*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dieta » “Tenqda Plus” kapsul
Sual ver
  Təcili sifariş A+ A-

“Tenqda Plus” kapsul

Tərkibi: qüdrət narı bitkisinin ekstraktı, batatdan alınmış sellüloz, güldəfnə bitkisinin toxumları, konsinq fındığının kvintessensiyası, quarana meyvəsi, mannan lifi, kivi meyvəsi.

Funksional elementlər və onların miqdarı: hər 100 qr məhsulun tərkibində vardır:

flavonoid məcmusu ≥ 200 mq.

Təsir mexanizmi. “Tenqda Plus” 100% təbii vasitədir. Onun tərkibinə daxil olan komponentlər orqanizm tərəfindən yaxşı mənimsənilir və orqanizmə müsbət təsir göstərirlər. Bu vasitə çoxkomponentli olduğu üçün orqanizmə kompleks təsir göstərir. “Tenqda Plus” kapsullarının tərkibinə daxildir: qüdrət narı bitkisinin ekstraktı, batatdan alınmış sellüloz, güldəfnə bitkisinin toxumları, konsinq fındığının kvintessensiyası, quarana meyvəsi, mannan lifi, kivi meyvəsi. “Tenqda Plus” çoxkomponentli vasitə olduğu üçün bir neçə istiqamətdə təsir göstərir. Onun tərkibində olan bitkilərdə polişəkərlər vardır Bu polişəkərlər mədə-bağırsaq traktında suyu özünə birləşdirərək şişirlər və orqanizmdə toxluq hissi yaradırlar. Nəticədə, “Tenqda Plus” iştahanın azalmasına səbəb olur. Eyni zamanda “Tenqda Plus” komponentləri orqanizmə daxil olan yağların toplanmasının qarşısını alır. “Tenqda Plus”ın tərkibindəki kivi və konsinq fındığı orqanizmdəki yağların əridilməsini təmin edirlər. “Tenqda Plus”da olan quarana orqanizmə tonuslandırıcı və möhkəmləndirici təsir göstərir. “Tenqda Plus”ın tərkibindəki flavonoidlər, pektin maddələri, C vitamini, kalium və digər bioloji fəal maddələr bədən çəkisinin azalmasını, qarın, bel və sağrı nahiyələrində piylərin əriməsini və bədən formasının korreksiyasını təmin edirlər.

Təsiri: çəkinin azaldılması (əsasən qarın və bel nahiyəsində olan yağların metabolizmi üçün), sağrı nahiyəsi və bədən formasının korreksiyası üçün.

Təyinatı:

Piylənmə və artıq çəkisi olan şəxslərdə bədən çəkisinin azaldılması üçün (əsasən qarın və bel nahiyələrində yağların metabolizmi üçün), sağrı nahiyəsinin formasının korreksiyası üçün. 

Piylənmədən əziyyət çəkən şəxslər, xüsusilə qarın və bel nahiyəsində yağların toplanması müşahidə olunan şəxslər tərəfindən istifadə oluna bilər.

İstifadə qaydası: bədən çəkisi indeksinə müvafiq təyin olunur. Standart təyinatı: 1 kapsuldan gündə 1 dəfə, səhər yeməyindən əvvəl və ya sonra, 1 stəkan su ilə daxilə qəbul olunur. Gündə 1 dəfə istifadə edilir. İstifadə müddəti bədən çəkisi indeksinə müvafiq olaraq, fərdidir. 

Xüsusi təlimat: vasitənin istifadəsi zamanı gün ərzində 2,5 - 3 litr maye qəbul etmək lazımdır. Səhər yeməyinin qəbulu məqsədəuyğundur. Pəhriz saxlamağa ehtiyac yoxdur, ancaq qəbul edilmiş qidanın miqdarını azaltmaq məsləhət görülür. Vasitənin istifadəsi zamanı digər arıqladıcı vasitələrin və antidepressantların qəbulu məqsədəuyğun deyil.

Əks göstərişlər: Uşaqlar, hamilə qadınlar, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən, arterial hipertoniyası olan şəxslər, şəkərli və şəkərsiz diabeti, ailə tarixində apopleksiya olan, böyrək xəstəlikləri olan şəxslər tərəfindən istifadəsi qəti qadağandır.

Yan təsirləri: bəzi hallarda (əsasən də çəkisi az olan pasiyentlərdə) baş ağrısı, yuxusuzluq, qəbizlik, ağızda quruluq müşahidə oluna bilər.

Buraxılış forması: qutuda 30 kapsul (6 kapsul x 5 blistr).

Saxlanma qaydası: qutuda, qaranlıq və quru yerdə saxlanmalı.

Yararlılıq müddəti: istehsal tarixindən sonra 36 ay (3 il) müddətində.

İstehsalçı: Quanjou Tenqda Bioloji Elmi-Texniki Müəssisəsi.

Distribyutor: JENZEN  PHARMA, Binderştrasse 9, D-20148 Hamburq, Almaniya.


Baxılma sayı: 154 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..