piroüzüm və alfa-ketoturşuların oksidləşmə- dekarboksilləşməsində iştirak edir. Alfa-lipoy turşusu oksidativ stressin inkişafının qarşısını alır, hüceyrəni enerji ilə təmin edir, qanda qlükozanın səviyyəsinə tənzimləyici təsir göstərir. Alfa-lipoy turşusu antioksidant xüsusiyyəti sayəsində hiperqlikemiya nəticəsində artıq miqdarda əmələ gələn sərbəst radikalları neytrallaşdırır və onların sinir hüceyrələrinə zərərli təsirini aradan qaldırır. Alfa-lipoy turşusu sinir liflərinə regenerasiyaedici təsir göstərir, aksonların böyüməsini stimulə edir və dendritlərin bərpasını təmin edir, nəticədə sinir keçiriciliyi bərpa olunur. 

Dərman göyzabanı yağı A, E, B qrupu vitaminləri və əsasən qamma-linolen turşusu (Omeqa-6 polidoymamış yağ turşusu) ilə zəngindir. Daxilə qəbul zamanı dərman göyzabanı yağı maddələr mübadiləsini yaxşılaşdırır, immun sisteminin müdafiə funksiyasını stimulə edir, böyrəküstü vəzilərinin funksiyasını tənzimləyir, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, aterosklerozun müalicə və profilaktikası üçün istifadə olunur, orqanizmdə endorfinlərin sintezini təmin edərək psixo-emosional vəziyyəti və yuxunu yaxşılaşdırır. Dərman göyzabanı yağı tonuslandırıcı, tərqovucu, sidikqovucu, revmatizm əleyhinə vasitə kimi istifadə olunur. Onu astenik vəziyyətlərdə qüvvənin bərpası üçün, həmçinin iltihabəleyhinə və hərarətsalıcı kimi istifadə edirlər.

E vitamini - güclü antioksidant vasitədir. Sərbəst radikalların fəallığını azaldır, immun sistemin fəaliyyətini gücləndirərək orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. B1 vitamini – energetik, karbohidrat, yağ, zülal, su-duz mübadiləsində fəal iştirak edir, sinir sisteminin fəaliyyətini tənzimləyir. B2 vitamini – orqanizmdə mübadilə proseslərinin katalizatorudur, zülalların, yağların və karbohidratların sintezində iştirak edir. B5 vitamini – oksidləşmə prosesləri və zülal, yağ və karbohidrat mübadiləsində mühüm rol oynayır, hemoqlobin və həyati-vacib aminturşuların sintezi üçün zəruridir. B6 vitamini – maddələr mübadiləsində iştirak edir, mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün zəruridir, zülallar, hemoqlobin və həyati-vacib aminturşuların sintezində iştirak edir, qanda xolesterin və lipidlərin səviyyəsini azaldır. Selen -  selenin vacib qida mənbəyi olan, selensaxlayan təbii aminturşu L-selenmetionin şəklindədir ki, onun da antioksidant fəallığı oksigenin reaktiv formalarını neytrallaşdırmaq xüsusiyyəti ilə bağlıdır. L-selenmetionin selenin üzvi forması olaraq orqanizm tərəfindən asan mənimsənilir. L-selenmetioninoptimal və daimi antioksidant müdafiəni təmin edir.

TİO-NORM sinir hüceyrələrinin (neyronların) normal fəaliyyətini və metabolizmini təmin edir. TİO-NORM sinir toxumalarında normal maddələr mübadiləsini təmin edir, həmçinin sinir keçiriciliyinə cavabdeh olan neyrotransmitterlərin mübadiləsini tənzimləyir. TİO-NORM membranlarda gedən peroksidativ və degenerativ proseslərin qarşısını alır. 

İstifadəsinə dair tövsiyələr:

TİO-NORM-un istifadəsi aşağıdaki vəziyyətlərdə tövsiyyə olunur:

Şəkərli diabet və onun ağırlaşmaları (diabetik neyropatiyalar, nefropatiyalar, retinopatiyalar), alkoqol polineyropatiyası, piylənmə, sarı ləkənin degenerasiyası, görmənin pozulması, açıq bucaqlı qlaukoma, qaraciyərin piy distrofiyası, hepatit və sirroz, ateroskleroz, xroniki yorğunluq sindromu, kardiomiopatiyalar, miokard distrofiyası, əzələ distrofiyası zamanı.

İstifadə qaydası:

Gün ərzində 1-2 kapsul yeməkdən 30 dəqiqə və ya 1 saat əvvəl daxilə qəbul olunur.

Məhdudiyyətlər:

Vasitənin hər hansı bir komponentinə yüksək həssaslıq olduqda və 12 yaşadək uşaqlara qəbulu əks-göstərişdir. Vasitənin hamiləlik zamanı təhlükəsizliyi təsdiq olunmadığı üçün hamiləlik dövründə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Vasitə müalicə həkimi tərəfindən hamiləlik zamanı anaya olan fayda dölə olan potensial riskdən üstün olduğu halda təyin oluna bilər. Südvermə dövründə istifadəsinə ehtiyac olduqda həkimlə məsləhətləşmək və qəbul müddəti ərzində südverməni dayandırmaq lazımdır. 

Xəbərdarlıqlar:

Tövsiyə oluna sutkalıq dozanı aşmaq olmaz.

Arzuolunmaz təsirlər:

Vasitə adətən pasiyentlər tərəfindən yaxşı mənimsənilir. Nadir hallarda ürəkbulanma, qusma, qıcqırma, allergik səpkilər müşahidə oluna bilər. 

Digər vasitələrlə qarşılıqlı təsiri:

TİO-NORM insulin və hipolipidemik preparatların təsirini gücləndirir, alkoqol isə onun effektini azalda bilər. Tiokt turşusu birgə istifadə zamanı sisplatinin effektini azaldır.

Saxlanma şərtləri: 

Qaranlıq yerdə,  15-25 °C temperatur intervalında saxlanmalı. Uşaqlar üçün əlçatmaz yerdə saxlanmalı.

Yararlılıq müddəti və seriya nömrəsi: qutuda göstərilmişdir.

Buraxılış forması:

Qutuda 30 ədəd yumşaq jelatin kapsul.

İstehsalçı:

EmergoPharm Sp. z o.o. Sp.K.

Aleksandra Fredri küç, 9, 05-532 Tomiçe, Polşa.

www.emergopharm.com

Distribütor:

“AZERI-MED” MMC

Asif Məmmədov küç., 30,

AZ1033, Bakı ş., Azərbaycan

 


Baxılma sayı: 78 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..